Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Mübariz Mənsimov FHN-ə sualtı qayıq bağışladı - Video

Tarix 09.01.17, 21:06

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanlı iş adamı Mübariz Mənsimovun sahibi olduğu “Palmali” Şirkətlər Qrupu Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) sualtı qayıq hədiyyə edib.

«Palmali» Şirkətlər Qrupu və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi arasında əldə olunmuş razılığa əsasən «Palmali» Şirkətlər Qrupuna məxsus «DeepFlight DF-302  Super Falcon» sualtı qayığının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə bağışlanması həyata keçirilmişdir.

«Palmali» Şirkətlər Qrupu uzun illərdir ki, Azərbaycan Respublikasında müxtəlif sahələrdə öz fəaliyyətini həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında reallaşan çevik iqtisadi kursu daim dəstəkləyən «Palmali» Şirkətlər Qrupu ölkə iqtisadiyyatına davamlı dəstək verməkdən qürür duyur. Azərbaycanda həyata keçirilən hər bir layihə «Palmali» Şirkətlər Qrupu üçün prioritetlər siyahısında yer alır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə əldə olunmuş bu razılıq «Palmali» Şirkətlər Qrupunun Azərbaycan dövlətinə və rəhbərliyinə bəslədiyi xüsusi münasibətinin daha bir bariz nümunəsdir. 

«Palmali»  Şirkətlər Qrupu tərəfindən göstərilən bu təşəbbüs həm də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin çoxşaxəli və uğurlu fəaliyyətinə verilən yüksək qiymətdir. Adıçəkilən sualtı qayığın Xəzər dənizində baş vermiş son faciə nəticəsində itkin düşən nefçilərin axtarışına da tövhə verəcəyinə «Palmali» Şirkətlər Qrupu tərəfindən böyük ümid bəslənir. «Palmali»  Şirkətlər Qrupu fürsətdən istifadə edərək son dərəcə məsuliyyətli vəzifələrini peşəkarlıqla yerinə yetirərək Azərbaycan xalqına layiqli xidmət göstərdiklərinə görə Fövqəladə Hallar Nazirliyinin bütün kollektivinə təşəkkür edir. 

«Palmali» öz fəaliyyəti və imkanları çərçivəsində Azərbaycanın hər sahədə inkişafı və tərəqqisi üçün bundan sonra da eyni əzm və istəklə çalışmalarını davam etdirəcəkdir. 
Razılaşma predmeti olan «DeepFlight DF-302 Super Falcon» sualtı qayığı 2014-cü ildə istifadəyə verilmişdir. Qayığın uzunluğu  6.3 metr, eni  2.7 metr (qanadları yığılmaqla – 1.4 metr), hündürlüyü 1.6 metr təşkil edir. Saatda 11.2 kilometr qət edə bilən «DeepFlight DF-302 Super Falcon» üç sürət rejiminə malikdir və rahat idarəolunması ilə seçilir. Qanadları və sürəti hesabına dərinliyə doğru hərəkət edən bu qayıq çevik manevr qabiliyyəti sayəsində ən mürəkkəb ərazilərdə əməliyyatların həyata keçirilməsi imkanını yaradır.









Xəbərin oxunma sayı : 124




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap