Əməkdar artist: ““Eurovision”da ən yadda qalan onların çıxışı idi” – VİDEO Son 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıb - RƏSMİ Arvadı Eserdən yeni villa istəyir Tacir Şahmalıoğludan efirdə ŞOK SÖZLƏR: “Tellinin hər yerini yeyərəm“ - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 May 2019

    Əməkdar artist: ““Eurovision”da ən yadda qalan onların çıxışı idi” – VİDEO

  • / Maqazin / — 19 May 2019

    Son 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıb - RƏSMİ

  • / Maqazin / — 19 May 2019

    Arvadı Eserdən yeni villa istəyir

  • / Maqazin / — 18 May 2019

    Tacir Şahmalıoğludan efirdə ŞOK SÖZLƏR: “Tellinin hər yerini yeyərəm“ - VİDEO

  • / Maqazin / — 18 May 2019

    Nüşabə Ələsgərlinin əri ilə yeni FOTOLARI

  • / Maqazin / — 14 May 2019

    Azərbaycan və türk musiqisinin yer almadığı Bakı karaokeləri

Müdafiə naziri ön xətt bölmələrində olub –Foto/Video

Tarix 13.03.19, 16:19

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərə rəhbərlik edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətt bölmələrində olublar.

AzFakt.com Nazirliyə istinadla bildirir ki, müdafiə nazirinə əməliyyat şəraitinin vəziyyəti barədə məruzə edilib. General-polkovnik Z.Həsənov üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və bölmələrin daim döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə  müvafiq tapşırıqlar verib.
Bölmələrdəki şəraitlə tanış olan Müdafiə naziri şəxsi heyət üçün yeni inşa edilən əsgər yataqxanası, silah otağı, ideoloji otaq, yeməkxana, məişət otağı, hamam, əşya anbarı, eləcə də digər xidməti obyektlərdən ibarət olan yaşayış kompleksinin açılışında iştirak edib.
Görülən işlərlə maraqlanan general-polkovnik Z.Həsənov hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin dövlətimizin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini xüsusi vurğulayıb.
Müdafiə naziri xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırıb və şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb.
Sonra nazir cəbhəboyu zonada yerləşən kəndlərdən birində yerli sakinlərlə görüşərək əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaşayış məntəqələrimizin müdafiəsi barədə söhbət edib. 








Xəbərin oxunma sayı : 415

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda