Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Livandakı peycer partlayışlarının arxasında İsrail dayanır – KİV

Tarix 18.09.24, 11:02

Font ölçüsü : - / +
bitmap-img6


İsrail kəşfiyyat xidmətləri şiə Hizbullah milislərinin planlarını üzə çıxaracağından və hazırlanan gizli əməliyyatı pozacağından ehtiyat edərək onların peycerlərini və digər rabitə vasitələrini partlatmaq üçün əməliyyat keçirib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” portalı üç amerikalı məmura istinadən məlumat yayıb.

Portalın xəbərinə görə, əməliyyatdan xəbəri olan keçmiş İsrail rəsmisi iddia edib ki, ölkənin kəşfiyyat xidmətləri ümummilli müharibədə qəfil ilk zərbəni endirmək üçün Hizbullah üzvlərinin istifadə edə biləcəkləri “hiyləgər” peycerləri əvvəlcədən onların əldə etməsini təmin ediblər.
“Lakin son günlərdə israillilər şiə milislərinin peycerləri aşkarlaya biləcəyindən narahat idilər. Buna görə də kəşfiyyat xidməti Hizbullah tərəfindən aşkarlanmadan peycərləri partlatmaq qərarına gəlib”, - portal yazır.
İddiaya görə, Livanda peycerlərin partladılması əməliyyatı Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə hökumət üzvləri və təhlükəsizlik rəsmiləri arasında keçirilən görüşlərdə təsdiqlənib.
İki ABŞ rəsmisi “Axios”a bildiriblər ki, İsrail ABŞ-yə belə bir əməliyyata hazırlıq barədə məlumat verməyib. İsrail rəsmiləri portala bildiriblər ki, onların ölkəsi insident nəticəsində gərginliyin ciddi şəkildə artması riskindən xəbərdardır və hərbçilər şiə milislərinin mümkün cavabı üçün yüksək hazırlıq vəziyyətindədirlər.



Xəbərin oxunma sayı : 430




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap