“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Müvəqqəti vergi rejimi hansı dövrü əhatə edir? - Bütün güzəştlər və vergi tətilləri bu tarixdən ləğv ediləcək

Tarix 26.06.20, 20:11

Font ölçüsü : - / +
bitmap-img6


Müvəqqəti vergi rejimi ilə bağlı bütün güzəştlər və vergi tətilləri 2021-ci il yanvarın 1-dən ləğv ediləcək.

Azərtac Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə iqtisadçı ekspert Anar Bayramov bildirib.

Onun sözlərinə görə, mikrosahibkarlıq subyekti olan vergi ödəyicisi üçün sadələşdirilmiş vergi dərəcəsinin faiz dərəcəsi 2-dən 1-ə endirilsə də, 2021-ci il yanvarın 1-dən həmin vergiödəyiciləri sadələşdirilmiş vergini 2 faizlik vergi dərəcəsi ilə hesablayacaqlar.

A.Bayramov, həmçinin müvəqqəti vergi rejimi tətbiq edilən vergi ödəyicilərinin digər vergi öhdəliklərində güzəştinin nəzərdə tutulması məsələsinə də aydınlıq gətirib: “Vergi Məcəlləsinə əlavə edilən 222.6-cı maddəyə əsasən, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejiminin şamil edildiyi vergi ödəyicilərinin hüquq və vəzifələri bu fəsildə başqa hal nəzərdə tutulmamışdırsa, bu Məcəllə ilə müəyyən edilən ümumi qaydada həyata keçirilir. Məsələn, hazırlıq kursunun təşkili ilə məşğul olan vergiödəyicisi dividend əldə edərkən hər hansı güzəşt nəzərdə tutulmur və ödəmə mənbəyindən 10 faiz dərəcə ilə vergi hesablanmalıdır”.



Xəbərin oxunma sayı : 1813




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap