Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Mədəniyyət Nazirliyi: “Ququş Bakıya gələ bilər“

Tarix 29.08.17, 1:49

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Cənubi Azərbaycandan olan əfsanəvi müğənni Ququşun Bakıda konsertinin qadağası haqqında haqqin.az və virtualaz.org saytlarında dərc olunan silsilə yazılara reaksiya verib. Xatırladaq ki, yaxın günlərdə Təbriz pop-ulduzu Zaqafqaziya turnesinə yollanacaq, Yerevanda və Tbilisidə konsertlərlə çıxış edəcək.

Mədəniyyət və Turizm Nazirliyi məsələ ilə bağlı rəsmi bəyanatla çıxış edib. Virtualaz.org Nazirliyin saytına istinadən bildirir ki, bəyanatda deyilir: “Müğənninin Azərbaycanda konsertinin təşkil olunması ilə bağlı Nazirliyə müraciət daxil olmayıb. Mədəniyyət və Turizm Nazirliyi, mərkəzi icra hakimiyyəti orqanı olaraq ölkəmizdə kommersiya məqsədilə keçirilən konsert proqramlarının təşkilatçısı qismində çıxış etmir”.

Nazirlik qeyd edib ki, bu cür kommersiya məqsədli, yerli və xarici müğənnilərin iştirakı ilə konsert proqramları ölkəmizin müvafiq qanunvericiliyinə uyğun olaraq özəl qurumlar və prodüser mərkəzləri tərəfindən təşkil oluna bilər. Nazirlik bildirib ki, ölkəmizdə öz tamaşaçı auditoriyası olan istənilən əcnəbi müğənninin, o cümlədən Ququşun da konsertinin təşkil olunmasına hörmətlə yanaşır.

Və Ququşun konsert verməsi üçün hər hansı rəsmi icazə alınması tələb olunmur.



Xəbərin oxunma sayı : 115




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap