Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Mahmudovun uşaqları Londonda 35 milyonluq əmlak aldı - Vəkilləri ailənin sərvətinin kimdən miras qaldığını bildirib?

Tarix 31.05.20, 21:34

Font ölçüsü : - / +
bitmap-img6


Keçmiş MTN naziri Eldar Mahmudovun övladları tərəfindən Londonda bir sıra dəbdəbəli mülklərin alındığı ortaya çıxıb. 

"Qafqazinfo” "Guardian” qəzetinin bu gün apardığı araşdırmaya istinadla xəbər verir ki, bunlardan biri də Londonun məşhur "Harrods” mağazasının yaxınında yerləşən 17 milyon funt sterlinq dəyərində (təxminən 35 milyon 700 min manat ) 4 mərtəbəli malikanədir.

"Cayman National Bank (Isle of Man) Ltd (CNBIOM)” şirkətindən 2019-cu ilin noyabr ayında ələ keçirilən və sonradan onlayn olaraq yayımlanan müştəri sənədlərinin keş fayllarına əsasən, Mahmudovun ailəsinin təxminən 100 milyon avroya yaxın bir biznes və əmlak imperatorluğu qurduğu məlum olub. Onun aktivlərinin demək olar ki, hamısı 36 yaşlı oğlu Anar və 31 yaşlı qızı Nərgiz Mahmudova ilə əlaqəli şirkətlər hesabına əldə edilib.

Anar və Nərgiz Mahmudovun vəkilləri ailənin sərvətinin 19-cu əsrdə milyoner olmuş Aslan Aşurovdan miras qaldığını bildirib.

Həmçinin övladların əmlaklarının hamısının lazımi qaydada qeydiyyata alınaraq hesablandıqlarını və Anar Mahmudovun öz işində uğurlu bir biznesmen olduğunu bildiriblər.

Qeyd olunub ki, sızdırılmış sənədlərdə Anarın sərvətinin xalası, Bakıda neft və tikinti şirkəti qurmuş Elmira Mahmudovadan əldə olunduğunu izah edən bir məktub da aşkarlanıb.

Eyni zamanda araşdırmada müəyyən edilib ki, Mahmudovlar Malyorka, Lüksemburq və Litvada da mülk və şirkətlərə sahibdirlər.



Xəbərin oxunma sayı : 667




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap