“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Müsavat YAP-la Dəyirmi Masaya niyə qatılmayıb? – Arif Hacılı səbəbini açıqladı

Tarix 11.09.19, 15:17

Font ölçüsü : - / +
bitmap-img6


Yeni Azərbaycan Partiyasının qərargahında iqtidar və müxalifətin iştirakı ilə “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi”mövzusunda dəyirmi masa keçirilir.

Toplantıda Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, AĞ Partiyanın sədri Tural Abbaslı iştirak edirlər.

Müsavat Partiyasının başqanı Arif Hacılıya dəvət göndərilsə də, o, dəyirmi masaya qatılmayıb.

Dəyirmi masaya qatılmaması ilə bağlı Modern.az-a danışan  Müsavat başqanı Arif Hacılı bildirib ki,  tədbirin adının qeyri-müəyyənliyi və formatı onları qane etməyib:

“Əsas məsələ odur ki, xarici müdaxilə nə deməkdir?!  Burada nəyin nəzərdə tutulduğu aydın deyil. Eyni zamanda, tədbirdə iştirak edən partiyalar, təşkilatlar həmçinin, format bizi qane etmədiyindən iştirak etmədik”.

“Növbəti dialoq keçirildiyi təqdirdə dəvət olarsa, qatılarsınızmı” sualına Arif Hacılı belə cavab verib: “Müsavat Partiyasının bu məsələyə konseptual yanaşması ondan ibarətdir ki, biz ümummilli məsələlərin müzakirələrində real siyasi qüvvələrlə müzakirələr aparmağa hazırıq. Bu,  hakimiyyət və müxalifət partiyaları da ola bilər. Ancaq hər hansı qeyri-müəyyən məzmunda, qeyri-müəyyən tərkibdə keçirilən tədbirlər bizim fikrimizcə səmərəsizdir”. 



Xəbərin oxunma sayı : 157




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap