Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Milli Məclisinin növbəti plenar iclası başlayıb

Tarix 14.04.17, 16:21

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb

Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 39 məsələ daxildir.

İclasda Hesablama Palatasının 2016-cı il üzrə hesabatı, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi, Şəhərsalma və Tikinti Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, eləcə də "Məktəbəqədər təhsil haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyesteri haqqında", "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunlarına dəyişiklik layihələri müzakirə olunacaq.

Bunlardan başqa, gündəliyə "Qiymətli kağızlar bazarı haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Geodeziya və kartoqrafiya haqqında", Enerji resuralarından istifadə haqqında", "İstehsalat və məişət tullantıları haqqında", "Qaz təchizatı haqqında", "Xidməti və mülki silah haqqında", "Yanğın təhlükəsizliyi haqqında", "Dərman vəsaitləri haqqında", "Fitosanitar nəzarəti haqqında", "Ekoloji təmiz kənd təsərrüfatı haqqında", "Çayçılıq haqqında", "Üzümçülük haqqında", "Taxıl haqqında", "Yeyinti məhsulları haqqında", "Toxumçuluq haqqında", "Telekommunikasiya haqqında", "Avtomobil yolları haqqında", "Texniki təhlükəsizlik haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Standartlaşdırma haqqında", "Qiymətli metallar və qiymətli daşlar haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Reklam haqqında", "Turizm haqqında" və s. qanunlara əlavə və dəyişikliklər layihələri daxildir.



Xəbərin oxunma sayı : 133




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap