| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Mənim qəhrəmanım – Şəhid komandir Raquf Orucovun xanımı YAZIR
Tarix 14.07.19, 17:45 |
|
… Yaşamaq həsrətsiz, həsrət sevgisiz, sevgi də sənsiz olmaz. Unutma: sevmək – daim bərabər olmaq deyil, sən olmasan belə, səni ürəkdə yaşada bilməkdir.
Murov xatirələri
Mənim Raquf adlı qəhrəmanla ailə həyatımın ilk günləri Murovdan – onun ətəyində yerləşən Toğana kəndindən başladı. Bəlkə də 17 illik ailə həyatımızın ən çətin, ən əziyyətli günləri idi. Amma çox xoşbəxt idik. Çünki ümidlərimiz vardı. Çünki ikimiz də gənc idik. Sabaha ümidlə baxırdıq.
Raquf o zaman Murovda kəşfiyyat bölüyünün komandiri idi. Bu mürəkkəb coğrafi ərazidə ən çətin kəşfiyyat əməliyyatlarına rəhbərlik edərdi. Həyat şərtləri çox ağır idi. İşığa, qaza, hətta içməli suya həsrət idik. Odun peçi, kömür sobası ilə evimizi isidirdik. Ətraf aləmlə əlaqə yaratmaq belə çətin idi. Bütün bu çətinlikləri Raquf mənə əvvəlcədən anlatmışdı. Mən isə şəhərdə böyüyüb təhsil almış ali savadlı qız bu çətinliklərin qarşısında davam gətirəcəyimə əvvəlcədən inanmırdım. Bu evliliyin tələsik verilmiş bir qərar olduğunu söyləyənlər də vardı. Həmçinin öz ailəm. Amma mən Raqufda özümü görürdüm, ona güvənirdim. Onunla bir yerdə olmaq səadəti bu çətinliklərin fövqündə dururdu. Körpə övladımızı belə Murovun sərt qışındı böyütdük. İkimiz baş-başa verib bütün çətinliklərin öhdəsindən gəldik. Dəfələrlə xəstələndim, amma rahat şəraitə qayıtmaq istəmədim. Çoxları həyatının əziyyətli günlərini xatırlayanda kədərlənər, amma mən o illərdən həmişə sevgi və fəxrlə bəhs etdim.
Biz Murovda ailə olaraq bərkidik, bir-birimizə bağlandıq. Heç vaxt unuda bilmirəm: Raquf bir gecə qəfil evə gəldi. Döyüş paltarlarını geyinmişdi, silahlanmışdı. Dedi: “Qarşıdakı postlara gedirəm. Ola bilər, evə gələ bilməyəm”. Körpə Aqşinlə görüşüb yola düşdü. Kimsəsiz həyət, tanımadığım insanlar, rabitə vasitələri də yox. Düz beş gün gəlmədi. O beş gün mənə beş il kimi göründü. Amma sonunda sağ-salamat gəldi. Bilmirəm, niyə o beş gün çəkdiyim həyəcandan sonra həmişə Raquf əməliyyatlara gedəndə, artıq əmin idim ki, harda olursa-olsun sağ-salamat qayıdacaq.
Toğanada səkkiz il xidmət etdi. Hamı onu sevdi, tanıdı. O, şərəfli, qorxmaz bir zabit idi. Eyni zamanda alicənab ata, hər bir qadının arzu edəcəyi bir ər idi. Hərbçi həyatının bütün çətinliklərinə baxmayaraq, mən onunla xoşbəxt idim.
Mənə elə gəldi ki, Murov həyatı insanı bərkidir, çətinliklərə sinə gərməyi öyrədir. Həyatda qarşılaşdığın digər çətinliklər o həyatın qarşısında aciz qalır.
Bir də o həyat ona görə mənə asan gəldi ki, o həyatda Raquf vardı: mənliyi ilə, sevgisi ilə, qəhrəmanlığı ilə… Mən həqiqi bir qəhrəmanın həyat yoldaşı olduğum üçün çox bəxtəvər idim.
İndi ona səslənirəm: “Varlığınla elə doluydum ki, getdin və geridə buraxdığın dağıntıların içərisində özümü axtarıram”.
Vətən eşqi

Günlər su kimi axıb keçdi. Heç bilmədim Raqufla bu ömrüm nə tez bitdi. Xoşbəxt gün tez keçər deyərlər. Mənim Raqufa olan eşqim gün keçdikcə azalmadı, əksinə biz bir ruh əkizinə döndük. Araya ayrılıq düşdü. Raqufu hərbi xidmətdə tək qoyub şəhərə dönəsi oldum. Cismən ayrılsaq da, ruhən ayrılmadıq. Elə bilirdim həmişə yanımdadır.
Raquf hərbi xidmətini Ağdamda düşmənlə üzbəüz taborun da komandiri kimi davam etdirdi. Getdikcə peşəkarlığı, təcrübəsi ona daha da şöhrət gətirirdi.
Bu illərdə (2005-2006-cı illərdə mənim həyatımın həm ağır, həm də ən sevincli anları yaşandı) xəstəliyimlə əlaqədar uzun müddət xəstəxanada müalicə aldım. Əkiz övladlarımız dünyaya gəldi. Raquf xidmətdən aralanıb hətta mənə və körpələrə baş çəkməyə gələ bilmədi. Körpələrimizdən birini itirdik. Mən yenə tək idim. Həm xəstəlik, həm övlad acısı məni yıxmadı. Mübarizə apardım. Çünki Raquf vardı. O, fiziki cəhətdən bizimlə deyildi, amma ürəklərimiz eyni vururdu. Mən onu başa düşürdüm. Bilirdim ki, bu insan ancaq Vətən üçün doğulub. Onun üçün Vətən eşqi bütün eşqlərdən üstün idi. Bir də ona əmanət olunan əsgərlər… Gecə-gündüz onların qayğısını çəkməyi özünə şərəfli vəzifə bilirdi. Raqufun varlığı mənə bəs edərdi. Bütün çətinliklər o varlığın qarşısında aciz qalırdı.
Oğlumuz Nihad 3 aylıq olanda evə gələ bildi. Cəmi beş günlüyə. Amma onun hər gəlişinin özü bir sevinc, xoşbəxtlik idi. Özü ilə bərabər elə bir səadət, canlanma gətirərdi. Gəlişi ilə bir həsrət bitər, gedişi ilə yeni bir ayrılıq başlardı. Çünki Raquf mənim bitməyən həsrətimdi, taleyimdi, onunla yaşamadığım günlərin həsrətinə doyamadığım dəniz gözlü yarımdı. Həmişə bir Raquf vardı. Özləyib yetişə bilmədiyim.
Ana sevgisi, ana həsrəti
Hərbi xidmətdə yüksəlsə də, Raqufun ürəyində, gözlərində həmişə bitməyən bir həsrət vardı. Nə vaxt ona desəm ki, bu həyat nemətlərindən, bu ətrafındakı kəhkəşandan niyə yararlanmırsan? Qəmli və tənbehedici baxışlarla mənə baxıb deyərdi:
– Vətən ana deməkdir. Bu iki məfhum bir-birindən ayrı ola bilməz. Amma mən onların hər ikisini səngərin o biri üzündə qoymuşam.
Erməni quldurlarının anasını şəhid etməsi, onu gənc yaşlarında itirməsi Raqufun ürəyində ancaq döyüş ruhunu ucaldırdı. Bu insan ancaq səngər üçün yaranmışdı. Səngərdən qeyri heç bir həyat şəratini qəbul etmirdi. Döyüş onun ruhunda idi.
Heç vaxt unutmaram, bir dəfə yayda Ağdamda olarkən televiziya ekranlarında bir türk filmi göstərilirdi. Kino əsəri bir neçə övladı olan, amma ahıl çağlarında baxımsız qalıb, qocalar evinə yerləşdirilən bir ananın taleyindən bəhs edirdi. Ananın acı taleyi Raqufu kövrəltmişdi, hiss etdim ki, için-için ağlayır, büruzə verməməyə çalışır. O zaman dərk etdim ki, Raquf göründüyü kimi möhkəm, sərt xarakterli bir komandir deyil. O zaman Raquf mənə küçədə anasını itirərək qorxub ağlayan bir körpəni xatırlatdı.
Mənə elə gəlirdi ki, keçirdiyi ağır döyüş əməliyyatlarında onu qoruyan şəhid anasının ruhudur. Hətta şəhidliyindən iki ay qabaq dedi ki, deyəsən, mən Allahın sevimli quluyam, bilsən, necə çətinliklərdən məni qoruyub.
Amma sən demə, tale bizə qarşıda daha faciəli alın yazısı yazıbmış.
“Sən dəfələrlə ölümün gözünə dik baxdın, ölümün özünü aldatdın. İki il qabaq ağır avtomobil qəzası keçirəndə ayılan kimi ilk səni axtardım. Sən dimdik ayaqdaydın. O dəhşətli qəza sənə heç xəsarət yetirə bilmədi. Səni ayaqda görəndə arxayınlaşdım. Bildim ki, sən hamımızın harayına çata bilərsən. Elə də oldu. Xəstəxanada sənə dedim ki, Allah səni və balalarımızı bir daha qorudu. Dedin ki, yazıq deyiləm, belə adi bir qəzada ölüm. Bəs mənim illərdir çəkdiyim əziyyət. Mən özümə belə ölümü yaraşdırmıram, dedin”.
Sözlərində həqiqət varmış, çox keçmədi ki, onu da anlatdı. Həqiqətən ölümün də gözəli, şərəflisi varmış. Və Raquf ona doğru tələsirdi…
Ağdam üçün darıxırdı…
Ağdamım – ana ətirli torpağım,
Ağdam, Ağdam, Ağdam!
Səni düşündükcə
Parçalanır içim, çölüm,
Ağdam,
Səni əsir edib,
Yaşatdılar mənə zülüm,
Sənsiz keçən illərimi,
Hansı qara yelə verim?
Ağdam, Ağdam…
2012-ci il 12 fevral. Raqufun qısa ömründə ən sevincli günü. Ağdamda hərbi hissə komandiri təyin edilmişdi. Sanki doğma torpağına bir addım da yaxınlaşmışdı. Bəlkə də sevə-sevə getdiyi, ürəklə qəbul etdiyi ən gözəl təqdimat idi. Şəhid ananın balası ona doğru daha da yaxınlaşırdı. Raquf hərbi hissədə ilk əvvəllər çox əziyyət çəkdi. Ön xətt, səngər həyatı, tabeliyində olanların məsuliyyəti, onlara ən yüksək şərait yaratmaq istəyi və digər məqsədlər onu gecə-gündüz işləməyə vadar edirdi. Amma o, heç yoruldum demədi. Çünki Vətəni üçün Vətən övladına xidmət edirdi. Digər bölgələrdən fərqli olaraq Ağdam ona daha əziz, daha doğma idi.
Xidməti ilə özünə o zonada böyükdən-kiçiyə hamının hörmətini qazandı. Ağdamın fəxri, göz bəbəyi oldu. Raqufa görə biz də ailəlikcə ağdamlı olduq. O, evə gələ bilmirdi, biz ona doğru gəlirdik. Təki onunla bayram keçirək, onu daha çox görə bilək. Bəlkə bizim ailə həyatımızın ən xoş günləri elə Ağdamda – Xındırıstan kəndində kirayə qaldığımız evdə keçdi. Mən sonralar bildim ki, Raquf o zaman düşmən arxasına keçib anasının məzarını ziyarət edib.
Ağdam Raquf üçün bir sevgi, eşq idi. Şəhərə məzuniyyətə gələn kimi Ağdam üçün darıxırdı.
Mən onu nə bayramlarda, nə ad günlərində, nə xoş günlərdə evdə tapa bilmədim. Həmişə ön xətdə, səngərdə, əsgərlərinin yanında oldu. Hərdən gileylənirdim, bu qədər yetər, deyərdim. Amma cavabı qısa olardı: “Sən evdə rahat oturmusan, camaatın balası ön xətdə keşik çəkir”.
Biruzə verməməyə çalışsam da, mən bu keyfiyyətlərinə görə onunla fəxr edirdim. Çünki Raquf heç vaxt öz mənfəətini düşünən cılız duyğulu vəzifəpərəst olmadı. Digərlərindən fərqli olaraq, “mən yox”, “öncə Vətən” dedi.
İgidlik, Vətən eşqi qanında idi. Cəbhədə nəsə bir hadisə olardısa, özü öndə olardı. Deyərdi, digərləri məndən ilham alıb, mənə arxalanır. Raquf, doğrudan da, bu orduda seçilən komandirlərdən idin. Bunu mən yox, onu tanıyan bütün zabitlər deyir.
Raqufun Vətən, torpaq sevgisi ölçüyəgəlməz, sonsuz idi. Hərdən zarafatla deyərdim ki, bəlkə sən Azərbaycanın ən kasıb komandirisən. Cavab verərdi ki, bəlkə də maddi cəhətdən elədir, amma mənim xalqdan qazandığım sevgi heç bir sərvətlə ölçülməz. Raquf haqlı idi. Mən buna onun şəhid olduğu gün əmin oldum.
Hər bir əsgər Raquf üçün dəyərliydi, əziz idi.
2014-cü il 1 avqust.
Hərbçi həyatında onun ən ağır, dəhşətli günlərindən biri idi. Cəbhədə vəziyyət neçə günlər idi ki, ağır idi. O da əsgərləri ilə bərabər ön xətdə olurdu. Erməni yenə öz kinindən, erməni xislətindən əl çəkmədi. Ağır döyüşlərdə Raquf bir neçə əsgərini şəhid verdi. Mən o zaman əsgərlər üçün tökdüyü göz yaşlarını gördüm. Deyirdi: “Mən özümə bağışlaya bilmərəm ki, onları mənfur düşmənlərdən qoruya bilmədim. Mən bu gün neçə evə şəhid yola saldım”. Amma o şəhidlərin qisasını düşməndən almışdı. Ermənilər onu gözəl tanıyır, izləyirdilər. Bilirdilər ki, Ağdam cəbhəsinin möhkəmliyində, dəyanətliliyində Raqufun öz yeri var. Yerli əhali də ona güvənirdi.
Ağdam Raquf üçün bitməyən bir eşq, sevgi, heç tükənməyən ana həsrəti idi.
Şəhidlik – ölümsüzlüyə gedən yol

…O baxışın son olduğunu bilsəydim, anlıq deyil, ömürlük baxardım.
Raquf sonuncu dəfə mart ayının 20-24-də şəhərə ezamiyyətə gəlmişdi. Amma bu həmişəki səfərlərə bənzəmirdi. Həm təlaşlı, həm narahat idi. Axırıncı gün heç vidalaşmadı da. Elə bildim, axşam evə dönəcək. Sən demə, Bakıdan birbaşa hərbi hissəyə geri dönmüşdü. Mənsə, həvəslə, tələsik onun sevdiyi xörəkləri hazırlayırdım. Zəng edib bildirəndə ki, artıq hərbi hissədədir, hələ incidim də. Dedim, niyə xəbərsiz, sağollaşmadan getdin? O gündən sonra heç bir həftə keçmədi ki, Azərbaycan ordusunun Ağdərə istiqamətində uğurlarını eşitdim. Raqufun telefonuna zəng çatırdı. Mən hiss edirdim ki, o, ən öndədir.
Arxayındım ki, Raqufa heç nə olmaz. Çünki illərin səngər komandiri idi. Erməninin hər hiyləsinə, oyununa bələd idi. Mən ondan yox, təmas xəttində yaşayan qohumlardan, əsgərlərdən narahat idim. Ancaq heç demə, erməni illərdir izlədiyi, lakin heç cür ələ keçirə bilmdiyi Raqufun – cəsur kəşfiyyatçının ovunda imiş.
Son dəfə telefonuma aprelin 3-ü günorta saatlarında zəng etdi. Həmin gün ürəyim çox narahat idi. Cəbhə xəttindən şəhid xəbərləri gəlirdi. Səsini eşitcək arxayınlaşdım. Çox rahat və əmin danışdı. Səsi heç döyüşdən çıxmış bir insanın səsinə oxşamırdı. Bilsəydim, axırıncı zəngi olacaq, min bir bəhanə ilə dəqiqələri uzadardım. Yalnız özüm bilmədən bir kəlmə soruşdum: “Səni itirsəm, harda axtarım? Dedi: “Qəzaya düşdüyümüz yerə gələrsən”. Heç bir söz deyə bilmədim. İnanırdım ki, Raqufu erməni heç cür məhv edə bilməz. Erməni gücü onun qarşında aciz qalar. Çünki hara getsə, həmişə qayıdardı. Amma bu dəfə qayıtmadı.
…4 aprel 2016-cı il. Deyərdim, həyatımın ən dəhşətli, ağrılı günü, sözün bitdiyi gün idi. Qardaş itirdim, acısı məni bu qədər yandırmadı. Amma Raqufun itkisi o ağrıdan çətin idi. İfadəsi çətindir. Bu kədər deyildi. Bu ürəyə saplanmış ağrının üsyanı idi. Ağrı nəfəs almağa imkan vermirdi. Elə bildim, dəhşətli yuxu gördüm, ayılacağam, hər şey bitəcək. Mən bu günü 17 illik evlilik dönəmində hər gün gözlədim. Hər səhər telefon zəng edəndə həyəcanlanırdım. Hər axşam yuxuya gedəndə ona görə dualar edərdim.
Demə, evimizə şəhidlik mərtəbəsində geri dönəcəkmiş… Raquf elə bir şəxsiyyət idi ki, məncə, ona başqa ölüm yaraşmazdı. Çünki əsl Vətən oğlu idi, şəhid ananın balası idi. Namuslu, vicdanlı bir zabit idi. Məğrur, heç kəsə əyilməyən bir ata idi. Əsl kişi kimi ər idi. Ona ancaq belə ölüm yaraşardı.
Ağdamdan Gəncəyə uzanan insan seli Sumqayıtda izdihama çevrildi. Bu qədər insanın bir yerə toplaşmasına inana bilmədim. Xalq Raqufu nə qədər sevirmiş, dəyərləndirirmiş. Demək, xalqın sevgisini qazanmaq üçün pafoslu sözlər, möhtəşəm tribunalar lazım deyilmiş. Xalqın, millətin oğlu olmaq lazım imiş. Raquf Vətəni, milləti canından çox sevdi. Xalq isə onu başı üstünə qaldırdı. Millətim gözümdə bir daha ucaldı.
…Raquf, sənin şəhidliyin yeni bir sevinc yaratdı. Daha mübariz, daha mətin, haqq uğrunda savaşan yeni bir sevinc. Sən mənim, Aqşinin, Nihadın baş tacı, fəxrisən. Mən sənə “öldü” demirəm, biz üçümüz də əminik ki, sən yaşayırsan, daim bizimləsən.
İnanırsanmı, evimiz ziyarətgaha çevrildi. Şəhidliyindən sonra səni tanıyan, tanımayan hər kəs səndən danışmaq istəyir. Mən inanıram ki, sən bunları görür və duyursan. Şəhid ananın ruhuna qovuşduğuna da əminəm. Mən isə sənə doğru yol gəlməyə çalışacağam. Bilirəm ki, uca Rəbbim bu səadəti məndən əsirgəməz. Sənin haqlarının, şərəfli adının keşiyini çəkə-çəkə gəlib səninlə görüşəcəyəm. Bax, o zaman bir damla həsrət bitəcək. Hər keçən gün məni sənə daha da yaxınlaşdırır. Sən amalın, əqidən, torpağın uğrunda şəhid oldun, amma ailəmizə çox dəyərli bir miras qoydun. İnsan nə olursa-olsun, əqidəsindən, torpağından vaz keçməməlidir, hətta canı bahasına olsa belə…
Mənə yaşatdığın bütün gözəlliklər üçün sənə təşəkkür edirəm. Yaxşı ki, mənim həyatımda olmusan, varsan və olacaqsan, mənim qəhrəmanım.
Sənə qovuşmaq həsrətilə: Sevinc Alıyeva
modern.az
Xəbərin oxunma sayı : 838
Xəbərlər
-
Binəqədidə bağçanın bağlanması valideynləri narahat edib - VİDEO
-
Zəngin resurslar iqtisadi gücə çevrilir
-
İqtisadiyyat üçün əlavə dəyər amili
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
-
“BI Group“ tikinti şirkəti işçilərin maaşlarını ödəmir - VİDEO
-
Ərdoğanla Paşinyan Nyu-Yorkda görüşdü - FOTO
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
-
Mənzil bazarında yeni mənzərə - ipoteka ilə bağlı açıqlama
-
Rubio Lavrovla görüşdü - Nəyi müzakirə etdilər?
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Su filtrləri biznesi necə 26 min manatlıq borca çevrildi? - Məhkəmə işi
-
“Putin Trampla yeni görüşə hazırdır” - Dmitri Peskov
-
Binəqədidə “Şəhərsalma və Memarlıq İli” - Damlar da tikintiyə qoşulub! - VİDEO
-
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir - QƏRAR
-
Qeyri-neft sektorunun inkişafı: strateji prioritetlər, nəticələr və hədəflər
-
Plastik cərrah kimi fəaliyyətinə məhdudiyyət qoyuldu - İnarə İsmayılovanın
-
Bu idarə AZCON-un idarəetməsinə verildi - FƏRMAN
-
Artıq müstəqilliyimizə qarşı tələbkarıq, Rusiya bunu nəzərə almalıdır - Araik Arutyunyan
-
Həcc ziyarətinə sənəd qəbulu sabah başlayır - Qiymət artımı ola bilər
-
DGK nazirə məxsus olduğu bildirilən şirkətdən baytarlıq avadanlığı alır - 119 minlik
-
ADU-da prorektor vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
-
Təbii sərvətlərin səmərəli istifadəsi yeni sənaye imkanları yaradır
-
Əfv edilənlər kimlərdir? - 5-i xarici ölkə vətəndaşıdır
-
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərdi - Fotolar
-
Anar Bayramov TƏBİB-də iki xanıma vəzifə verdi - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
-
Şirkətlərinin 13 milyondan çox borcu olan iş adamının Azərbaycandan çıxışına QADAĞA
-
“AzerGold“un Müşahidə Şurasının tərkibi yeniləndi - SƏRƏNCAM
-
Bakıda Təbriz küçəsi yenidən qurulur - 23 milyon manat xərclənəcək
-
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
-
Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü - TƏFƏRRÜAT
-
Tramp 64 illik protokol qaydasını pozacaq - Si Cinpinə görə
-
Bakı Şəhər İcra Hakimiyyəti 7 şirkətlə 140 milyon manatlıq müqavilə imzaladı - Siyahı
-
Maaşlar artdıqca qiymətlər də bahalaşır - Gələcəkdə vətəndaşları nə gözləyir?
-
“Neftçi“ İK bəyanat yaydı: “Komandanın ləğvi ilə bağlı qərar qəbul edilməyib“
-
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
-
40 ilin həkimini işdən çıxarmışdı: Vəzifəsindən azad edildi - VİDEO
-
Masazırda ağır qəza: Ölü və yaralılar var - FOTOLAR
-
Hansı ölkədə insanlar nə qədər kitab oxuyurlar? – 102 ölkənin siyahısı
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlama
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşıb - FOTO
-
Məmməd Musayevə qarşı cinayət işi açılıb - TƏFƏRRÜAT
-
Prezident əfv Sərəncamı imzaladı - SİYAHI
-
Naxçıvanda tanınmış atlet həbs edildi - Dələduzluq ittihamı
-
İlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi - FOTOLAR
-
Deputatın baha dərman satan şirkəti cəzalandırıldı - Dövlət Agentliyindən “Azəri Med“lə bağlı sərt qərar
-
Azərbaycan dövlət borcu üçün nə qədər faiz ödəyir? - Ölkələrin siyahısı
-
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
-
“Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyirəm” - Paşinyan
-
Prezident daha bir 3 illik dövlət proqramını təsdiqlədi:nələr olacaq?
-
Milli Məclisin pensiya yaşını çoxdan aşan deputatları: onlar kimlərdir?
-
Binəqədidə sakinləri evlərindən didərgin salan hadisə - VİDEO
-
Evdə hazırladıqlarını bazarda satanlar cərimələnəcək? - Açıqlama
-
Miqren riskini artıran səbəb üzə çıxdı - Qadınlarda 3 dəfə çoxdur
-
Tramp və Zelenski arasında görüş: Putinlə bağlı mühüm açıqlama
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - VİDEO
-
Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi - Kimlər gedə biləcək?
-
Prezident Qərb Sənaye Parkının yaradılmasının məqsədini açıqladı - VİDEO
-
Qızılı girov qoyub kredit götürmək üçün - Bankların ŞƏRTLƏRİ
-
Azərbaycanda tıxaclara görə iş saatları azaldılır? - Deputatdan açıqlama
-
Tramp istəyinə çatdı - Qrenlandiya ilə bağlı saziş imzalandı
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir və həyətə çıxmağa icazə vermir? - VİDEO
-
AQTA-nın yeni qaydası: “Əhalinin çörəyini kəsməkdir”
-
Maştağadakı psixiatriya xəstəxanası bağlanır? - İDDİA
-
Prezident azad edilmiş ərazilərdə yataqların işə salınması barədə danışdı - VİDEO
-
“Tramp Pezeşkianla görüşməyə hazırdır” - Marko Rubio
-
Abşeron təhsilində rüşvəti görmür, kollektor üstündə daxmanı görür...
-
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - Rəsmi
-
Vətən müharibəsi iştirakçısı 1 illik cəza aldı - Qaxda köşk qalmaqalı
-
ABŞ təzyiqi azaltsa, İran Hörmüz boğazını açmağa hazırdır - “Reuters“
-
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
-
100-dən çox ölkənin xüsusi xidmət rəhbərləri burada - Bakı dünyanı bir araya topladı
-
“Tsxinvalidə keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımırıq” – Rəsmi Bakı
-
“Birliyin Gücü - 2026” hərbi təliminin açılışı oldu - VİDEO/FOTO
-
İsfəndiyar Axundov və oğlu kredit borcunu gecikdirib - Məhkəmə qərarı
-
“Panda Baby” müştəriləri aldadır - Ucuz qiymət qoyub, baha hesablayır
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - Siyahı
-
Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezidentdən xəbərdarlıq: “Əməl etməyənlər cəzalandırılacaq”
-
Şəmkirdə 13 il əvvəl törədilən cinayətin üstü açıldı: Nə baş verib?
-
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı (FOTO)
-
“Xocəsən“ və “Avtovağzal“ metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq - Sabahdan
-
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
-
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq” - Prezident
-
Satıcı aldatdı, telefon bloklandı... - “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
-
Ehtiram Quliyev “Turan Tovuz“dan gedir? - Özündən açıqlama
-
“Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır“ - Prezident
-
“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi - Kosmetoloq qanunsuz işləyib
-
Polis çətin relyef şəraitində narkotik əməliyyatı keçirdi - VİDEO
-
Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir - İlham Əliyev
-
Angela Merkel qayıdır? - “Körpülər qurmalıyıq“...
-
Bakıda tozun miqdarı normadan artıqdır - Nazirlik
-
Zamin durmadan öncə 2 dəfə düşünün - Borcdan əlavə öhdəliklər
-
Kitab sərgisinin təşkilatçısı dəyişdi - Məbləğ 2 dəfəyə yaxın azaldı
-
Dələduzluqda təqsirləndirilən sabiq baş konsulun məhkəməsi niyə təxirə salındı? - TƏFƏRRÜAT
-
ABŞ kəşfiyyat şefi Zelenski ilə görüşdü – Moskvaya getmişdi
-
Prezidentin sədrliyi ilə Dövlət Proqramına həsr olunmuş müşavirə keçirildi - FOTOLAR
-
Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi - DİN
-
Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi
-
Ev şəraiti ilə stansiyalar arasında şarj edilən avtomobillərin yürüşündə fərq var - VİDEO
-
İran ölkəni, vətəndaşları və inanclarını müdafiə edəcək – Pezeşkian
-
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı - Hökm oxundu
-
Sabiq icra başçısı bu vəzifəsindən azad edildi - 7 ay sonra
-
Xaricdə təhsil alan şəxsin diplomu arayışla tanına bilməz - TKTA
-
Ağdamda tikintidə bədbəxt hadisə: Şəmsəddin Aslanovun şirkəti cərimələndi
-
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Video
-
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Bakıda bu məktəblərdə təhsil onlayn oldu - SİYAHI
-
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
-
Evdə hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertıfikat tələb olunacaq - VİDEO
-
“Böyük qayıdış“ davam edir: Daha 284 nəfər yola salındı (FOTO)
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Mbappedən Zidanla bağlı maraqlı xatirə - “13-14 yaşım var idi...“
-
Çıxarış almaq istəyənlərin diqqətinə - Bu halda mümkün deyil
TOP 10
ARXİV






