“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Müəllimlərin yerdəyişməsi zamanı imtahan keçiriləcək?

Tarix 11.06.19, 16:35

Font ölçüsü : - / +
bitmap-img6


"Hazırda dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilərlər”.

AzFakt.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, yerdəyişmə müsabiqəsi zamanı hər hansı imtahanın keçirilməsi nəzərdə tutulmayıb: "Bu proses İnsan resursları mərkəzi tərəfindən bir mərhələdə, proqram təminatı tətbiq olunmaqla həyata keçiriləcək. Bundan əlavə, müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçən müəllim istənilən diaqnostik qiymətləndirmə və ya işə qəbul müsabiqəsi nəticəsini seçə bilər”.

Təhsil Nazirliyi yerdəyişmə müsabiqəsində uğur qazana bilməyən müəllimlərin işə qəbul müsabiqəsində iştirak edərək iş yerini dəyişməsinə də aydınlıq gətirib. Qeyd olunub ki, həmin müəllimlər 2019-2020-ci tədris ili üçün keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər.



Xəbərin oxunma sayı : 115




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap