|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Mən öz evimi öz əlimlə tikəcəm, ANA!
Tarix 21.07.17, 23:06 |
|
Mənim sarı saçlı, mavi gözlü, örpəyi başında, duası dilində, atam yadigarı əziz Anam!
Dünən jurnalistlərə bağışlanan ev siyahısında adımı görə bilməyib, qəzəb, ancaq eyni zamanda həmişəki kövrəkliyinlə “A bala, axı sən bunlara nə etmisən belə?! Niyə sənə qənim kəsiliblər?! Niyə hər yerdə önünə daş dığırladır, kötük hellədirlər?! Gör, neçənci dəfədir ki, səni bu hala salırlar… Kimdir axı düşmənin, de, biz də bilək da bə, oğul…” deyə sual edir, israrla cavab istəyirdin…
Sənin bərk incimiş o incə, zərif, büsbütün sevgi və mərhəmətdən yoğrulmuş həssas ana qəlbini həmin an ovundura biləcək söz tapa bilmədiyimdən, hər şeyi zarafata saldım. Ancaq bu gün qərara gəldim ki, Sənə bəzi gerçəkləri mütləq, qısaca da olsa, deməli, yazmalıyam…
Əziz Anam! Bəribaşdan deyim ki, özünü, başını yorub düşmən axtarma – mənim düşmənim mən özüməm! Bəli, bəli, özüm, məhz özüm! Sənin düz 41 il əvvəl bir mart səhəri, sübh azanında doğub dünyaya gətirdiyin həmin o çirkin və yöndəmsiz Elxan!
Heç ağlına gələrdimi ki, 41 il əvvəl doğduğun o çirkin, arıq və çəlimsiz, ölməsin deyə başına oğlaq dolayıb qurban kəsdiyiniz körpə yaşayacaq, sağ qalacaq, böyüyəcək və düz 41 il sonra xəyallarında yaşatdığın paytaxt Bakıdan Sənə məktub yazacaq?! Özü də nə üstündə – niyə hər dəfə onun haqqını yeyirlər, niyə bir dövlətin yekə-yekə adamları hər yerdə onun önünü kəsir və niyə o da inadla bu məsələdə susur, dinmir…
Əziz Anam, axı Sən Allaha, onun qüdrət və hikmətinə səmimi qəlbdən inanan adamsan! O Allah da deyib ki, sizin yaxşı bildiyinizin arxasında pis, pis bildiyinizin arxasında isə yaxşı bir iş durar… İnan mənə, Sənin pis xəbər kimi qarşıladığın bu işin arxasında da gözəl bir hikmət, ibrət və yaxşı bir iş yatır, o zərif və kövrək qəlbin rahat olsun!
Başa düşürəm, hər dəfə Bakıya gələndə “əli hər yerə çata bilən” oğlunun niyə kirayələrdə qaldığı sıxır Səni. Utanırsan ki, axı bu boyda kişi niyə illərdir özgə qapılarda qalıb?! Darıxır, sinirə bilmir, qayıdıb tez kəndə – Ata Ocağımıza qaçmaq istəyirsən… “Hamıya əl tutursan, üstünə gələnə bir dəfə də “yox” deməmisən… Bala, bir öz gününə bax da, bir az da özünü, balalarını düşün da…” – deyirsən. Gəlinini də ürəkləndirirsən, tez Sənə qoşulur: “Ay ana, bilmirəm, Allah tamah, nəfs verəndə, Sənin bu oğlun haradaymış…”.
Bax, əziz Anam, bir kişini ən yaxşı tanıyan onun qadınıdır. Gəlinin də Sənə deyirsə ki, “oğlunun birinci düşməni tamahsızlığıdır”, buna inan – çünki mən ömrümü kitablar arasında keçirdim və hələ bir yerdə oxumadım ki, tamahkar, nəfsinə qul olan adamlar böyük ola, böyük ideyalar uğrunda çarpışa, vuruşa, mübarizə apara biliblər… Ona görə də tamahı özümə düşmən elan edib, onun məni çəkdiyi, dartdığı yerlərdən və işlərdən uzaq qaçmışam! Bunun hansı çətinliklərə başa gəldiyini çox az adam bilər, əksəriyyəti heç anlamaz və hətta bəzən arxanca “ağılsız adamdır” ifadəsiylə deyinərlər də…
Ancaq bax, Ana, məgər biz böyük-böyük sarayların, topdağıtmaz səltənətlərin necə xarabalıqlara, bayquşlar oylağına çevrildiyini, içində insan hənirtisinə, körpə qığıltısına necə həsrət qaldığını görməmişikmi?! Görmüşük, Ana, görmüşük… Görmüşük ki, insanın canı ağrıyında nə mal-mülk yadına düşər, nə ev-eşik, nə sərvət… Milyonların-milyardlarnı bir insanı xilas etməyə, geri qaytarmağa gücünün yetmədiyini də görmüşük, pulun, qızılın insan qüruru və ləyaqəti qarşısında necə sındığı, utandığı, aciz qalıb xəcalət çəkdiyi anları da...
İndi dəyərmi, bir evə görə o gözəl qəlbini sıxmağına, Ana?! Övladların, nəvələrin başında, çox şükür, bundan böyük nemətmi olar?! Birinin evi, malı-mülkü var, Sənin də başını həmişə uca edəcək gözəl, tərbiyəli və sağlam övladların, nəvələrin…
Bilirəm, Səni daha çox “şanlı hökumətimiz”in mənə münasibəti sıxır. Hələ də qavraya bilmirsən ki, axı mənim bu arıq və çəlimsiz oğlum niyə hər dəfə qos-qoca hökumətin qəzəbinə gəlir: bir gün yazıla bilməyənləri yazmasın deyə, qurub-yaratdığı qəzetdən uzaqlaşdırırlar; bir gün əlinə silah keçər deyə, çənəsini qırıb Ordudan kənara atırlar; başqa gün mühüm bir dövlət orqanında işə götürüləcək vədi verib üzərində min oyun qurur, sonra imtina edirlər; o biri gün partiyasında onun olacaq yerinə “cavandır, hələ gözləsin” deyib qoca və çuğul birisini dürtürlər; bir gün dövlət səviyyəsində böyük bir qanunsuzluğa gedib MSK-ya düşməsinin qarşısını kəsirlər; başqa bir gün istintaqa dartıb qarşısına “yazma” şərti qoyurlar; bir gün parlamentə yolunu bağlayırlar; bir gün də də içində yaşamağa çoxlarından çox haqqı çatan mənzilini vermirlər…
Nə edim, Ana, indi mən də ev davası açanların xoruna, haray-həşirinə, müti və iyrənc yalvarışlarınamı qoşulum?! Torpağının yarısı getmiş, şəhidinin arvadı-övladı küçədə qalan, ehtiyac içində çapalayan, haqq-ədalətin hər yerdə ayaq altına atıldığı, at izinin it izinə qarışdığı, ləyaqətsiz və şərəfsiz yollarla “yüksəliş”in, alçala-alçala “ucalmağın” meyara çevrildiyi bir məmləkətdə durub ev davasımı aparım?! Bunu özümə, qüruruma sığışdıra bilmərəm, Ana! Yoxsa, Sən hamıdan yaxşı bilirsən ki, məni haqqımı kimsəyə yedirən və mənə olan hörmətsizliyi də cavabsız buraxan şəkildə böyütməmisən!
… Yadındamı, rəhmətlik qonşumuz Məmməd dayı – “Ovçu Mamed” nə deyirdi? Vurub gətirdiyi qurdların dərisini soyanda ürəyini çıxarıb çiy-çiy qonşu uşaqlarla bərabər, mənə də yedirər və hamıya da deyərdi ki, bax, içinizdəki bu arıq oğlan böyüyəndə qurd kimi ürəkli və tələyədüşməz olacaq… Görünür, Sən indi həmin o qurd ürəyi yemiş, ağzı qurd qanına bulaşmış, bir andaca kükrəyib coşa, yanıb hər tərəfi alova bürüyə biləcək oğlunun neçə ildir niyə belə sakit və səbrlə durmasını, ona çəkilən sitəmlərə dözməsinin səbəbini anlamaqda çətinlik çəkirsən…
Yazım, bil, Ana! Bil ki, daha bir də bu məsələdə dartışmayaq!
Əziz Anam, Sənin o gözəl gözlərin yaşara-yaşara barəsindəki hekayətləri dinlədiyin Həzrəti Əli çox cəsur, igid, bilgili və ədalətli adam sayılsa da, həmişə haqqı yeyilən insan olub. İlk dəfə onun hakimiyyət haqqını yeyəndə cəmi-cümlətanı 32-33 yaşı vardı. Hətta xanımı olan Peyğəmbər qızı Fatimə də onun bu səbrinə məəttəl qalmışdı. Həzrət Əlinin susma səbəbi isə biriydi – onun haqqını yeyənlər özününkülər idi və həmin vaxt haq davası açmağa qalxsaydı, indi Sənin hər gün 5 dəfə sevə-sevə oxuduğun o azan səsi çoxdan kəsilmişdi…
Əziz Anam, mən qətiyyən özümü Həzrəti Əliyə oxşatmaq niyyətində deyiləm, ancaq biləsən ki, onun yolunda yürüyən çoxları kimi, mənim də hər addımda haqqımı yeyənlər, önümü kəsənlər, məni “özgə” bilənlər məhz özümüzünkülərdir!!! Ordan – Sənin yaşadığın Naxçıvandan Bakıya gəlib rəhmətlik Heydər Əliyevin əzəmətli kölgəsinə sığınan, vəzifə alan və sonra da bu vəzifə hesabına həşərat kimi millətin canına daraşıb var-dövlət, sərvət sahibi olan bəzi acgöz, görməmiş və tamahkar həmyerlilərimiz hər yerdə məni və mənim kimi insanları özlərinə təhlükə, düşmən sayıblar!
Xatırlayırsansa, rəhmətlik babam bu sayaq “vəzifəliləri” görəndə, tez “Yetim quzudan qoç olmaz” məsəlini çəkərdii. İndi biləsən ki, mən – Sənin oğlun, heç vaxt qoç ola bilməyəcək bu “yetim quzular”ın gözünə həmin qurd ürəyi yeyən, ağzı qurd qanlı Elxan kimi göründüyümdən, məndən qurd qoxusu aldıqlarından, bu “yetim quzular” sürüsünün canına həmişə vəlvələ düşüb, Ana! Ona görə hər yerdə önümə daş, kəsək, kötük diyirlədiblər, vurmağa, sındırmağa, ləkələməyə, adımı, izimi silməyə çalışıblar ki, dirçəlməsin, ayağa dura bilməsin, güclənməsin, itib-batıb getsin…
Və onu da biləsən ki, neçə ildir mən doğulduğumuz və çox sevdiyimiz o gözəl Naxçıvanımıza, bu dövlətin qurulmasında və qorunmasında əvəzsiz xidmətləri olan qeyrətli həmyerlilərimizə və bir də rəhmətlik Atamın “təəssübün olsun, öz el-obana qarşı gəlmə” nəsihətinə, ona verdiyim sözə görə, susur, dinmir, üzərlərinə qurd kimi yürüyüb o heç vaxt qoç ola bilməyəcək “quzular”ın leşlərini yan-yana düzmürəm, əziz Anam! Anla məni!
Ancaq əminəm ki, belələri, gec-tez, acgözlüklə topladıqları o sərvətlərini, vəzifələrini qorumaq üçün bir gün doğulduqları o torpağa da üz çevirəcəklər, onu da satacaqlar! Bax, mən onda danışacam, Ana! Onda çökəcəm belələrinin namərd sinəsinə!
Mənim ən rahat və ən gözəl yerim Sənin bətnində keçirdiyim 9 ay olub, gedəcəyim ən rahat ev də, şübhəsiz, kəndimizdəki qəbristanlıqda uyuyan ata-babalarımın ayaqlarının altı olacaq! Taleyin işinə, Tanrının hikmətinə bax ki, məhz mən Sənin bətnində olan aylar ərzində Sən palçıq-su daşımısan, müəllim Atam da kənddəki o gözəl evimizi tikib… Deməli, mən də öz evimi Atam kimi – alın təriylə, zəhmətlə, öz əllərimlə tikməliyəm, daha hökumətdən ummamalı, gözləməməli, kimdənsə mükafat olaraq almamalıyam, Ana! Səhvim onda oldu ki, bunu bilə-bilə, yanlış adamlardan ədalət gözlədim, bir ev üçün hökumətə müraciət etdim, gərək bunu etməyəyədim, Ana! Buna görə, mən özümü bağışlaya bilmirəm, ancaq gəl, Sən bağışla məni!
Bu səhvi düzəltmək üçünsə mən gəlininin və nəvələrinin yanında Sənə söz verirəm, sağlıq olsa, inşallah, qarşıdakı 2 ilin tamamında Bakıya gələndə, Səni nəvələrinlə birgə öz evimizdə qarşılayacağıq! Söz!!!
Görüşənədək, mənim sarı saçlı, mavi gözlü, başı örpəkli, dili dualı, atam yadigarı əziz Anam! Təki Sən sıxılma və səbrli ol! Mən hələ sağam, ölməmişəm, həyat isə davam edir…
Elxan Şükürlü
“Strateq.az” saytının baş redaktoru
Xəbərin oxunma sayı : 217
Sosial
Xəbərlər
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
TOP 10
ARXİV