Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Makedoniya prezidenti və hökumət bir-birini ittiham edir – Alban dilinə görə

Tarix 16.01.19, 16:05

Font ölçüsü : - / +
bitmap-img6


Makedoniya prezidenti George İvanov və respublika hökuməti bir-birini konstitusiyanı pozmaqda ittiham edirlər.

Trend-in məlumatına görə, buna səbəb "Xidməti xəbərlər" rəsmi nəşrində dövlət başçısının imzası olmadan parlamentin spikeri Tələt Cəfəri tərəfindən alban dilinə ölkənin ikinci rəsmi dili statusu verilməsi haqqında qanunun dərci olub.

Yanvarın 15-də qanun qüvvəyə minməli idi. Lakin prezident və müxalifət buna qarşıdırlar.

G.İvanov bəyan edib ki, qanunun dərci Makedoniya konstitusiyasının 75-ci paraqrafını pozur.

Nazirlər Kabinetindən isə dövlət başçısına cavab olaraq bildirilib ki, Məclis ikinci dəfə təsdiq etdikdən sonra prezident qanunu imzalamağa borcludur.

Xatırladaq ki, Makedoniya prezidenti ötən ilin martında ölkənin ikinci rəsmi dili haqqında qanunu imzalamaqdan növbəti dəfə imtina etmişdi.



Xəbərin oxunma sayı : 184




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap