“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Milli Şuranın daha bir skandal videosu yayıldı: “Uzağı payızda hakimiyyətə hazırlaşırıq“

Tarix 17.05.20, 13:30

Font ölçüsü : - / +
bitmap-img6


Milli Şura rəhbərlərinin daxili müzakirələrini özündə əks etdirən video-parçalardan daha biri ictimailəşdirilib. Bunu kimin, yaxıd kimlərin etdiyi bəlli deyil. Lakin bu video-parçalar hər dəfəsində ölkə ictimaiyyətini və müxalifət düşərgəsini silkələyir. İctimaiyyət və müxalifət düşərgəsi şokdadır - Milli Şura və AXCP rəhbərləri öz aralarında apardıqları müzakirələrdə sən demə küçə ifadələri, təhqiramiz sözlər, söyüşlər işlədir, cəmiyyətin tanınan ziyalılarını, mühacirləri, müttəfiq partiyaları və hətta xalqı aşağılayırlar. Bu xüsusda Gültəkin Hacıbəyli, Eldəniz Quliyev, Rafiq Manaflı, Rahim Hacıyev xüsusi ilə fərqlənirlər.

Bu video-parçaların yaratdığı skandallar səbəbindən indiyə qədər Milli Şuranın rəhbər heyətindən ikisi - Eldəniz Quliyev və Rafiq Manaflı ictimai qınaqlara dözməyərək, istefa veriblər. Lakin onlardan daha ağlır təhqirlər səsləndirən və gerçək simaları ifşa olunan Gültəkin Hacıbəyli, Rahim Hacıyev üzr istəmək və istefa vermək haqqında hələlik heç bir açıqlama ilə çıxış etməyiblər.

Musavat.com bildirir ki, müzakirələrə dair növbəti bir video-parça yayımlanıb. Burada AXCP sədri Əli Kərimli də var. Bu video-parçada isə Gültəkin Hacıbəyli və Vidadi Mirkamal Azərbaycan xalqını sözün birbaşa mənasında aşağılayır, Əli Kərimli isə ``mənim xalqım`` dediyi topluluğun təhqir olunmasına reaksiyasız qalaraq, gülümsəyir.

Məsələnin maraqlı tərəflərindən biri video-müzakirələrdə iştirak edənlərdən bəzilərinin heç nə danışmamasıdır (İbrahim İbrahimli). Sanki onlar bu görüntülərin ortaya çıxacağını öncədən bilirlərmiş kimi hərəkət edirlər.

Daha bir maraqlı cəhət Milli Şuranın sədri, hazırda ABŞ-a sığınmış Cəmil Həsənlinin kamerasının arxa fonunda görünənlərdir. Gənc bir qadının siluetinin keçdiyini özü də efirdə görən Həsənli dərhal kamerasının görüntü alanını daraldır.

Videoda başqa maraqlı nüanslar da var. Onlardan biri də, Gültəkin Hacıbəylinin sonlara doğru dediyi ``...mən sentyabrda hakimiyyətə hazırlaşıram``, replikası və iştirakçılardan hər birinin bu replika ilə razılaşmasıdır.

Maraqlıdır ki, qarşıdakı aylarda hakimiyyətin dəyişməsinə qanuni əsas yarada biləcək prezident seçkisi yoxdur. AXCP və Milli Şura rəhbərliyi hakimiyyətə gəlməyə hansı əsaslarla hazırlaşırlar? Bu suala hüquq mühafizə orqanları cavab axtarsalar, pis olmazdı.

Musavat.com Facebook sosial şəbəkəsində yayınlanmış həmin görüntüləri təqdim edir.






Xəbərin oxunma sayı : 232




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap