Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Melanya Trampın qeyri-rəsmi bioqrafiyası - “The New York Times” birinci xanımın özəl həyatından yazdı

Tarix 06.12.19, 22:57

Font ölçüsü : - / +
bitmap-img6


“Elə ki, söhbət ABŞ-ın birinci xanımı Melanya Trampdan düşür, hamı bu mövzu ilə bağlı fikir bildirir. Televiziyada səhər verilişlərinin aparıcıları, “Twitter”-dəki ekspertlərdən tutmuş etiraz plakatı düzəldənlərə kimi. Xanım Tramp öz evində əsirə çevrilib, yoxsa xanım Tramp hər şeyi idarə edir.

Xanım Tramp ərinin işlərinə qarışır, yoxsa onun heç nədən xəbəri yoxdur. O, həyat yoldaşından uzaqlaşıb yaxud, birinci xanım ərinə məsləhətlər verir. O, Vaşinqtonu sevir yoxsa, Melanya Tramp Vaşinqtona nifrət edir. O, sadəcə istəyir ki, ondan əl çəksinlər, onu sakit buraxsınlar. Əgər hazırkı administrasiyanı Rorşax testi kimi nəzərdən keçirsək, onda birinci xanım bütün Ağ Evə yayılmış qara mürəkkəb ləkəsidir”, - icmalçı Elizabet İqan “The New York Times”-da yazır.


“Ağ Evin mətbuat xidmətinin üzvü, əsasən birinci xanım və Tramplar ailəsindən yazan “CNN” telekanalının jurnalisti Keyt Bennet bir mütəxəssis kimi Melanyanın qeyri-rəsmi bioqrafiyasında öz sözünü deyə bilər. Bu həftə işıq üzü görən bioqrafiya birinci xanımın həyatı, onun düşüncələri və münasibətlərindən bəhs edir. İşçiləri ona yaxşı münasibət bəsləyir və Bennet Şərq Qanadını “Ağ Evin ən etibarlı gəmisi” kimi təsvir edir”, - İqan qeyd edir.

“(...) Birinci xanımın geyimlərinə gəldikdə, burada təsadüfə yer yoxdur. Əvvəlcə yaxasında böyük bantı olan (ingiliscə “pussy bow”) çəhrayı köynək olub. 


Xanım Tramp həmin köynəyi 2016-cı ilin oktyabr ayında “Access Hollywood” səs yazısı ictimailəşdirildikdən sonra debatlara geyinib. Səs yazısında həyat yoldaşı Donald Tramp qadınların cinsiyyət orqanından (ingiliscə “pussy”) tutmağı ilə öyünüb” , - məqalədə deyilir.

Ardınca 2018-ci ildə Müraciət zamanı ağ kostyum geyinib. Bennet yazır: “Belə bir nəzəriyyəm var: Melanya və Donald bir-birindən küsəndə, birinci xanım kişi geyimi geyinir – məlumdur ki, Trampın qadın qamətini bildirən dar, qısa, ultraseksual paltarlardan xoşu gəlir”.



Həmçinin diqqətçəkən baş aksessuarları olub: Nayrobidə müstəmləkə tərzində tıxacsayağı şlem, İngiltərədə ağ şlyapa.

Lakin “Zara” markasından olan, 39 dollarlıq xaki rəngli gödəkçə qədər müzakirəyə səbəb olan ikinci geyim predmeti olmayıb. Melanya Tramp onu ötən il xarici səfərlərindən birində geyinib. 

Gödəkçənin arxasında belə bir cümlə olub: “"I REALLY DON?T CARE, DO U?” (Həqiqətən, vecimə deyil, bəs sənin?”). Müxtəlif versiyalar səslənib. Amma Bennet həmin sözlərin prezidentin qızı İvanka Trampa ünvanlandığını düşünür. “Hesab edirəm ki, bu gödəkçə İvankanın və onun daim administrasiyada müzakirə edilən pozitiv mövzulara qoşulmaq cəhdlərinə zarafatyana göndərmə olub”, - deyə Bennet yazır.



İvanka ilə münasibətlərə gəldikdə... Hər iki qadınla kifayət qədər vaxt keçirən bir şəxs Bennetlə söhbətində bu münasibətləri belə təsvir edib: “Səmimi münasibətlərdir, ancaq onlar yaxın deyillər”. (...) Administrasiyanın ilk illərində Melanya Tramp mətbuatda “qənimət qadın – başıboş model” adlandırılıb, halbuki İvanka Tramp “biznes təcrübəsi olan ana” kimi təqdim edilib. 

Bennet yazır ki, İvankanın beynəlxalq səfərləri analığını qəzəbləndirir: “Mənbələrdən birinin sözünə görə, həmin səfərlər Melanyanın səbir kasasını doldurub. Belə ki, birinci xanım İvankanın onun ərazisinə soxulduğunu düşünür”.



(...) Elizabet İqan xanım Tramp ilə Karen Pensin yaxın olmadıqlarını qeyd edir: “Bir dəfə Bennet “S-32” hərbi təyyarəsinin arxa seksiyasında oturub. Göyərtədə xanım Tramp və ABŞ-ın vitse-prezidenti Mayk Pensin həyat yoldaşı Karen Pens də olub. Bennet xatırlayır ki, oturduğu yerdən baxış bucağı yaxşı olduğu üçün “Karen Pensə oxşayan bir qadının adətən köməkçilərin və qabaqcıl qüvvələrin oturduğu qarşıdakı seksiyadan çıxaraq təyyarənin quyruq bölgəsində yerləşən tualetə yollandığını görüb”. 



“Melanya Tramp xanım Pensi özünün geniş kayutuna dəvət etməyib, həmçinin Texasa endikdən sonra dörddüymlük dikdabanlarını çıxarmayıb. Nəticədə birinci xanım “gülməli bir şəkildə” ikinci ledidən uzun görünüb. Halbuki Melanya Tramp özündən bəstəboy insanlarla yanaşı gedəndə, onlarla şəkil çəkdirəndə adətən düz ayaqqabı geyinir”, - məqalədə deyilir.



Melanyanın bioqrafiyasında yer alan, ictimaiyyətə məlum olmayan başqa informasiya da var. 

“Məsələn, birinci xanımın Ağ Evdə öz şəxsi otağı var. Prezident isə Ağ Ev iqamətgahının ikinci mərtəbəsində yerləşən əsas yataq otağında yatır. O, qapısından qıfıl asılmasını xahiş edib. Bennetin sözlərinə görə, xanım Tramp üçüncü mərtəbədə qalır. Əvvəlcə bu iki otaqlı ərazidə Mişel Obamanın anası Merian Robinson qalırmış. Xanım Trampın “qlamur otağı” da var. Burada o, saçlarını qaydaya salır və makiyaj edir. Habelə birinci xanımın pilates və idman məşqləri üçün özəl trenajor zalı da var”, - məqalənin sonunda jurnalist qeyd edir. (Tərcümə: xpress.net)






Xəbərin oxunma sayı : 595




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap