“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Meyvə götürüb tanışlığa gedib - Əməliyyata gedən şəxs xəstələri və işçiləri aldadıb

Tarix 15.07.25, 21:25

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda maraqlı dələduzluq hadisəsi baş verib. Əməliyyat olunmağa getdiyi xəstəxanada özünü vəzifəli şəxs kimi təqdim edən Azad pensiya və sosial yardım düzəltmək adı ilə bir neçə nəfəri aldadıb.

Musavat.com xəbər verir ki, dələduzluqda ittiham olunan şəxs 39 yaşlı Azaddır.

Azad Xətai rayonu ərazisində yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasında belindən əməliyyat olunub. Əməliyyatdan sonra bir neçə gün xəstəxanada qalıb. Həmin müddət ərzində özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Təyinat İdarəsinin rəisi kimi təqdim edib. 

Xəstəxanada tanış olduğu işçiləri, orada müalicə alan şəxsləri aldadıb. Azad onlarla söhbət edən zaman əlilliyə görə sosial təqaüdlərin verilməsi işinə baxdığını deyib.

İstintaq zamanı onun 6 nəfərə qarşı dələduzluq etdiyi, onlardan 1000-3000 min manat civarında pul aldığı məlum olub.

Aldadılan şəxslərdən birinin ifadəsində maraqlı məqam var. Həmin zərərçəkmiş şəxs xəstəxanada müalicə alan zaman Azad meyvə götürərək onun yanına gedib. Meyvə təklif edərək tanış olmağa başlayıb. Sonra sosial yardım düzəltmək adı ilə onu aldadıb.

Zərərçəkmişlər arasında Azadın dostu da var. Azad dostuna yeni vəzifəyə düzəldiyini deyib. Söhbət əsanasında Azad həmin dostunun tanışından pul alaraq pensiya məsələsini həll edəcəyini deyib.

Azad törətdiyi əməldə özünü təqsirli bilib. Özünü vəzifəli şəxs kimi təqdim etdiyini də etiraf edib.

Zərərçəkmişlərin ifadəsindən məlum olub ki, Azad aldığı pulların əsas hissəsini dövlət rüsumu adı ilə alıb. Azad həmçinin zərərçəkmişlərdən əlavə 100 manat da alaraq guya onları növbədə önə yazacaq operator qızlara verəcəyni deyib. Məlum olub ki, Azad zərərçəkmişlərdən pulu karta köçürmə vasitəsi ilə alıb. Amma heç birində öz kartından istifadə etməyib. Ayrı-ayrı tanışlarının kartına göndərilən pulları nağdlaşdıran Azad bildirib ki, həmin tanışlarının bu işlərdən xəbərləri olmayıb.

Zərərçəkmişlər Azada verdikləri pulu geri ala bilməyib. Məhkəmə Azadı törətdiyi əməldə təqsirli bilib. Hökmə əsasən Azad 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



Xəbərin oxunma sayı : 334




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap