Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Millimiz ənənəni pozmadı: Yenə məğlub oldu

Tarix 08.06.19, 22:50

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Azərbaycan milli komandası "AVRO-2020" seçmə mərhələsində növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv "Bakcell Arena"da Macarıstan yığması ilə qarşılaşıb. Görüşü Kevin Blomun başçılıq etdiyi hollandiyalı hakimlər briqadası idarə edib.

Bu milli komandanın E qrupunda ikinci, macarların isə üçüncü oyunu olub. Matçda sürpriz qeydə alınmayıb. Tsiklin ilk oyununda səfərdə Xorvatiyaya 1:2 hesabıyla yenilən təmsilçimiz doğma meydan amilindən faydalanmağı bacarmayıb. Qonaqların vurduğu 3 qola Mahir Əmrəli təsəlli topu ilə cavab verib. 

 Azərbaycan millisi 3 gün sonra Slovakiyanı, Macarıstan isə Uelsi qəbul edəcək.

AVRO-2020
Seçmə mərhələ
III tur

8 iyun
Azərbaycan - Macarıstan 1:3
Qol: Mahir Əmrəli, 69 - Villi Orban, 18; 53; David Holman, 71
Hakimlər: Kevin Blom, Bas van Dongen, Johan Balder, Serdar Gözübüyük (Hollandiya).

Bakı. "Bakcell Arena"

Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Məmmədov (k), 6. Bədavi Hüseynov, 10. Mahir Əmrəli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 17. Renat Dadaşov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda

Baş məşqçi: Nikola Yurçeviç

Macarıstan: 1. Peter Qulaşi, 2. Botond Barat, 3. Mixali Korhut, 6. Villi Orban, 7. Balaş Cucak, 8. Adam Naqi, 9. Adam Szalai, 10. Dominik Szoboszlay, 14. Gerge Lovrençiç, 15. Lazlo Klaynhaysler, 18. Dominik Naqi

Baş məşqçi: Marko Rossi

 



Xəbərin oxunma sayı : 145




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap