Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Mal ətini necə seçək? - “Camış ətini, inək əti adı ilə satırlar“

Tarix 02.06.19, 20:41

Font ölçüsü : - / +
bitmap-img6


"Ətlə bağlı problem ona gətirib çıxarıb ki, istehlakçılar gözləri ilə gördüyü diri heyvanın ətini almaq istəyirlər”.

Bu sözləri Lent.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. O bildirib ki, bu hal ölkənin paytaxtının qəssabxanaya çevrilməsinə gətirib çıxarıb:

"Səbəbi isə budur ki, insanların baytarlara inamı yoxdur. Buna görə də istehlakçılar ət almaq üçün marketə üz tutmurlar. Bununla əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi elə bir iş aparmalıdır ki, insanlar tam olaraq baytarlara əmin olsunlar və bununla da digər ölkələrdəki kimi ət almaq üçün marketlərə yollansınlar”.

E.Hüseynov insanların ət alarkən aldadılması hallarından da söz açıb: 

"Məsələn, paytaxtda Kənd Təsərrüfatı Nazirliyinin yaratdığı Nizami küçəsində olan böyük "Kənddən Şəhərə” yarmarkasında camış ətinin, inək əti adı ilə satılmasının şahidi olmuşuq. Düzdür, camış əti zərərli deyil, ancaq onun öz, inək ətinin isə öz qiyməti var. Camış əti ağ olur, bişirib yedikdə ağızda daha gec sovrulur, qabırğası isə enli olur.

Murdar, yəni ölmüş heyvan əti isə qırmızı su verir. Bundan başqa onun xoşagəlməz qoxusu olur. Eyni zamanda at əti ilə mal ətini də qarışdırmaq lazım deyil. At əti tünd, piyi nisbətən sarı, qabırğaları isə uzun olur. Onu bişirəndə spesifik at tərinin iyi gəlir”.

AİB sədri həmçinin əlavə edib ki, Nazirlər Kabinetinin 94 saylı qərarı real olaraq həyata keçirilsə, bu problem davam etməz:

"Sözügedən qərarda bütün malların üzərinə istehsal, son istifadə tarixi və istehsal edən firmanın adının yazılması öz əksini tapıb. Bununla da əslində istehlakçıların tam haqqı var ki, ət alarkən bu məlumatları əldə etsinlər.

Həmçinin paytaxtda ”AzProtein Foods Group” şirkəti fəaliyyət göstərir ki, onlar bütün standartlara uyğun davranırlar. Ancaq bundan əhali az məlumatlı olduğu üçün diri heyvan ətinə maraq göstərirlər".



Xəbərin oxunma sayı : 307




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap