Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Milçəklərin güman edildiyindən daha çox sayda mikrob daşıdığı aşkar olunub

Tarix 26.11.17, 21:18

Font ölçüsü : - / +
bitmap-img6


Alimlər aşkar edib ki, milçəklər zənn edildiyinndən daha çox sayda xəstəlik törədicisinin daşıyıcısı ola bilər

Ev milçəkləri və leş milçəkləri 600-dən çox müxtəlif bakteriya daşıyır, keçirilmiş DNT analizi aşkar edib.

Bu bakteriyaların əksəriyyəti insan xəstəlikləri ilə əlaqəlidir, o cümlədən bağırsaq xəstəlikləri, qan zəhərlənməsi və sətəlcəm ilə.

Təcrübələrdən müəyyən olunub ki, milçək bakteriyaları ayaq və qanadları ilə yayır.

Alimlərə görə, milçəyin hər bir yerdəyişməsi mikrobların yayılmasına gətirib çıxarır.

ədiqatın müəlliflərindən biri, Pennsyvania Dövlət Universitetinin professoru Donald Bryant BBC-yə deyib: ``Milçəklərin bakteriya yaydığı məlum idi, lakin bunun bu dərəcədə böyük miqyasda baş verməsi barədə təsəvvür yox idi".

DNT təhlili nəticəsində ev miçəyinin 351 bakteriya növü, leş milçəyinin isə 316 bakteriya növü daşıdığı aşkar olunub.

Bu bakteriyaların əksəriyyətini milçəklərin hər ikisi daşıyır.

Scientific Reportselmi dərgisində dərc olunan araşdırmanın müəllifləri qeyd edib ki, səhiyyə xidmətləri, mümkündür ki, milçəklərin infeksiyalı xəstəliklərin yayılmasında roluna hələlik lazım olan dərəcədə diqqət yetirməyib.

"Biz hesab edirk ki, miçləklər patogenlərin sürətlə yayılmasında iştirak edir", - professor Donald Bryant deyib.










Xəbərin oxunma sayı : 160




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap