“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“Qarabağ”ı xüsusi rəqib kimi görmürəm“ - Qara Qarayev

Tarix 24.04.25, 23:47

Font ölçüsü : - / +
bitmap-img6


“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Qara Qarayev “Qarabağ”a qarşı keçirilən Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

QOL.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi əvvəlcə 0:3 hesablı məğlubiyyəti şərh edib:   

- Birinci hissədə real qol epizodlarımız olsa da, istifadə edə bilmədik. “Qarabağ”a qarşı oynamaq çətindir, lakin düşünürəm ki, hər iki oyunda layiqli mübarizə apardıq. Qol epizodlarını dəyərləndirə bilsəydik, yekunda fərqli ssenari olardı. 

- Hakimlərin idarəçiliyini necə qiymətləndirirsiniz?

- Hakimliklə bağlı iki müəmmalı məsələ var. Birincisi, Jatobanın epizodudur. Epizodun təkrarına baxanda görünür ki, Jatoba topa oynayır, Bəhlul isə onu vurur. Mənə görə, bu, penaltidir. Hakimə yaxınlaşırsan, gah deyir şiddət yoxdur, gah deyir birinci topa o oynadı. Bilmirsən nə deyəsən. 

- Artıq kubokla vidalaşdınız. Çempionatdan avrokuboklara yollanmaq şansınızı necə dəyərləndirirsiniz? 

- Yanvardan sonra heyətlə bağlı ciddi problemlərimiz oldu. Mən özüm də bir aya yaxın oynamadım. Düzdür, artıq bəzi zədəlilərimiz sıraya dönüblər. Amma zədədən sonra ideal formada deyillər. Bu da anlaşılandır. Çünki mövsümün sonuna yaxın optimal forma düşmək çətindir. Bütün çətinliklərə baxmayaraq, sona qədər döyüşəcəyik. Düşünürəm ki, yaxşı yerlərə layiq komandayıq. Avroliqa, yaxud Konfrans Liqasına getməyimiz klub üçün də önəmli addım olacaq. “Araz-Naxçıvan” daha böyük uğurlar qazana bilər. Avrokuboklar bizim üçün əhəmiyyətlidir. Ora yollanmaq istəyirik. Bunun üçün də sona qədər döyüşəcəyik. Təslim olmamışıq, olmaq fikrimiz də yoxdur.

- Mövsümün sonuna 5 tur qalıb. Demək olar ki, hər matç “Araz-Naxçıvan” üçün finala bərabərdir?

- Bəzən 100 faiz də problem ola bilər. Ona görə qarşıdakı matçlara optimal formada yanaşmalıyıq. Buna qədər kubok oyunlarına görə 4-5 gündən bir meydana çıxırdıq. Bu da bir qədər çətinik yaradırdı. Ümumilikdə, pis təsir bağışlamadıq. Bu tempi qoruya bilsək, daha yaxşı nəticələr əldə edəcəyik.

- Uzun illər “Qarabağ”da çıxış etmisiniz. Sabiq klubunuzla oyuna psixoloji cəhətdən hazırlaşmaq sizin üçün çətin olmadı?

- Psixologiyam özümə aiddir. Dünən xoş xatirədir, amma bu gün buradayam. Futboldan uzaq qalmamaq, daha çox oynamaq istəyirəm. “Qarabağ”la görüşə xüsusi hazırlaşmamışdım, fərqli bir motivasiya da yox idi. “Qarabağ”a həmişə hörmətlə yanaşıram. Orada böyümüşəm. Motivasiyam hansısa oyuna görə artıb-azalmır. “Qarabağ”ı xüsusi rəqib kimi görmürəm. Hər şey qaydasındadır. Matça da normal hazırlaşmışdım.



Xəbərin oxunma sayı : 298




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap