Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Milli Şura və Müsavat Partiyası birgə mitinq keçirir- FOTO

Tarix 10.03.18, 20:49

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Demokratik Qüvvələrin Milli Şurası və Müsavat Partiyası birgə mitinq keçirir.

Azadlıq radiosunun məlumatına görə, mitinqçilərin əlində  “Millət dərddə, hökumət kefdədir”, “Səhiyyə can üstədir,  “Təhsilimiz xəstədi” kimi şüarlar var.

Aksiya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılıb.

Mitinqin təşkilatçıları dünən, martın 9-da Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) də olublar. Onlarla mitinqin təşkili ilə bağlı söhbət aparılıb.

Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəyasət heyətinin üzvü İ.Hüseynin dediyinə görə, polis onlara öncədən elan edilmiş şüarlardan kənara çıxmamaq, qanundankənar addımlar atmamaqla bağlı xəbərdarlıq edib.

Etiraz aksiyasının «Siyasi məhbuslara azadlıq», «Korrupsiyaya son», «Bahalaşmaya etiraz edirik» və başqa bu kimi şüarlarla keçirilməsi nəzərdə tutulur.

Aksiyadan öncə, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirmişdi ki, o da daxil olmaqla partiyanın 20-dən çox fəalı polisə çağrılıb. G.Aslanlı sonradan yenidən Bakı Baş Polis İdarəsinə aparıldığını, lakin bu dəfə hər hansı təzyiqlə üzləşmədiyini qeyd edib.

Gülağa Aslanlının dediyinə görə, Bakı polisində ona deyiblər ki, əslində bəzi şəxslərin polisə çağırılması heç də mitinqlə bağlı olmayıb.

Bakı Şəhər Baş Polis İdarəsin rəis müavini Səhlab Bağırov da mətbuata açıqlamasında bəyan edib aksiyada əvvəlcədən elan edilən şüarlardan əlavə şuarların səsləndirilməsi yolverilməzdir.







Xəbərin oxunma sayı : 343




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap