Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Mövlan Şıxəliyev işgəncə ilə adam öldürməkdə ittiham edilir - Keçmiş məhkumdan sensasiyalı açıqlamalar

Tarix 12.04.21, 17:37

Font ölçüsü : - / +
bitmap-img6


“Mövlam Şixəliyev bizə saxta istintaqı quran və onun başında duran adam olub. İşgəncələr, təzyiqlər və başqa qeyri-insani davranışlardan istifadə edərək, saxta cinayət işimizin ssenarisini yazanların biri idi. MTN ləğv ediləndə ilk növbədə onun həbs etmək lazım idi".

AzFakt.com xəbər verir ki, bu sözləri "Gununsesi.info" saytına açıqlamasında MTN tərəfindən həbs edilərək 14 ilə yaxın cəza çəkmiş Səid Dadaşbəyli bildirib.

S. Dadaşbəylinin iddiasına görə, Mövlam Şıxəliyevin onunla birlikdə həbs edilən və sonra MTN-də işgəncələrədən vəfat edən Emin Məmmədovun qətlində birbaşa əli var: “Emini işgəncə ilə öldürdülər. Ona işgəncələrin verilməsinə Mövlam rəhbərlik edib. O, Eminə qarşı törətdiklərini videoya çəkib, mənə göstərirdi. Hesab edirəm ki, ona qarşı irəli sürülən ittihamlardan biri də bu cinayətlə bağlı olmalıdır. Mövlam vəzifə səlahiyyətini aşıb, işgəncə verib, nəticədə adam ölüb.

Təəssüflər olsun ki, bu cinayətlərdə Baş Prokurorluğun o zamankı rəhbərliyi də məsuliyyət daşıyır. Bu gün Rüstəm Usubov azadlıqda olmamalıdır. Bilirsiniz ki, Avropa İnsan Hüquqları Məhkəməsi mənim qanunsuz həbsimlə bağlı şikayətimi təmin edib. Bu fakt kifayət edir ki, bizim həbsimizin qanunsuz olması araşdırılsın və bu adamlara ittihamlar verilsin”.

İstintaq dövründə Mövlam Şıxəliyevin şəxsi göstərişi ilə ağır işgəncələrə məruz qaldığını bildirən Səid Dadaşbəyli izlərin bədəninin müxtəlif yerlərində qaldığını deyib: “Mənə mənşəyi bilinməyən iynələr vurdururdu. Ozü də yanındakılara ironiya ilə “onun iynəsini vurun” deyirdi. Bizim istintaqımızı aparan müstəntiqləri də sonradan mükafatlandırdılar. Bunlardan biri Eldar İsmayılov və Novruz Kərimov idi. Pərviz Həşimlinin işini Novruza verəndə həbsdə idim. Əmin oldum ki, onu da qurama ittihamla tutublar. Hesab edirəm ki, “MTN işi” obyektiv araşdırılsa, bu adamların hər biri həbs olunmalıdır”.

Mövlan Şıxəliyev

Qeyd edək ki, Mövlan Şıxəliyev ötən həftə həbs edilib. Baş Prokurorluğun rəsmi açıqlamasında bildirilir ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə məruz qalmalarına dair ayrı-ayrı şəxslərin müraciətləri ilə əlaqədar əvvəllər başlanmış cinayət işi üzrə istintaq davam etdirilir: "İstintaqla Şixəliyev Mövlam Məmmədismayıl oğlunun MTN-nin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmasına, vəzifə səlahiyyətlərindən sui istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib".

M. Şəxəliyev barəsində məhkəminin qərarı ilə 4 aylıq həbs-qətiman tədbiri seçilib. O, özünü təqsirli bilməyib, qərardan apellyasiya şikayəti verib.



Xəbərin oxunma sayı : 850




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap