Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Min nəfərdən çox şəxsə saxta sənəd verən iki şirkət rəhbəri saxlanıldı –VİDEO

Tarix 09.01.21, 14:20

Font ölçüsü : - / +
bitmap-img6


Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına qarşı dövlət orqanları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.

AzFakt.com xəbər verir ki, Daxili İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində saxta məlumatlar və sənədlər əsasında ayrı-ayrı vətəndaşları “icazə.e-gov.az” portalında qeydiyyatdan keçirməklə onlara qanunsuz olaraq ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə şərait yaradan şəxslər saxlanılıblar.

Əməliyyat zamanı həmin şirkətlərdən birinin təsisçisi və direktoru olan Bakı şəhər sakini Səməd Hüseynzadənin 1000 nəfərdən artıq vətəndaşın karantin postlarından sərbəst hərəkət etmələri üçün onları öz şirkətinə pul müqabilində qanunsuz olaraq işə götürməsi müəyyən edilib.

Qeyd edilən iki dövlət qurumunun əməkdaşları tərəfindən birgə keçirilən daha bir analoji tədbir zamanı isə digər MMC-nin təsisçisi və direktoru olan Amil Əhmədov da saxlanlıb.

Araşdırma zamanı onun saxta məlumatlar və sənədlər əsasında çoxsaylı vətəndaşları icaze portalından guya özünə məxsus şirkətdə işlədiklərinə dair qeydiyyatdan keçirdiyi məlum olub. Bununla da Amil Əhmədov həmin şəxslərə ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə qanunsuz şərait yaradıb.

Araşdırma zamanı qanunsuz qeydiyyatdan keçən şəxslərin heç birinin portalda göstərilən işlərlə məşğul olmadığı müəyyən edilib və onların icazələri ləğv olunub.

Faktlarla əlaqədar Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanılıb.MMC-lərin direktorları Səməd Hüseynzadə və Amil Əhmədov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Müvafiq araşdırmalar və əməliyyat-axtarış tədbirləri davam etdirilir.









Xəbərin oxunma sayı : 874




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap