Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Maduro ABŞ diplomatlarını ölkədən qovdu –Moskva da Venesuela prezidentini dəstəklədi

Tarix 24.01.19, 10:18

Font ölçüsü : - / +
bitmap-img6


Venesuela Prezidenti Nikolas Maduro ABŞ ilə bütün diplomatik əlaqələri kəsdiyini bəyan edib.

Qərb mətbuatının yaydığı məlumatlara görə, Maduro amerikalı diplomatların 72 saat ərzində ölkəni tərk etmələrini istəyib. O bildirib ki, müddət başa çatdıqdan sonra ABŞ diplomatları ölkədən çıxarılacaq.

Maduro ABŞ-ı ölkədə çevriliş etməkdə də ittiham edib və Quaidonu “qanunsuz prezident” adlandırıb.

Bu arada o da məlum olub ki, Amerika Dövlətləri Baş Assambleyasının baş katibi Luis Almarqo da Xuan Quaidonu prezident səlahiyyətlərinin icraçısı kimi tanıyıb.

“Prezident səlahiyyətlərinin icraçısı Xuan Quaidonu təbrik edirik. Ölkəyə yenidən demokratiyanın gətirilməsində o bizim yardımımıza güvənə bilər”, – deyə Almarqo bəyanatında bildirib.

Artıq Çili, Paraqvay, Kolumbiya, Peru, Braziliya, Qvatemala və Ekvadorun da Xuan Quaidonu Venesuela prezidenti kimi tanıdıqları bildirilir.

Baş verənlərə Rusiyadan da münasibət bildirilib. Federasiya Şurasının beynəlxalq işlər üzrə komitə sədrinin müavini Andrey Klimov deyib ki, Rusiya artıq Venesuelanın qanuni prezidenti olaraq Nikolas Maduronu tanıyıb və bu mövqedə heç bir dəyişiklik olmayacaq.

Qeyd edək ki, Nikolas Maduroya qarşı etiraz aksiyaları zamanı ölənlərin sayı altıya çatıb. Belə ki, iki nəfər San-Kristobal şəhərində keçirilən aksiyalarda ölüb. Daha dörd nəfər isə Barinas ştatında baş tutan mitinqdə həlak olub.

Aksiyalar zamanı 30-dək adam yaralanıb.






Xəbərin oxunma sayı : 256




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap