Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Martın 7-də bu rayonların şagirdləri üçün buraxılış imtahanı keçiriləcək - SİYAHI

Tarix 04.03.21, 15:57

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət İmtahan Mərkəzi 7 mart 2021-ci il tarixində respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

DİM-dən verilən məlumata görə, imtahan keçirilən şəhər və rayonlar peşə-ixtisas təhsili müəssisələrinin yerləşdiyi ərazilərə uyğun müəyyən olunub.
Həmin gün 3254 şagirdin (Bakı şəhəri üzrə Binəqədidə 269, Xətaidə 129, Xəzərdə 112, Nərimanovda 387, Sabunçuda 300, Qaradağda 144, Nizamidə 140, Gəncədə 280, Şəmkirdə 40, Gədəbəydə 39, Qazaxda 18, Tovuzda 86, Sumqayıtda 258, Şamaxıda 20, Qəbələdə 54, Qaxda 98, Bərdədə 75, Göyçayda 52, Kürdəmirdə 20, Zərdabda 76, Şirvanda 74, Sabirabadda 75, Biləsuvarda 55, Salyanda 55, Saatlıda 72, Lənkəranda 31, Cəlilabadda 88, Qubada 96, Qusarda 35, Xaçmazda 76 nəfər) imtahan verəcəyi nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlanır. İmtahanda iştirak edəcək şagirdlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmır.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə onlara tədris dili, riyaziyyat və xarici dil üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır.
İmtahan bitdikdən sonra iştirakçılar sual kitabçası və cavab vərəqini nəzarətçiyə təhvil verməlidirlər. İmtahanların keçirilməsi üçün 32 imtahan binası ayrılıb. İmtahanların idarə olunmasına 44 imtahan rəhbəri, 32 ümumi imtahan rəhbəri, 313 nəzarətçi-müəllim, 64 buraxılış rejimi əməkdaşı ayrılıb.



Xəbərin oxunma sayı : 373




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap