![]() |
|














Prezident Velosiped Turu təşkil ediləcək - 60-cı dəfə
Tarix 24.04.25, 15:51 |
|

Türkiyənin ən mötəbər idman tədbirlərindən biri olan Prezident Velosiped Turu (TUR 2025) bu il 60-cı dəfə təşkil olunacaq.
AzFakt.com xəbər verir ki, yarış, 27 aprel - 4 may tarixlərində ölkənin marşrutları boyunca keçiriləcək.
Türkiyə Velosiped Federasiyası tərəfindən, Türkiyə Respublikası Prezidentinin himayəsi ilə, Gənclər və İdman Nazirliyi və Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin (TGA) dəstəyi ilə təşkil ediləcək yarış ölkənin idman tarixində mühüm yer tutur. Bu ilki tur, 60-cı ildönümünün yaratdığı xüsusi coşğu ilə yadda qalacaq.
Tura Antalyadan start veriləcək və səkkiz günlük, səkkiz mərhələli marşrut İzmir şəhərində başa çatacaq. Yarışa ABŞ, Almaniya, Belçika, Çin, Fransa, Niderland, İspaniya, İtaliya, Qazaxıstan, Malayziya, Norveç, Polşa və Türkiyəni təmsil edən komandalar qatılacaq.
Yarışda həm tanınmış peşəkar velosipedçilər, həm də gələcək vəd edən gənc idmançılar mübarizə aparacaqlar. Marşrut boyunca iştirakçılar Türkiyənin tarixi və turistik bölgələrindən keçəcək, bu isə ölkənin zəngin mədəni və təbii sərvətlərinin beynəlxalq arenada tanıdılmasına töhfə verəcək.
Dünyanın aparıcı idman tədbirlərindən biri sayılan Prezident Velosiped Turu (TUR 2025) yalnız peşəkar idmançıların bacarıqlarını yoxlamaqla kifayətlənmir – bu yarış həm də Türkiyənin mədəni və təbii zənginliklərini dünyaya tanıdır.
Beş qitə üzrə 190 ölkədə, 13 dildə canlı yayımlanan yarış, velosiped idmanının qlobal diqqət mərkəzində olduğu nüfuzlu platformalardan biri kimi çıxış edir. Turun marşrutu iştirakçıları və tamaşaçıları Türkiyənin ikonik mənzərələri ilə yanaşı, az tanınan təbii inciləri ilə də tanış edəcək.
Yarışçılar portağal, limon və naringi bağları arasından keçəcək, ətrini əhəng və kəklikotunun bürüdüyü yollarla irəliləyəcəklər. Mənzərələri şam, zeytun və saqqız ağacları bəzəyəcək.
Eyni zamanda, dünya tamaşaçıları türk mədəniyyətinin simvolları ilə də tanış olacaqlar – çay, qəhvə, simit və məşhur “nazar boncuğu” (gözmuncuğu) kimi yerli dəyərlər ekranlara daşınacaq.
Tur, Türkiyə Rivierasının ürəyi olan Antalyadan başlayaraq, Kemer, Kalkan, Fethiye, Marmaris, Akyaka, Aydın, Kuşadası, Selçuk və Çeşmədən keçərək, Egey bölgəsinin incisi İzmirdə yekunlaşacaq.
Antalyada keçiriləcək ilk mərhələ (132 km) iştirakçıları Kaleiçi küçələri, Hadrian qapısı, Yivli Minarə kimi tarixi məkanlar və qədim Silyon şəhəri ilə tanış edəcək. Belek bölgəsi də bu mərhələdə önə çıxacaq.
İkinci mərhələ Kemer-Kalkan istiqamətində (167,4 km) baş tutacaq. Bu hissədə velosipedçilər Patara çimərliyi, məşhur Yanartaş alovları, Likya dövrünün mirvarisi Myra, Finike, Demre, Kaş və Kaputaş kimi görməli yerlərdən keçəcəklər.
Fethiye-Marmaris mərhələsi (175,9 km) isə tamaşaçılara vizual ziyafət vəd edir. Marşrut Kəpənəklər vadisi, Ölüdəniz, nəsli təhlükədə olan Caretta caretta tısbağaları və Dalyan deltası ilə seçiləcək.
TUR 2025 yalnız idman deyil, həm də mədəniyyət və təbiət festivalına çevriləcək – Türkiyənin irsi bir daha dünya səhnəsində nümayiş olunacaq.
TUR 2025 çərçivəsində təşkil olunacaq növbəti mərhələlər, Türkiyənin Egey sahilləri boyunca uzanan unikal marşrutlarla ölkənin həm idman, həm də turizm potensialını beynəlxalq auditoriyaya tanıdacaq.
Dördüncü mərhələ Marmaris–Akyaka istiqamətində (115,4 km) keçiriləcək və iştirakçılar dəniz mənzərəli meşə yollarından, yelkənli qayıq marşrutlarından və kite-sörf çimərliklərinin fonunda yarışacaqlar. Ardınca baş tutacaq Marmaris–Aydın mərhələsi (151 km) qədim Afrodisias şəhəri və Egeyin rəmzinə çevrilmiş zeytun bağları ilə yadda qalacaq.
Kuşadası–Selçuk mərhələsi (161,4 km) isə UNESCO-nun Dünya İrsi Siyahısında yer alan Efes, Artemida məbədi və Məryəm Ana evi kimi tarixi məkanları əhatə edəcək. Bunun ardından gələn Selçuk–Çeşmə mərhələsində (144,2 km) Şirince kəndi, Seferihisar və Çeşmə bölgələri ön plana çıxacaq.
Yarışın finalı Çeşmə – İzmir mərhələsində (105,7 km) keçiriləcək və burada İzmir Saat Qülləsi, yerli ləzzətlər, qədim abidələr və bölgənin məşhur üzüm bağları yarışa zəngin sonluq verəcək.
Beynəlxalq Velosiped İttifaqının (UCI) Avropa Turları təqvimində “ProSeries” kateqoriyasına daxil edilən bu yarış, Türkiyənin qlobal velosiped idmanındakı önəmli rolunu da vurğulayacaq. Tur yalnız yollarla məhdudlaşmır – iştirakçılar üçün velosiped dostu otellər, təhlükəsiz park yerləri, velosiped təmizləmə və təmir xidmətləri kimi infrastruktur imkanları ilə də diqqət çəkir.
Xəbərin oxunma sayı : 292
Sosial
Xəbərlər
-
“Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır“ - İlham Əliyev
-
“Pul saya bilmirəm, mühasib işləməyə savadım çatmazdı“ - Yarım milyardlıq kibercinayətkarlıqla bağlı məhkəmə
-
“Gecəni mənimlə oteldə keçirməlisən“ - Bakıda homeseksual tələbəni qaçırdı
-
“28 Mall”un qarşısında plakat açan təriqət üzvləri həbs edildi - FOTO
-
Hakan Fidandan Türk dövlətlərinə xəbərdarlıq: “Kipr oyunlarına alət olmayın!”
-
Onların təhsil xərcləri bu şərtlə ödəniləcək - 700 dollardan çox olmasın
-
“VMR Esthetic Clinic”in belə bir lisenziyası yoxdur“ - Nazirlik qalmaqallı klinika barədə açıqlama yaydı
-
Şəhid ailələrinə verilən mənzillərin sahəsi nə qədərdir? - Tam siyahı
-
ATƏT-in Baş katibi İlham Əliyevin qəbulunda - Fotolar
-
İcra başçısı “Ulduz” şokolad fabrikini ziyarət edib - Sahibkarlar Günü ilə əlaqədar
-
Əsgərlikgən gəldiyi gün həbs olundu - Ağsuda olay
-
Hindistan-Pakistan gərginliyi pik həddə - Müharibə başlaya bilər
-
Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edildi - 15 sutka
-
Prezident Kaya Kallası qəbul etdi - FOTO
-
Masazırda qanunsuz obyekt inşa edilir? - FOTOLAR
-
Beyləqanda Şəfəq Nasirlə görüş - FOTOLAR
-
İnam Kərimov Çində səfərdə olub - FOTOLAR
-
“Zelenski günahkar deyil...“ - Starmer Trampa etiraz edib
-
Bakıda zəlzələ riski: Binalar sarsıntıya tab gətirə bilər? (VİDEO)
-
“Pilot 16” MMC şirkəti ilə vətəndaş arasında növbəti qalmaqal - VİDEO
-
Kiyev ABŞ-nin dəstəyinin dayandırılmasına hazırlaşır - “Bild“
-
Bələdiyyə sədrinin yalanı belə ifşa edildi - VİDEO
-
Şadlıq evləri toy sahibinə qəbz təqdim edəndə qiymətlər daha yüksək olur? - VİDEO
-
“Mən qadın kimi xoşbəxt ola bilmədim” - Məleykə Əsədova
-
“Qarabağ”ı xüsusi rəqib kimi görmürəm“ - Qara Qarayev
-
“Space TV”yə xəbərdarlıq edildi - Rəşad Dağlıya görə
-
Erməni təxribatının qarşısını alan tələbələrimiz danışdı - Video
-
İsrail Qəzzada yaşayış binasını atəşə tutdu - 7 fələstinli qətlə yetirildi
-
ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir - “Bloomberg“
-
Ermənistanın Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olundu - FOTOLAR
-
İstanbuldakı zəlzələdə azərbaycanlılar xəsarət alıb? - Açıqlama
-
Ağstafada məktəb 10 gündür elektriksiz qalib - VİDEO
-
“Çindən 3.7 milyardlıq alıb, cəmi 19.5 milyon dollarlıq mal satırıq” - Millət vəkili
-
Zərərçəkmiş Şuşanın işğalı günündən danışdı: Bombalar yağış kimi yağırdı
-
Sağikən özlərinə qəbr yeri alırlar - Bakıda 5000 manata satılır
-
“Atlant“ İstirahət Mərkəzi qayınata ilə kürəkəni məhkəmədə bir-birinə qarşı qoyub
-
“Rusiya Bəşər Əsədin ekstradisiyasından imtina edib” - Əhməd əl-Şaraa
-
Turisti quru sərhədlə Gürcüstana aparacağını deyib - 200 dollarını aldı
-
Elnarə Abdullayevadan Əli Mirəliyevə ağır sözlər: “Ağsaqqal kişisən...“
-
Prezidentin Çin səfərindən - Tarixi görüntülər
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Aysel Xəlilova pasiyentlərinə necə dolğu və inyeksion prosedurları edir? - FOTOLAR
-
Baş nazirdən “Azərenerji” prezidenti vəzifəsi ilə bağlı - Qərar
-
Müdiri öldüyü üçün 3 ildir işdən çıxa bilmirdi - Məhkəməyə müraciət etdi
-
Ermənistan Türkiyədən nə alıb və nə satıb? - Siyahı
-
Leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezidentin Çinə dövlət səfəri başa çatdı - FOTO
-
Əvəz Zeynallı həbsdə qaldı - Son sözü Tibb Baş İdarəsi deyəcək
-
Qəbirlərdən qızıl dişlər oğurlayırdı - Saxlanıldı
-
Nizami rayonu Babək prospektində dəmir konstruksiyalı obyekti kim tikdirir? - FOTO
-
Prezident Velosiped Turu təşkil ediləcək - 60-cı dəfə
-
“Rusiya ilə razılığa gəldik, indi növbə Zelenskidədir“ - Tramp
-
Maaş və təqaüdləri istənilən bankdan ala biləcəyik - YENİLİK
-
Özəl bankların qeyri-faiz gəlirlərinin 69%-i 2 bankın payına düşüb - Tam siyahı
-
Ədalət Partiyasında qalmaqal - Bəyanat yaydılar
-
“Nar”dan Ümumdünya Kitab Gününə dəstək - FOTOLAR
-
Beyləqanda ağacəkmə aksiyası keçirildi - FOTOLAR
-
Televizor Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
-
Daşkəsən İcra Hakimiyyəti 250 min manatı neyləyib? - FOTOLAR
-
İlham Əliyevin Çin səfəri dünya mediasında - Fotolar
-
“Həmin səfərdən sonra Putinlə görüşə bilərəm” - Tramp
-
“Astara-Rəşt yolunun inşasına maliyyə ayrılmasında xırda problemlər var“ - XİN
-
1 milyon itirən eks-məmur oğlu dindirildi: “Mənimlə görüşəcəyi gün həbs olundu“
-
Rayonlarda yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Mehdiyevin bankından sabiq nazirin qardaşının yarım milyonu oğurlanıb - CİNAYƏT DOSYESİ
-
“ÇXR və Azərbaycan tərəfdaşlığı Şərq-Qərb bağlantılarının möhkəmlənməsinə böyük töhfədir” - Adəm İsmayıl Bakuvi
-
Ağdama 1 987 ailə köçürülür -1,6 milyon yolpulu ayrıldı
-
Lerikdə mikroavtobus aşıb - Ölən və yaralananlar var
-
Prezident Pekində CGTN telekanalına müsahibə verdi - Fotolar
-
Məxfi məlumatları paylaşmayın! - Daha bir xəbərdarlıq
-
“Ana öləndən sonra hamı qaçıb...” - Ailə həkimləri ittiham edir (VİDEO)
-
“Norm Sement”də bədbəxt hadisə - Qadının barmaqları amputasiya olundu
-
Bakı Dövlət Universitetində keçid balları - SİYAHI
-
12 ştatdan Trampa gömrük rüsumu şoku - Məhkəməyə müraciət etdilər
-
Yetkinlik yaşına çatmayan övladını oğurluğa cəlb etdi - Ali Məhkəmədən ağır cəza
-
Onlayn kredit dələduzluğu: bu yolla xilas ola bilərsiniz (VİDEO)
-
Paşinyandan İrəvanda bayrağımızın yandırılmasına - Reaksiya
-
Bakıda çəkilən yeni yol nə vaxt istifadəyə hazır olacaq? - VİDEO
-
Məmurların, gömrük və vergi işçilərinin maaşı artdı - Aztəminatlı ailələrin də gözü yoldadır...
-
“Ermənistan tərəfinin yaydığı məlumat dezinformasiyadır” - Müdafiə Nazirliyi
-
Prezident Pekində Sonq Hailianq ilə görüşdü - Fotolar
-
Trampın qarşısında bir-birilərinə qışqırdılar - “Lənət olsun...”
-
Ukrayna kütləvi raket hücumu - 9 ölü, 63 yaralı
-
Bu şəxslər üçün pulsuz göz əməliyyatı olacaq - RƏSMİ
-
Məşhur şadlıq evləri cərimələndi - SİYAHI
-
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir
-
Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, həm də milli kimlik, dövlət suverenliyi və mədəni müstəqillik rəmzidir
-
62 yaşlı Hülya Avşar biaırçı geyimdə çıxdı - VİDEO
-
FİFA Vinisiusu futboldan uzaqlaşdıra bilər - Bir neçə futbol klubunun sahibi olduğu üçün
-
““Azəristiliktəchizat” subsidiya ilə işləyir, bizdə tariflər aşağıdır” - İlham Mirzəyev
-
Bakıda iki məktəblinin qaçırıldığı iddia edilir - VİDEO
-
“Zelenskinin istefası Rusiyanın danışıqlar üçün tələbləri arasında deyil“ - Peskov
-
Əvəz Zeynallının məhkəməsi olacaq - Sabah
-
Daha bir kosmetoloqdan şikayət - “Ayağımdan irin axır”
-
“Neftçi” kubokdan kənarlaşdırıldı - “Sabah” finalda
-
Azərbaycan Xalqı ana dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır
-
Hindistan əsas sərhəd postunu bağlayır - Pakistandakı səfirlik işçilərini ixtisar edir
-
Bu kənddə xəstələnən peşman olur - VİDEO
-
Gürcüstanda əcnəbilərlə bağlı cərimələr artırılır - Yeni cəza növü tətbiq olunur
-
Tarixi köklərə söykənən ana dilimiz
-
“Ucuzluq“ və “Esma“da müştərilərin cibini “təmizlədi“ - 3 il həbs cəzası
-
Bakıda tikinti biznesinin iç üzü - Qazanan məmurlar olur, bir də...
-
Qubada körpü qəzalı vəziyyətə düşüb - 30-dan çox kəndə gediş-gəliş çətinləşib
-
“ABŞ Rusiyanın Ukrayna ilə bağlı mövqeyini indi daha yaxşı başa düşür“ - Rubio
-
Əfv Komissiyasının iclası keçirilib - 100-dən çox müraciətə baxılıb
-
Bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
“Miqrantların azalması Rusiyanın iqtisadi inkişafını təhlükə altında qoya bilər“ - Lavrov
-
“Azərbaycanla əməkdaşlığın inkişafı üçün böyük potensial var“ - İran Prezidenti
-
Ermənistana casusluqda ittiham olunan şəxsə - Hökm oxundu
-
Avtobus zolağına daxil olan sürücülərə - Xəbərdarlıq
-
Şəhidin övladları Türkiyədə qızıl və bürünc medal qazanıblar - Fotolar
-
İstanbulda zəlzələ zamanı 151 nəfər özünü binadan atıb - İstanbul Valiliyi
-
Növbəti iki gündə bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Yeddi Gümbəz”də 29 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Baş nazir kimlərin maaşını və neçə faiz artırdı? - Deputat açıqladı
-
Vəkil olmaq istəyən 104 nəfər şifahi müsahibədən keçib - SİYAHI
-
Azərbaycan prezidenti Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib - FOTOLAR
-
“Roma Papası üçün dua oxuyub, onun ruhunu yad edirik“ - Allahşükür Paşazadə
TOP 10
ARXİV