Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Müşfiqə görə yığışdılar...

Tarix 01.03.17, 20:47

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda Mikayıl Müşfiqin abidəsinin söküldüyü əraziyə baxış keçirilib.  Bu barədə  Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb. 

Məlumata əsasən Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Zakir Sultanov, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbəy Qasımzadə, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, həmçinin mütəxəssislər heykəlin yenidən həmin ərazidə, əvvəlki görkəminə heç bir xələl gəlmədən quraşdırılacağı yeri müəyyən ediblər.



Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Zakir Sultanov tarixi əhəmiyyət kəsb edən tikililərin, mədəniyyət abidələrinin qanunvericiliyə uyğun şəkildə aidiyyəti dövlət orqanları ilə razılaşdırmadan, icazəsiz sökülməsinin yolverilməz olduğunu bildirib: “Göründüyü kimi, heykəl olduğu ərazidən götürülüb. Ərazidə tikinti işləri gedir. Bu gün bura toplaşmağımızın da əsas məqsədi heykəlin yenidən bu ərazidə bərpa olunmasının ən qısa zamanda həyata keçirilməsini təmin etməkdir. Görkəmli şairimizin heykəli elə bu ərazidə, yaşayış binasına yaxın yerdə qoyulacaq. Ərazidə yaşıllaşdırma və abadlıq işləri də aparılacaq. Artıq bu istiqamətdə işlərə başlanılıb. Düşünürəm ki, təxminən bir ay müddətində heykəl yenidən burada ucaldılacaq”.



Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbəy Qasımzadə bildirib ki, görkəmli şairimizin heykəli müvafiq qanunvericiliyə uyğun olmayaraq aidiyyəti dövlət orqanına məlumat verilmədən götürülüb: “Bu, əlbəttə, yolverilməz bir hərəkətdir. Baxın, ətrafda yeni binalar tikilir, şəhərimiz gözəlləşir, eyni zamanda yol tikintisi aparılır. Bu, özü də vacib işlərdir. Amma quruculuq işləri həyata keçirilərkən hərtərəfli düşünülməli, müvafiq orqanlara məlumat verilməli, onların fikri öyrənilməli və bundan sonra düzgün qərar verilməlidir. Burada icra olunan iş üçün yalnız yolun lahiyəsi var. Amma layihədə abadlıq işlərinin görülməsi, heykəlin harada yerləşməsi, necə olacağı müəyyənləşməyib. Bizə təklif edirlər ki, qarşıda böyük meydan yaranıb, heykəl həmin meydanın ortasında qoyulsun. Bu ola bilməz. Heykəlin miqyası böyük olmadığına görə kiçik bağçada yerləşməlidir. Mən məsləhət gördüm ki, heykəl həmin ərazidə, bir qədər geridə, binanın qarşısında bərpa olunsun”.



Elbəy Qasımzadə bu gündən başlayaraq heykəlin bərpa olunması işlərinə başlandığını diqqətə çatdırıb.

Xatırladaq ki, Müşfiqin Bakının İnşaatçılar prospektində, “Statistika dairəsi” adlanan ərazidə yerləşən heykəli “Azəravtoyol” ASC tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə xəbər verilmədən sökülüb. Bu məsələ ictimailəşdirilib və geniş rezonansa səbəb olub. İki gün ərzində tanınmış ictimai xadimlərin, mədəniyyət xadimlərinin bu barbarlığa qarşı sərt reaksiyalarını dərc edib. Və ötən gün prezident İlham Əliyev Müşfiqin heykəlinin sökülməsindən hiddətləndiyini bəyan edib və buna görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasına göstəriş verib. Prezidentin müdaxiləsindən sonra heykəlin sökülməsinə əvvəlcə laqeyd qalan məmurlar hərəkətə keçiblər...

Virtualaz.org




Xəbərin oxunma sayı : 646




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap