Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Milli Məclisin tərkibi necə dəyişəcək? – Partiyaların siyahısı

Tarix 02.09.24, 11:08

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, açıqlanan ilkin nəticələrə görə, hakim Yeni Azərbaycan Partiyası (YAP) parlamentdə 68 yerə sahib olacaq.
Qeyd edək ki, əvvəlki parlamentdə YAP-ı təmsil edən 70 deputat olub.
Seçki dairələri üzrə lider namizədlərdən 44-ü heç bir partiyanı təmsil etmir. Əvvəlki parlamentdə bitərəflərin sayı 41 nəfər olub.
Bunlardan başqa, bu dəfə YAP-dan başqa parlamentdə 10 siyasi partiya təmsil olunacaq. Əvvəlki parlamentdə YAP-dan başqa 9 siyasi partiya təmsil olunub. Partiyaları parlamentdə təmsil edən deputatların sayı isə 2 nəfər artaraq 13 nəfərə yüksəlib.

Əgər ilkin nəticələr olduğu kimi təsdiq olunarsa, YAP-dan başqa parlamentdə təmsil olunacaq partiyalar və onların namizədləri aşağıdakı şəxslər olacaq:

Vətəndaş Həmrəyliyi Partiyası (VHP)
 - 70 aylı Neftçala seçki dairəsi - Rüstəmxanlı Tənzilə Yolçu qız
 - 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi - Hüseynov Rafael Baba oğlu
 - 73 saylı Masallı-Cəlilabad seçki dairəsi - İbrahimli Fəzail Feyruz oğlu

Ədalət, Hüquq, Demokratiya Partiyası (ƏHD)
 - 36 saylı Xətai-Suraxanı seçki dairəsi - Həsənquliyev Qüdrət Müzəffər
 - 90saylı Ağsu seçki dairəsi - Mirzəbəyli Elçin Əbdülrəhim oğlu

Respublikaçı Alternativ Partiyası (REAL)
 - 16 saylı Yasamal ikinci seçki dairəsi - Qədirli Erkin Toğrul oğlu

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP)
 - 27 saylı Sabunçu ikinci seçki dairəsi - Əli-zadə Arzuxan Baxşəli oğlu

Milli Cəbhə Partiyası (MCP)
 - 81 saylı İmişli seçki dairəsi - Nurullayev Razi Qulaməli oğlu

Böyük Azərbaycan Partiyası (BAP)
 - 10 saylı Binəqədi üçüncü seçki dairəsi - Musayev Elşad Nəbi oğlu

Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP)
 - 116 saylı Qəbələ seçki dairəsi - Musayev Elşən Məmmədhənifə oğlu

Böyük Quruluş Partiyası (BQP)
 - 26 saylı Sabunçu birinci seçki dairəsi - Mustafa Fazil Qəzənfər oğlu

Ana Vətən Partiyası (AVP)
 - 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi - Ağamalı Günay Fəzail qızı

Demokratik İslahatlar Partiyası (DİP)
 - 22 saylı Nəsimi-Yasamal seçki dairəsi - Mollazadə Asim Nazim oğlu

Onu da bildirək ki, əvvəlki parlamentdə təmsil olunan Vəhdət Partiyasından (VP) bu dəfə heç kim seçkilərdə uğur qazana bilməyib.
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) ilə Böyük Azərbaycan Partiyası (BAP) isə son seçkilərdən sonra parlamentdə təmsil olunmaq imkanı əldə ediblər.



Xəbərin oxunma sayı : 1096




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap