Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Minlərlə etirazçı Azərbaycan qaz borusuna görə küçələrə çıxdı

Tarix 09.12.17, 17:40

Font ölçüsü : - / +
bitmap-img6


İtaliyanın cənubundakı Leççe şəhərində minlərlə adam Azərbaycan qazının Avropaya nəqli üçün inşa edilən TAP qaz kəmərinə qarşı küçələrə çıxıb. Virtualaz.org İtaliya KİV-lərinə istinadən xəbər verir ki, etiraz yürüşünü neçə vaxtdır ki, kəmərə qarşı fəaliyyət göstərən, Rusiyaya bağlı şoumen-siyasətçi Beppe Grillonun başçılıq etdiyi “No TAP” ictimai komitəsi təşkil edib

Leççenin mərkəzi prospekti ilə yürüşə çıxan nümayişçilər əllərində “No TAP” yazılmış plakatlar daşıyıblar. Aksiyada Melandunyo, Vernolle, Kalimera, Karparik şəhərlərinin merləri, habelə digər qonşu şəhərlərin bələdiyyə üzvləri, tələbələr, yaşlılar və bir-birinə antaqonist olan digər qruplar iştirak ediblər. Aksiyada heç bir siyasi partiyanın və həmkarlar ittifaqlarının bayraqları yer almayıb.

Yürüşün keçirildiyi bütün marşrut boyu güclü təhlüksizlik tədbirləri görülüb, polis vertolyotu əvvəldən axıra qədər yürüşçülərə havadan nəzarət edib. Nümayiş ərzində heç bir qarşıdurma qeydə alınmayıb, lakin aksiya başa çatandan sonra yüz nəfərlik qrupla polis arasında kiçik qarşıdurma olduğu, 4 nəfərin saxlanıldığı bildirilir.



Xəbərin oxunma sayı : 160




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap