![]() |
|


8.jpg)











Məmurların oğurluq pulla alınan xaricdəki əmlakları təhlükədə - Siyahı Bakıda...
Tarix 28.01.22, 11:51 |
|

Sirr deyil ki, ümumilikdə bir sıra məmurlar dövlətdən oğurladıqları vəsaitləri əsasən xaricə aparır. Sonradan onu aşkar edib geri qaytarmaq isə olduqca çətin olur. Buna həm böyük vaxt lazım olur, həm də ciddi həcmdə vəsaitlər.
Məsələnin o tərəfi də var ki, oğurluq pulla alınan əmlaklarla bağlı həmin ölkələrdə aparılan araşdırmalar belə çox vaxt Azərbaycanın xeyrinə yekunlaşmır. Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyevin xanımı, Eldar Mahmudovun övladları və sairə sabiq məmurlarla bağlı araşdırmaların nəticəsizliyi göz önündədir. Yəni keçmiş bankirin xanımı Zamirə Hacıyevanın Londondakı mülklərini, o cümlədən sabiq məmurlara aid əmlakları müsadirə etmək mümkün olmayıb. Məsələn, keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun oğlunun Nyu-Yorkda 4 milyonluq mülkü üzə çıxmışdı. Sabiq nazir isə bunu şəxsi işi adlandırmışdı. Həmçinin sabiq MTN rəhbəri Eldar Mahmudovun və ailə üzvlərinin, o cümlədən digər məmurların xaricdə sərvətləri məlum olub.
Azərbaycanın baş prokuroru Kamran Əliyev qurumun 2021-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bir sıra məqamlara toxunub. Baş prokuror qeyd edib ki, xarici ölkələrdə olan və təqsirləndirilən şəxslərə məxsus əmlakın müsadirəsi prosesinə başlanılıb. K.Əliyevin açıqlamasına əsasən, ötən il xüsusi müsadirə sahəsində aktivlərin aşkarlanması və izlənməsi üzrə görülən tədbirlər nəticəsində müttəhimlərə məxsus 227 daşınmaz əmlak, 83 torpaq sahəsi, 314 nəqliyyat vasitəsi, müxtəlif banklarda 51 kart hesabı və 22 cari hesab müəyyən edilib. Faktiki olaraq təqsirləndirilən şəxslərə məxsus 109 nəqliyyat vasitəsi və 12 daşınmaz əmlak aşkar edilib. Eyni zamanda xaricdə olan əmlakın müsadirəsi ilə bağlı lazımi tədbirlər görülüb.
Amma yuxarıda sadaladığımız əngəlləri nəzərə alsaq, xaricdəki əmlakla bağlı Baş Prokurorluğun cəhdləri nə qədər uğurlu alınacaq? Elə etmək olmazmı ki, məmurların, onların ailə üzvlərinin xaricdən əmlak sahibi olması yasaqlansın?
İqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, həmin mülkiyyət haradadırsa, qanunvericiliyə uyğun həll edilməlidir: "Azərbaycan rəsmi müraciət etməli, cinayət işinin məğzi ilə bağlı vəkil tutmalıdır. Xarici məhkəmələrin qərarı ilə əmlakın müsadirəsi mümkün ola bilər. Azərbaycan hakimlərinin qərarları isə keçərli deyil. Açığı, çətin prosedurdur. Çox zaman məmurlar əmlakları yaxın qohum və tanışlarının adına sənədləşdirir və məhkəmədə sübut etmək çətinləşir, eyni zamanda məhkəmə prosesi özü də uzun çəkir”.
N.Cəfərlinin sözlərinə görə, xüsusən Böyük Britaniyada məhkəmələr uzun zaman alır: "Bununla belə, Azərbaycan tərəfindən faktlar varsa, həmin ölkələrin məhkəmələrinə üz tuta bilərik. Amma məmurlara və ailə üzvlərinə xaricdə əmlak almağı qadağan etmək mümkün deyil. Sadəcə, elə sistem və nəzarət mexanizmi yaradılmalıdır ki, korrupsiya ilə məşğul olmasınlar. O səbəbdən korrupsiyaya rəvac verən sistem aradan qaldırılmalıdır, hesabatlılıq olmalıdır, parlament və sivil toplum tərəfindən nəzarət mexanizmi güclənməlidir. O zaman məmurların pulları xaricə çıxarması mümkün olmur”.
"Vətəndaş” İctimai Birliyinin sədri, hüquqşünas Günel Səfərova bildirib ki, məmurların xaricdə əmlak almasını önləmək üçün ilk növbədə ölkələrarası korrupsiya və qaçaqmalçılıqla bağlı anlaşma olmalıdır. Onun sözlərinə görə, bu müqavilədən irəli gələrək bəzi ölkələrlə razılaşmışıq: "Bir neçə belə presedent var. Amma hamısı mümkün olmayacaq. Çünki hüquqi baxımdan əmlakın kimə məxsusluğunu sübut etmək çətindir. Elə ölkələr var ki, xarici vətəndaş əmlak ala bilməz və belə olan halda məmur aldığı mülkü həmin ölkənin vətəndaşının adına rəsmiləşdirir, nəticədə izi itirir”.
Hüquqşünas qeyd edib ki, baş prokuror 227 əmlak müəyyən edildiyini açıqlayıb, lakin rəqəmlər daha çox ola bilər: "Onların müsadirəsi formal mümkündür, praktik çətindir. Əslində məmurlar qanunu yaxşı bilir və əksəriyyəti mülklərini başqalarının adına sənədləşdirir. Ona görə gəlir bəyannaməsi ictimai şəkildə təqdim olunsa, məsələ köklü şəkildə həll edilə bilər. Məmurlar, nazirlər, deputatlar gəlir bəyannaməsini açıqlamalıdırlar, bu zaman əmlakla gəlir bəyannaməsi uyğun gəlməyəndə korrupsiya faktını müəyyən etmək olur. Bu, hüquqi tənzimləmədən daha çox siyasi iradə məsələsidir. Yəni sən hətta ayda 5 min manat maaş alırsansa belə, sual doğurur ki, 5 milyonluq villanı necə əldə etmisən?!”
Mənbə: "Yeni Musavat"
Xəbərin oxunma sayı : 847
loading...
Sosial
Xəbərlər
-
İnstaqramda bu gün nələr paylaşdılar? - FOTOLAR
-
Heç nədən yüzlərlə milyon... - Mbappeni saxlamaq üçün PSJ nələr edir?
-
Pullu yol nə vaxt hazır olacaq? - VİDEO
-
Dövlət sifarişi ilə filmlərin çəkilməsi zamanı pozuntular aşkarlanıb
-
Putin qubernatora qəzəbləndi: “Qulaq as…”
-
Bu il istehlak bazarında kəskin bahalaşma var - VİDEO
-
Cozef Bayden İlham Əliyevi təbrik etdi
-
“Sülhməramlılar“dan daha bir təxribat - İndi də tariximizə qənim kəsiliblər - VİDEO
-
“Lotu Quli“nin adından istifadə...- 12 milyonluq əmlak ələ keçirən şəxsə cəza istənilib
-
Ermənilər ABŞ səfirini ölkədən qovmaq istəyirlər: “Treysi, get!”
-
Məktəblərin yaxınlığında satılan təhlükə: Uşaq içən kimi xəstələnir - Video
-
Xına qoymaq adı ilə qonşuya çağırılan 15 yaşlı qızı belə oğurlayıblar - TƏFƏRRÜAT
-
Jurnalist Qadir İbrahimli dəfn olundu - FOTOLAR
-
“Bakı İrəvandan öhdəliklərin yerinə yetirilməsini gözləyir” - Əli Əsədov
-
“Azov” alayının komandiri: “Mariupolun müdafiəsi dayandırıldı” - VİDEO
-
“Nar” yerli İKT peşəkarlarının yetişməsinə dəstək olur
-
Şəkidə kənd yolları niyə düzəldilmir? - VİDEO
-
Azərbaycana qar yağdı - FAKTİKİ HAVA
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
Vilyam Hacıyev məktəb tikintisinə ayrılan pulun 181 min manatını mənimsəyib? - MƏHKƏMƏ
-
“Niyə dar günümdə yanımda olmadın?“ - Manafdan Vasifə
-
““Meymun çiçəyi“nə qarşı vaksinasiya mövcuddur“ - TƏBİB
-
“Türkiyəyə güzəştə gedəcək” – Ərdoğanın hansı tələbləri yerinə yetiriləcək?
-
Azərbaycanda Milli Müdafiə Universiteti yaradılıb – RƏSMİ
-
Komandanlıq çaşqın durumda - Rusiya Mariupoldakı qüvvələrini çıxarır
-
Azərbaycanda “Meymun çiçəyi” virusuna yoluxan var? - Açıqlama
-
Bu pomidorlarda təhlükəli zəhər olur - Diqqət
-
“Ali rəhbərlik Mariupolun müdafiəsini dayandırmaq əmri verib” - “Azov”un komandiri
-
Füzulidə peşə liseyi tikiləcək - SƏRƏNCAM
-
Çavuşoğlu və xanım həmkarı arasında şok dialoq - Otaqda gərgin müzakirə
-
Yağış yağacaq, duman olacaq - PROQNOZ
-
Azərbaycanda iki sahədə xidmət haqları 50 faiz artırıldı - QƏRAR
-
“Vilyam Hacıyev 30 min manat istədi, mübahisəmiz düşdü“ - Təhsil şöbəsinin sabiq müdiri
-
Buçada rusiyalı hərbçilərin cinayətlərinin yeni sübutları - FOTO/VİDEO
-
“Ünvanlı sosial yardım dayandırılsın, uşaq pulu verilsin” - Deputat
-
DTX qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş azərbaycanlını həbs etdi - FOTO
-
Tovuzda tonlarla yun həyətlərdə qalıb - VİDEO
-
5 il əvvəl törədilən qətlin üstü açılıb - Saxlanılan var
-
Brüsseldə daha bir Əliyev-Paşinyan görüşü olacaq – Avropa İttifaqının növbəti cəhdi
-
“Səhiyyə modulları tədricən fayda paketinə daxil ediləcək“ - Nazir
-
“Müharibənin son mərhələsi başlayıb“ - Zelenski
-
Jurnalist Qadir İbrahimli vəfat edib
-
Bakıda müəmmalı hadisə: Oynamaq üçün həyətə düşən üç bacı itkin düşüb
-
Lənkəran kəndlərini birləşdirən yolda sürüşmə aktivləşib - VİDEO
-
ABŞ Ukraynaya dağıdıcı silahları verməkdən ehtiyat edir - VİDEO
-
Paytaxtda tıxac olan yolların SİYAHISI
-
Ginnessin Rekordlar Kitabına düşən futbolçular - İnanılmaz faktlar
-
Ukrayna Rusiya tanklarının qəbiristanlığına çevrilir - FOTOLAR
-
Qonşu ilə xəyanət, bağışlanma, pozulan tövbə... - Qatil ərdən şok ifadələr
-
“İrəvan Moskvanın təhriki ilə Brüsseli neytrallaşdırır” - “Caliber”in şərhi
-
Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – FOTOFAKT
-
Prezident Administrasiyasının şöbələrindən biri ləğv edilib
-
Azərbaycan daha 14 ölkədən uçuşlara icazə verdi - Rəsmi
-
Xoşqədəm Hidayətqızının həbsi tələb olunur - Xüsusi ittiham qaydasında məhkəməyə verildi
-
DTX və Baş Prokurorluq birgə əməliyyat keçirdi - İmtahan suallarını satanlar həbs edilib
-
Azərbaycanda donor bankı yaradılıb - Transplantasiya həyata keçirəcək mütəxəssislər hazırlanır
-
Əfv Komissiyasının iclası keçirilib - 500-dən çox müraciətə baxılıb
-
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti konfrans keçirəcək - Mayın 20-də
-
Bakı Təhsil İdarəsində keçmiş müavinlərini direktor təyin etdirən kimdir? - FOTO
-
“Türkiyə təbii qazın 50 %-ni Rusiyadan alır“ - Rəcəb Tayyib Ərdoğan
-
Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilməyəcək
-
“Patı” məsələsini qabardanda üstümüzə gəlirlər - Deputatdan məmurlara sərt ittihamlar
-
“Şuşa mədəniyyət paytaxtıdır” - ICESCO-nun Baş direktoru
-
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanunda dəyişiklik TƏSDİQLƏNDİ
-
Kəlbəcər istiqamətində atışma - Müdafiə Nazirliyi məlumat yaydı
-
“Azərbaycandan Həcc ziyarətinə getməklə bağlı müəyyən dəyişikliklər edilib“ - QMİ sədri
-
“Hazırda Azərbaycan mediası ciddi islahatlar dönəmini yaşayır“ - Əhməd İsmayılov
-
Balıqçıların nəzərinə: Rüsum tələb olunacaq
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
“İsveç əsl terror yuvasıdır” - Ərdoğan
-
Kəmaləddin Heydərov türkiyəli nazirlə görüşdü - FOTO/VİDEO
-
Maşın almaq istəyənlərə şad xəbər: Hansı avtomobillərə güzəşt ediləcək? - VİDEO
-
Paytaxtda yağış, rayonlarda dolu gözlənilir: Sabahın hava proqnozu
-
“Rusiya yüksək səviyyəli komandirləri işdən çıxarıb” - Britaniya kəşfiyyatı
-
Akademiyada vəzifə saxtakarlığı: Cinayət işi başlanıb
-
“Hüseynbəyli Ülkər Hüseyn qızı adlı şəxs üzvümüz deyil” – Vəkillər Kollegiyası
-
Bakıda intihara cəhd edən jurnalistin son vəziyyəti AÇIQLANDI
-
Məşhur “Fantaziya” hamamı sökülür? - AÇIQLAMA
-
Jurnalist Qadir İbrahimli reanimasiyaya yerləşdirilib
-
“Ukraynaya döyüşmək üçün gəlməmişəm” – Müsavat başqanının müavini deputata cavab verdi
-
İlham Əliyev akademiyaya yeni rektor təyin etdi - FOTO
-
“Rusiyanın danışıqlara ehtiyacı olduğunu görmürük” - ABŞ rəsmisi
-
Prezident İlham Əliyev türkiyəli naziri qəbul etdi - VİDEO
-
Azərbaycanda müəllim şagirdi döydü: Araşdırma başladı - VİDEO
-
“Ermənistanda bu gün də qisasçılıq meylləri var“ - QMİ sədri
-
Rəşad Dağlı təhdid olunduğu üçün üzr istəyib? - VİDEO
-
“Paşinyan cinayətkar polisləri 6,5 milyon dollar mükafatlandırıb” - Vitse-spiker
-
“Rusiya ordusu təxribat və kəşfiyyat qruplarından isitifadə edir“ - Ukrayna BQ
-
Hulusi Akar azərbaycanlı qazilərlə görüşdü - FOTO
-
“ABŞ Finlandiya və İsveçə lazımi mesajları çatdıracaq” - Cavuşoğlu
-
Rusiyaya güzəştə getmək və sülh danışıqları aparmaq mümkün deyil - Zelenskinin ofisi
-
Tanınmış qazi-jurnalist İNTİHARA cəhd etdi: Vəziyyəti kritikdir
-
“Azərbaycan-Ermənistan razılaşmalarını dəstəkləyirik“ - Aİ nümayəndəsi
-
Mustafa Kamal Atatürkün doğum günüdür
-
Azərbaycanlı məşhurların bahalı geyimləri və aksessuarları - SİYAHI
-
Bakıda icra məmuru qadın vəkili döyüb - FOTO
-
“Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı haqlı narahatlıqlarımız var” - Çavuşoğlu
-
Azərbaycanda nazir müavininin sevgilisinə görə dava düşdü –Tədbirdə
-
Hərbi qulluqçular icbari narkoloji müayinədən keçəcək - Rəsmi
-
“Biz donora çevrilmişik, özümüz kredit ayırırıq“ - Prezident İlham Əliyev
-
Siyavuş Novruzovu narahat edən məqamlar: “Bir çox qurumlar iş yox, şou göstərir”
-
Azərbaycan millisinin baş məşqçisi:“Bakıda Tanrı kimi yaşayıram“
-
Bakıda Azərbaycan-Litva biznes forumu keçirilib - Prezidentlərin çıxışı + FOTOLAR
-
“Kapital Bank”ın Qəbələ filialında qalmaqal – “Dedi, get hara şikayət edirsən et”
-
Foto və videoları ilə şantaj edilən qız özünü öldürdü
-
Azərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR
-
“Terrorçuları bizə verməyəcəksiniz, ancaq bizdən NATO üzvlüyü istəyəcəksiniz?” - Ərdoğan
-
Nazirliyə yeni səlahiyyət verildi - FƏRMAN
-
Putin Donbasdakı qoşunları öz nəzarətinə götürüb - “The Telegraph”
-
Bu şəxslər cərimələnəcək - Yeni qayda
-
“Araz Naxçıvan“a texniki məğlubiyyət verildi - “Xan Lənkəran“ finalda
-
Uyğur rayonunda hər 25 nəfərdən biri terror ittihamı ilə məhkum edilib
-
"DİN və DTX-nin peşəkarları bu işə cəlb olunub" - Kamran Əliyev
-
“Miss Azerbaijan 2022“nin qalibi: “İndi gözəllik standartları dəyişib“
-
Güclü külək əsəcək, yağış yağacaq - Xəbərdarlıq
-
“O vaxt Basayev və Xəttabı məhv edə bilərdim” - Kadırov
-
Azərbaycanda son sutkada 5 nəfər koronavirusa yoluxub - 1 nəfər ölüb
-
2 900-ə yaxın hərbçiyə əlillik təyin edildi - FOTO
-
Dünən Şəmkirdə yanan ev sabiq deputata məxsusdur: “Olur belə hallar”
-
Azərbaycanda nə üçün siqaret qıtlığı yaranıb? - VİDEO
TOP 10
ARXİV