Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Manat niyə bahalaşır?

Tarix 18.04.17, 23:14

Font ölçüsü : - / +
bitmap-img6


Neft Fondundan (SOFAZ) Mərkəzi Banka bu ilin I rübündə 2 milyard 279 milyon manatlıq transfert edilib

İqtisadçılar bu transfertin nəticəsində dolların manata nəzərən ucuzlaşdığını qeyd ediblər. 

Məsələ ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Samir Əliyev bildirib ki, ümumilikdə, bu il ərzində Mərkəzi Banka 7,5 milyard manat vəsait köçürülməsi planlaşdırılırdı: “Bu da hər rübə təxminən 1,9 milyarda yaxın vəsait edir. Amma ilk rübdə nəzərdə tutulandan bir qədər çox, yəni, 2,3 milyard manat vəsait köçürülüb”.

Ekspert xatırladıb ki, yanvarın axırından başlayaraq ölkədə dollar qıtlığı yaşanmır, əksinə bolluq yaranıb və sürətli olaraq ucuzlaşma baş verib: “Bunun ilk növbədə səbəbi pul kütləsinin çatışmazlığıdır. Bankların əlində manat qıtlığı olduğuna görə onlar dollar hərraclarında aktiv şəkildə iştirak edə bilmirlər.

Bu amil makroiqtisadi sabitlik baxımından valyuta bazarını nəzarətdə saxlamağa imkan verdi. Ancaq ilk növbədə başa düşülürdü ki, bu transfertlər xarici borcların ödənilməsinə sərf olunacaq. 1-ci ayda Mərkəzi Bankın valyuta ehtiyatı 1,3 milyon manat artdı. 

İndi də valyuta bazarında sabitlik var. Ancaq bunun özündə də problem var. Çünki bu sabitlik transfertin hesabına baş verib. 

Bəs növbəti illərdə transfert olmazsa, vəziyyət necə olacaq? Manat üçün təhlükə yarana bilər. Belə ki, Neft Fondunun vəsaitləri uzun müddət sabitlikdə rol oynamaya bilər”. (qafqazinfo.az)



Xəbərin oxunma sayı : 184




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap