Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Meloni referendumda uduzdu - Baş nazir məğlubiyyətini etiraf etdi

Tarix 23.03.26, 22:42

Font ölçüsü : - / +
bitmap-img6


İtaliyanın Baş naziri Ciorcia Meloni hökuməti tərəfindən təklif olunan islahatla bağlı referendumda uğursuzluğa uğradıqlarını etiraf edib.

AzFakt.com "Report"a istinadən xəbər verir ki, Meloni bu barədə “X” sosial şəbəkəsindəki müraciətində bildirib.

“Suverenlik xalqa məxsusdur və bu gün xalq öz mövqeyini birmənalı şəkildə ifadə etdi. Hökumət sözünün üstündə durdu: seçki kampaniyası zamanı bəyan edilmiş islahatı müzakirəyə çıxardı və qərarı vətəndaşların öhdəliyinə buraxdı. İtaliyanın modernləşdirilməsi üçün əldən verilmiş fürsətə görə təəssüf hissi qalsa da, biz əvvəlki kimi bu seçimi qəbul edirik. Bununla belə, aldığımız mandat çərçivəsində dövlətin rifahı naminə öz vəzifələrimizi sakit və vicdanla yerinə yetirməyə davam edəcəyik. Qətiyyətlə, məsuliyyətlə, İtaliyanın və onun xalqının maraqlarına hörmətlə irəli gedəcəyik”, - deyə baş nazir bəyan edib.

Səslərin hesablanmasının ilkin nəticələrinə görə, referendum iştirakçılarının 54,47 %-i islahatın əleyhinə çıxış edib. Səsverməyə konstitusiyaya uyğun olaraq dövlət hakimiyyətinin müstəqil qolu sayılan məhkəmə-istintaq sisteminin strukturunun dəyişdirilməsi və səlahiyyətlərin yenidən bölüşdürülməsi ilə bağlı kifayət qədər spesifik məsələ çıxarılmışdı.



Xəbərin oxunma sayı : 175




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap