Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Boris Consondan təklif: “Ukrayna NATO-ya qəbul edilsin“

Tarix 19.09.24, 18:00

Font ölçüsü : - / +
bitmap-img6


Boris Conson Ukraynanı Rusiya Federasiyası ilə münaqişə bitənə qədər NATO-ya qəbul etməyi təklif edib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, Böyük Britaniyanın keçmiş baş naziri (2019-2022) Boris Conson Kiyev və Moskva arasında münaqişənin bitməsini gözləmədən Ukraynanı yaxın aylarda NATO-ya qəbul etməyi təklif edib. O, həftəlik “The Spectator” jurnalı üçün rəy məqaləsində yazıb ki, kollektiv müdafiə prinsipi Ukraynanın bütün ərazisinə şamil edilməsə belə, bunu etmək olar:

"Biz Ukraynanı dərhal NATO-ya qəbul etməliyik. Bunun bir yolu var.  Ukraynanı hələ müharibə başa çatmamış NATO-ya üzv olmağa dəvət edə bilərdik. Biz Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə əsaslanan təhlükəsizlik zəmanətlərini Ukraynanın hazırda nəzarətdə saxladığı və ya ilin sonunda aktiv hərbi əməliyyatlar mərhələsinin sonuna qədər nəzarətdə saxlayacağı bütün Ukrayna ərazilərinə şamil edə, həmçinin 1991-ci il sərhədləri daxilində öz ölkələrinin bütün ərazisində ukraynalıların ayrılmaz hüquqlarını təsdiq edə bilərik".

Consonun sözlərinə görə, belə bir addım Ukraynanın böyük hissəsini qoruyacaq, eyni zamanda qalan əraziləri geri almasına kömək edəcək. O qeyd edib ki, Şimali Atlantika Müqaviləsi bunu etməyə imkan verir. Keçmiş baş nazir vurğulayıb ki, sözügedən müqavilənin 6-cı maddəsində deyilir ki, təhlükəsizlik zəmanətləri onun bütün ərazisinə şamil olunmasa belə, ölkə alyansa üzv ola bilər. Conson hesab edir ki, Ukraynanı alyansa qəbul etməklə Qərb Kremlə “aydın siqnal” verəcək ki, Rusiyanın artıq öz “təsir dairəsi” yoxdur.

“Rusiya Prezidenti Vladimir Putinin Rusiyanın şərəfli və xoşbəxt gələcəyinin ola biləcəyini başa düşməsinin vaxtıdır, lakin ingilislər kimi ruslar da mütləq post-imperator güclər klubuna qoşulublar və bu, əslində yaxşı haldır”,- deyə baş nazir yazıb.

Conson təklifinin mümkünlüyünə inanır, lakin onun həyata keçirilməsinin NATO ölkələrinin, ilk növbədə ABŞ-nin qətiyyətindən asılı olacağını vurğulayır. Onun sözlərinə görə, Pentaqon belə bir addıma müqavimət göstərəcək, lakin respublikaçı Donald Tramp noyabr seçkilərindən sonra prezident olacağı təqdirdə ölkənin hərbi rəhbərliyinin ətalətini dəf edə biləcək.

Conson məqaləsində Kiyevə Rusiya ərazisinin dərinliklərindəki hədəflərə zərbələr endirmək üçün uzaqmənzilli Qərb silahlarından istifadə etməyə dərhal icazə verilməsini dəstəklədiyini bir daha bəyan edib. O, ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Keir Starmer arasında bu məsələ ilə bağlı danışıqların “ən azı indiki mərhələdə heç bir nəticə vermədiyi”ndən məyus olduğunu bildirib.



Xəbərin oxunma sayı : 286




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap