![]() |
|














“Bank kartı olan hərkəs hədəfdədir...” - “Problem daha da dərinləşəcək”
Tarix 05.05.25, 17:50 |
|

Azərbaycanda son aylarda kiberdələduzluq halları sistemli və təhlükəli bir səviyyəyə çatıb. Daxili İşlər Nazirliyi (DİN) demək olar ki, hər gün vətəndaşların bank kartlarından kütləvi şəkildə vəsait oğurlandığı barədə rəsmi məlumatlar yayır. Rəqəmlər narahatedicidir: gündəlik itkilər 25–30 min manat civarında dəyişir. Bu isə artıq fərdi hallar deyil, sistemli, məqsədyönlü və ağıllı şəkildə təşkil olunan cinayət şəbəkələrinin fəaliyyətindən xəbər verir.
Son illərdə Azərbaycanda kiber təhlükəsizlik sahəsində ciddi irəliləyişlər olub: maarifləndirmə kampaniyaları genişlənib, kibermütəxəssislərin sayı artıb, müvafiq texnoloji infrastruktur müasirləşdirilib və nəhayət, DİN nəzdində Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb. Həmçinin bu qurumla banklar arasında fırıldaqçılığa qarşı sistemlər də tətbiq olunub.
Bütün bu tədbirlərə baxmayaraq, kibercinayətkarlıq azalmır – əksinə, daha hədəfli və effektiv formalar alır. Gündəlik kütləvi oğurluq hallarının fonunda ortaya əsaslı bir sual çıxır: niyə sistem işləmir və bu cinayətlər niyə qarşısıalınmaz sürətlə artır?
Məlumatlar haradan sızır?
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, bu vəziyyətin səbəbləri texnologiyadan daha çox insan amili ilə bağlıdır. Yəni texniki sistemlər deyil, həmin sistemlərə çıxışı olan şəxslər məsələni təhlükəli istiqamətə yönəldə bilərlər: “Müşahidələr göstərir ki, dələduzlar təsadüfi deyil, çox vaxt “yağlı müştəri”ləri – yəni dövriyyəsi olan, kartında vəsait olan şəxsləri hədəfə alır. Bu isə məlumat sızıntısı ehtimalını ciddi şəkildə gündəmə gətirir. Əgər məqsədyönlü şəkildə belə hədəfləmə aparılırsa, bu, artıq tək-tək bank əməkdaşlarının şəxsi marağı ilə deyil, daha yüksək səviyyəli və sistemli məlumat ötürməsi ilə əlaqədar ola bilər. Fırıldaqçılar, çox güman ki, bank və ya mobil operatorların müştəri bazasına çıxışı olan şəxslərlə əməkdaşlıq edirlər. Məhz bu baxımdan məsələ hüquqi və institusional səviyyədə araşdırılmalıdır”.

Risklər haqqında danışan mütəxəssis onları belə sıralayıb:
“-Dövlətin rəqəmsal maliyyə sisteminə inam zəifləyə bilər;
-Vətəndaşlar kartda pul saxlamaqdan çəkinə bilər;
-Nəqdsiz ödəniş sisteminə mənfi təsir göstərə bilər;
-Rəqəmsal transformasiya prosesləri ləngiyə bilər”.
O.Gündüz vurğulayıb ki, bu kimi hallar eyni zamanda Azərbaycanın maliyyə sabitliyinə, şəffaflıq səviyyəsinə və vətəndaşların bank sisteminə olan etimadına ciddi zərbə vurur.
AİF prezidenti problemin aradan qaldırlması ilə bağlı tövsiyyələrini də açıqlayıb. O, hesab edir ki, ilk növbədə fərdi məlumatların qorunması haqqında qanunvericilik sərtləşdirilməlidir.
Ekspertin sözlərinə görə, hazırkı normativ baza bu halların qarşısını almaqda zəif qalır.
“Hüquqi mexanizmlər kiberməlumatların sızdırılmasına görə ciddi sanksiyalar nəzərdə tutmalıdır. Bank və mobil operatorlarda daxili yoxlamalar artırılmalıdır. Müştəri bazasına çıxışı olan əməkdaşlara dair mütəmadi və müstəqil təhlükəsizlik auditi aparılmalıdır. Məsuliyyət zənciri genişləndirilməlidir”, - mütəxəssis vurğulayıb.
AİF prezidenti qeyd edir ki, hazırda əksər hallarda məsuliyyət istifadəçinin üzərinə düşür.
“Halbuki, məlumatların qorunması bank və operatorların birbaşa vəzifəsidir”, - o qeyd edib.
Osman Gündüz onu da vurğulayır ki, kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq gücləndirilməlidir: ”Bu cinayətlərin çoxu ölkəxarici mərkəzlərdən idarə olunduğu üçün transsərhəd əməkdaşlıq həyati vacibdir”.
Mütəxəssis hesab edir ki, əgər dövlət və aidiyyəti qurumlar bu məsələyə strateji və hüquqi yanaşma ortaya qoymazsa, problem daha da dərinləşəcək. Onun sözlərinə görə, hər gün açıqlanan statistika təkcə vətəndaşların deyil, həm də dövlətin rəqəmsal gələcəyinin təhlükə qarşısında olduğunu göstərir.
“Bu səbəbdən, kibercinayətkarlıqla mübarizə yalnız texniki məsələ deyil – burada hüquqi, təşkilati və etik məsələlər birgə həll edilməlidir. Əks təqdirdə, bank kartı olan hər kəs hədəfdədir”, - O.Gündüz vurğulayıb.
Xəbərin oxunma sayı : 604
Sosial
Xəbərlər
-
Azərbaycan və İraqın XİN rəhbərləri görüşdü - FOTO
-
İnstaqramda bu gün kimlər nələr paylaşdı? - FOTOLAR
-
Rusiyaya giriş üçün bu kod istəniləcək - Tələblər daha da sərtləşdirilir
-
Emin Əmrullayevin məzunlara qəsdi: səbəb nədir? - VİDEO
-
Hacıqabulun kəndlərində sel: üç kəndi təhlükə altına düşüb
-
Aqil Ələsgər Ankarada “Anadolu“ Media Mükafatlarının təqdimetmə mərasimində iştirak etdi - FOTO
-
Sabah bu rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü - VİDEO
-
Ərdoğan “Haber Global“a mükafat təqdim edib - VİDEO
-
Nazirlik işçisini küçədə ölümcül döyən ata və oğulların işi - 14 bıçaq vurulub
-
Vardanyanın məhkəməsində zərərçəkmişlər danışdı - Fotolar
-
Sel Bakı-Şamaxı-Yevlax yolunu bu hala saldı - VİDEO
-
Hikmət Hacıyev media rəhbərləri ilə görüşdü - Fotolar
-
Ərdoğan Bahçelini evində ziyarət etdi - FOTOLAR
-
“Mən boş beyinləri doldurmaq üçün bu dünyada varam” - Deputat
-
Prezidenti İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibə verib
-
Verdiyi taksi sifarişi ona 4500 manata başa gəldi - Dələduzluq
-
SOCAR Türkiyədə 250 milyon dollara elektrik stansiyası almaq istəyir - “Bloomberg”
-
Keçmiş mediator dələduzluqda ittiham olundu - Məhkəmə qərarı
-
Xanlar Vəliyevin oğlu 14 milyonluq binanı aldı - Elşən Vəliyev hazırda təhvil-təslim aparır
-
Mahir Emreli “Nürnberq”dən ayrılır - Klubdan açıqlama
-
“NATO Cənubi Qafqaz respublikalarını öz təsir orbitinə çəkməyə davam edir“ - Zaxarova
-
Baş nazirlər Füzuli və Ağdamda - FOTOLAR
-
Oleq Bakinski ev dustaqlığına buraxıldı - Məhkəmədən qərar
-
Prezidentin qızları Şahzadə ilə sərgidə - FOTOLAR
-
İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? - SİYAHI
-
“Məni 4 saatdan çox gözlətdilər“ - Azər Badamov ilk dəfə danışdı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Xocavənd rayonunda “Toroqvı” qiymətinə tövlə icarəsi - Sahibkar Prezidentə müraciət etdi
-
Türkmənistandan pomidor məhsulu idxalına məhdudiyyət qoyuldu - RƏSMİ
-
Prezident məhkəmələrə sədrlər təyin etdi - SİYAHI
-
Bakıda “Mafiya“ oyununa görə dava: Bir nəfərin qolu sındı
-
Vardanyanın məhkəməsində zərərçəkmiş: Snayper gülləsinin dəyməsi nəticəsində xəsarət aldım
-
Hikmət Hacıyev Səid Xətibzadə ilə görüşdü - Müzakirə
-
“Məzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb” - “Azərbaycanı və özünü biabır edib“
-
Saytlara pul ayrılacaq - Müsabiqə elan olundu
-
Dövlət sərhədini qanunsuz keçməyə cəhd edənlər saxlanıldı - FOTO
-
Belarusun Baş naziri Ağdama gəlib - Ağdam sənaye parkında olub
-
Leysan, dolu, sulu qar - Sabahın havası
-
Qəbul imtahanlarının II cəhdinin tarixləri - Açıqlandı
-
Bu şirkətlərlə bağlı tədbir görülür - Prokurorluq
-
Naxçıvanın yeni iqtisadiyyat naziri kimdir? - Dosye
-
Azərbaycanda ilk dəfə idxal ixracı üstələdi - Xaricdən daha çox hansı məhsulları alırıq?
-
Belarus Baş naziri Füzuli şəhərinə gəlib - FOTOLAR
-
“Əcəmi”də kran metro keçidi üzərində “at oynadır” - FOTO
-
Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
-
Mənzurə Musayeva tanınmış həkimdən şikayətçidir: “7 minə yaxın pul vermişəm...“
-
Naxçıvanda yeni naziri təyin edildi - Qərar
-
İlham Əliyev Belarusun baş nazirini qəbul etdi - FOTO
-
Antalyanın möcüzəli təbiəti və mədəniyyət xəzinələri - FOTO
-
Ceyranbatan və Masazır duz gölləri kanalizasiya ilə necə zəhərlənir? - FOTOLAR
-
“Şəhidlər ölməz, vətən bölünməz” - Hərbçilərimiz Moskva küçələrində (VİDEO)
-
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər - VİDEO
-
Lizinq şirkəti ilə vətəndaş arasında 24 minlik qalmaqal - VİDEO
-
Bakı və Gəncədə bəzi əraziləri su basıb - VİDEO
-
Fərid Əhmədov İctimai şuranın üzvləri ilə görüşdü - FOTO
-
Dünən kartlardan bu qədər pul oğurlanıb - DİN
-
39 yaşlı şəxs 16 yaşlı qızı qaçırdı - Məhkəmə bu qərarı verdi
-
NATO və Aİ Qərbi Rusiya ilə birbaşa hərbi toqquşmaya hazırlayır - Sergey Şoyqu
-
“Ağ şəhər“ və NZS-də yeni metro stansiyaları tikiləcək - DETALLAR
-
İtkin düşən qızları evində gizlədən taksi sürücüsü - Həbs edildi
-
Pakistanın BMT-dəki səfiri: Ölkəmiz suverenliyini müdafiə etməyə hazırdır
-
Kiberdələduzların qurbanı olmamaq üçün nələrə diqqət etmək lazımdır? - VİDEO
-
Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO
-
Sabirabadda qohumlar çaqqalların hücumuna məruz qaldı - VİDEO
-
Binədə evlərə elektrik sayğaci quraşdirilib, işiq isə verilmir - VİDEO
-
İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu - Laçın sakini
-
Şimal bölgəsində Qudyalçay ətrafı evlər təhlükə altındadır - VİDEO
-
Mehdiyevlərin şirkəti maliyyə hesabatını açıqladı - 12 milyon manat gəlir
-
Azərbaycan futbolunda ilk: Kişilərin komandasında qadın məşqçi
-
“Şəbnəmin hansı “keyfiyyətli“ işindən danışırsınız?“ - VİDEO
-
PKK-nın silahı yerə qoyması dönüş nöqtəsi olacaq - Ömər Çelik
-
Müharibədən xatirə kimi gətirdiyi bıçaqla adam öldürdü - Namus cinayətinin TƏFƏRRÜATI
-
“İnsanlar öz təhlükəsizlikləri üçün köçəcəklər” - Netanyahu
-
“Səhərə qədər meşədə qaldım” - İtkin düşən şəhid atası
-
Ailəli kişi sevgilisini dağa aparan zaman qəzaya düşdü - Özü öldü, qadın yaralandı
-
Quru sərhədlər bağlanandan aviaşirkətlərin gəliri 6 dəfə artıb - 2,1 milyard
-
Ərdoğan Trampı Türkiyəyə dəvət etdi - Telefon danışığı
-
Nöqsana görə vəzifədən azad edilən rəis daha yüksək vəzifəyə gətirildi - “Azərişıq“da maraqlı təyinat
-
Xarici şirkətin Azərbaycandakı filial direktoru həbs edilib - Dələduzluğa görə
-
Maştağada qadın öldürüldü - Qayınatası saxlanıldı
-
Ən çox baxılan Azərbaycan filmi hansıdır? - SİYAHI
-
“Bank kartı olan hərkəs hədəfdədir...” - “Problem daha da dərinləşəcək”
-
Səs-küylü işdə hökm oxundu - Talassemiyalı xəstələrin pulunu mənimsəmişdilər
-
Mehriban Əliyeva Mərakeş Şahzadəsi ilə görüşdü - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İtkin düşən şəhid atası tapıldı - FOTO
-
Krımda parad olmayacaq - Ukraynanın hücumundan qorxurlar
-
Nəsirov Badamovun Moskvada saxlanılmasından danışdı - “İki nəfər yaxınlaşdı ki...”
-
Beyləqanda növbəti ağacəkmə aksiyası - Fotolar
-
Avropa Rusiya qazının idxalını tam qadağan etməyi planlaşdırır - “Bloomberg”
-
Maşınından və evindən silah tapılan həkim həbs edilib - İşini də itirib
-
Leysan yağacaq, dolu düşəcək… – Xəbərdarlıq
-
Sarkisyan və Akopyanın bu əməllərini fşa edən material nümayiş olundu - MƏHKƏMƏ
-
“Porsche“ni sərxoş vəziyyətdə sürən qadın ayıq sürücü də sifariş veribmiş...
-
Dövlət büdcəsinin gəlirləri 14 mlrd. manata çatır - Rəsmi
-
Bakıda qəbir dələduzluğu: 650 manat aldı, amma...
-
Hərbi Dəniz Qüvvələri döyüş atışlı taktiki təlimdə - VİDEO
-
Ələsgər Məmmədli ev dustaqlığına buraxılmadı - Məhkəmə
-
BP rəqib şirkətə satıla bilər - “Əgər bu birləşmə baş tutarsa...”
-
Ankarada FETÖ əməliyyatı: Onlarla dövlət qulluqçusu saxlanıldı
-
Prezident məscidin təmirinə 600 min manat ayırdı - Sərəncam
-
Bakıda yeni hava limanı tikilir - Bu ünvanda
-
Qadağan edilmiş yerdən yolu keçməyin nəticələri - Video
-
Putinin Kremlindəki mətbəxindən görüntülər yayımlandı - VİDEO
-
Azərbaycanda məhkəmə sədri özü barəsində qərar qəbul etdi
-
Ötən həftə 18 azyaşlı xilas edilib - VİDEO
-
Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
-
“Dərman vasitələrinin ekspertiza müddəti azaldılıb“ - Nazir
-
Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
-
Şəhid atası meşədə itkin düşdü - FOTO
-
Tramp Qrenlandiyaya qoşun göndərə biləcəyini deyib
-
15 yaşında “Qarabağ”da ilk oyununa çıxdı - VİDEO
-
Sürücülər silinən zolağa görə 3 bal və 100 manat cərimələnirlər - VİDEO
-
Bu binada yaşayış olduğu halda söküntü işləri aparılır - VİDEO
-
“Aİ-nin özünün aşağı orbitli hərbi peyklərinə ehtiyacı var“ - NATO-nun admiralı
-
Şuşada ən çox hansı ölkələrdən gələn turistlər qalıb? - Siyahı
-
Müdafiə Nazirliyi həftəlik icmalı yayıb - VİDEO
-
Az bal toplayan tələbələr təhsil aldıqdan sonra iş tapa bilirlər? - VİDEO
-
“Kipr problemi iki suveren dövlətin yaradılması əsasında həll olunacaq“ - Ərdoğan
TOP 10
ARXİV