“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Şəhid atası meşədə itkin düşdü - FOTO

Tarix 05.05.25, 10:06

Font ölçüsü : - / +
bitmap-img6


Daşkəsəndə şəhid atası meşədə itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, rayonun Bayan kəndində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün, şəhid atası 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlu dünən saat 17:00 radələrində kənd ərazisindəki meşəyə bitki yığmağa gedib, evə  qayıtmayıb.

Bildirilib ki, o, son olaraq dünən axşam saatlarında qızı ilə əlaqə saxlayıb və evə gələcəyini deyib. Lakin daha sonra K.Abdullayevdən xəbər almaq mümkün olmayıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, hazırda K.Abdullayevin yerinin müəyyən edilərək tapılması istiqamətində polis tərəfindən tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Kamil Abdullayev Vətən müharibəsi şəhidi Şəhriyar Abdullayevin atasıdır. Ş.Abdullayev 1987-ci il martın 2-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ş. Abdullayev oktyabrın 13-də Hadrut döyüşləri zamanı şəhid olub. Daşkəsəndəki Şəhidlər xiyabanında dəfn olunub. Prezident Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”,  “Kəlbəcərin azad olunmasına görə”,  “Hərbi xidmətlərə görə”,  “Füzulinin azad olunmasına görə” medalları,  “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Ailəli olub, 2 qızı yadigar qalıb.

Yunis Quliyev

Fotoda şəhid Şəhriyar Abdullayev







Xəbərin oxunma sayı : 550




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap