Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

Mağazalar “od tutub yanır“, açıqlanan rəqəmlər həqiqəti əks etdirmir - NƏ ETMƏLİ?

Tarix 26.05.24, 9:35

Font ölçüsü : - / +
bitmap-img6


Mağazalar "od tutub yanır", açıqlanan rəqəmlər həqiqəti əks etdirmir
Dövlət Statistika Komitəsinin məlumatları heç də həmişə şübhə doğurmur. Amma bəzən açıqlanan hesabatlar bütün sərhədləri aşır. Yəni rəqəmlər qətiyyən həqiqətə uyğun gəlmir. Xüsusilə inflyasiya ilə bağlı açıqlananlar şübhəyə ciddi əsas verir. Məsələn, bir müddət əvvəl açıqlanmışdı ki, inflyasiya 0 faizdir. Bu, Azərbaycanda necə mümkündür? Heç kimə sirr deyil ki, ölkədə qiymətlər kəskin artıb. Əhalinin sosial vəziyyətinin pisləşməsini hətta hökumət nümayəndələri, deputatlar da bir çox hallarda etiraf edir.

Bizimyol.info xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin aprel ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə qida səbətinin dəyəri (içki və tütün də daxil) 1,8 faiz azalıb. Mütəxəssislər buna şübhə ilə yanaşır.

İqtisadçı Rövşən Ağayev deyir ki, məlumat heç bir halda həqiqəti əks etdirə bilməz.

“Bazarlardakı qiymətlərin vətəndaşın cibini yandırdığı bir vaxtda sadə insanlar sual verir: hansı qiymətlər aşağı düşüb ki, 12 aylıq ərzaq inflyasiyasında 1,8 faizlik azalma var? Təəssüf ki, ölkədə inflyasiyanın alternativ ölçümü yoxdur. Alternativ ölçmə rəsmi rəqəmlərin etibarlılığı üzərində ictimai nəzarəti təmin etmə üsuludur. Rəsmi statistikanın qiymət müşahidəsinə paralel aparılan bu qiymətləndirmə 2 alət vasitəsilə rəsmi inflyasiya göstəricisinin etibarlılığını yoxlaya və öz alternativ rəqəmini elan edə bilir. Birincisi, həm məhsulların səbətdəki xüsusi çəkisinin ev təsərrüfatlarının real istehlak strukturuna uyğunluğunu, ikincisi, həm də rəsmi dərc olunan orta aylıq qiymətlərin nə dərəcədə bazardakı real qiymətlərə uyğunluğunu müəyyən edir. Belə bir ölçmə üçün ölkədə şərait və resurs yoxdur. Bu səbəbdən rəsmi statistikanın öz rəqəmlərinə baxmaqdan başqa çarəmiz də qalmır”.

Dövlət Statistika Komitəsi bildirir ki, uzun düyü 3,8, buğda unu 6,3, manna yarması 11,7, əla növ buğda çörəyi 10, peçenye 1,8, vermişel 0,5, sümüklü mal əti 1, sosiska 4,5, yoqurt 3,5, toyuq yumurtası 21, kərə yağı 2,3, qarğıdalı yağı 18,7, alma 11,7, xiyar 27, pomidor 60, badımcan 88, kök 10, kartof 59, çay 1,6 faiz bahalaşıb. Guya yumru düyü 3, bulka 1,7, makaron 0,5, sümüklü qoyun əti 9, toyuq əti 1, mal ciyəri 6, kolbasa 1,5, qatıq 2,2, pendir 0,8, şor 0,5, zeytun yağı 5,4, kələm 2,4,sarımsaq 15, şəkər 2,7, müxtəlif spirtli içkilər 5-10 intervalında, filtrli siqaretlər 15 faiz ucuzlaşıb.

Hər şeyi bir kənara qoyaq, təkcə qoyun ətinin, makaronun, filtrli siqaretlərin ucuzlaşması ağ yalandır. Mütəxəssislər ucuzlaşmanın yalnız maye yağlarda müşahidə edildiyini, kərə yağı ilə bağlı məlumatın doğru olmadığını bildirirlər. Bundan başqa, idxal buğdasının dəyəri 30 faizə yaxın ucuzlaşıb, bundan alınan buğda unu, undan bişirilən çörək isə bahalaşıb.

Rövşən Ağayev bütün hallarda şəffaflığın qorunmadığına əmindir. Lap mütəxəssislər deməsə belə, vəziyyət göz qabağındadır. Bazar və mağazalar od tutub yanır, komitə isə ucuzlaşmadan dəm vurur. İnflyasiya ilə bağlı manupilyasiya göz oyur...



Xəbərin oxunma sayı : 580




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap