“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Rusiya sövdələşməyə hazırdır“ - Rəsmi Moskva

Tarix 16.12.25, 13:53

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna münaqişəsi sona yaxınlaşır.

APA xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABC News-a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Rusiya sövdələşməyə hazırdır və ümid edir ki, bu, tezliklə əldə olunacaq.

Rusiya XİN başçısının müavini vurğulayıb ki, “xüsusi hərbi əməliyyat” Kiyevin müttəfiqləri Moskvanın qələbəsinin qaçılmazlığını dərk etdikdə başa çatacaq: "Münaqişə nə qədər davam edərsə, onu həll etmək bir o qədər çətin olacaq".

Ryabkov Rusiyanın Donbas, Novorossiya və xüsusən də, Krım məsələsində güzəştə getməyə hazır olmadığını qeyd edib.

Nazir müavini Moskvanın Ankoric sammitində ABŞ-la əldə edilən anlaşmaya qətiyyətlə əməl etdiyini də bildirib: "ABŞ Rusiyanın hansı güzəştlərə getməyə hazır olduğunu və nədən imtina edə bilməyəcəyini bilir. Putin bunu amerikalı həmsöhbətlərinə dəfələrlə izah edib. Rusiya və ABŞ hazırda bir-birini dinləyir və mümkün razılaşmaları araşdırırlar, lakin onlar milli maraqları rəhbər tuturlar".

Ryabkov Rusiyanın NATO-nun Ukrayna ərazisində hərbi mövcudluğuna razı olmayacağını əlavə edib.

O vurğulayıb ki, Moskvanın NATO-dan və alyansın əsas ölkələrinin paytaxtlarından gələn xəbərlərə qətiyyən etibarı yoxdur.





Xəbərin oxunma sayı : 277




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap