“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Beyləqanda Ulu Öndərin 102 illik yubileyi keçirildi - Fotolar

Tarix 08.05.25, 15:17

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

AzFakt.com xəbər verir ki,  tədbir başlamazdan əvvəl Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, YAP Beyləqan rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və digər rəsmilər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən, eləcə də “Mənim Azərbaycanım” adlı rəsm müsabiqəsində çəkilən rəsm əsərləri ilə tanış olublar.

Mədəniyyət Mərkəzində davam edən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi yad edilib.

Tədbir iştirakçıları Ulu Öndərin zəngin və şərəfli həyat yolunu əks etdirən videoçarxı izlədikdən sonra mərasimin rəsmi hissəsi başlayıb.

Əziz Əzizov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmlənməsindəki müstəsna rolundan, onun uzaqgörən və zəngin siyasi irsindən, müasir müstəqil Azərbaycanın qurucusu kimi tarixi xidmətlərindən ətraflı danışıb. Rayon rəhbəri Heydər Əliyev siyasi kursunun nəticəsi olaraq Azərbaycanın bu gün regionda aparıcı və dinamik inkişaf edən bir dövlətə çevrildiyini, əldə olunan uğurların məhz bu yolun davamı olduğunu vurğulayıb.

Tədbirdə rayon prokuroru Ramazan Hadıyev, Ağsaqqallar Şurasının sədri Etibar İmanov və ziyalı İfrat Məhərrəmov da çıxış edərək Ulu Öndərin ideyalarının əhəmiyyətindən bəhs ediblər.

Ardınca Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsində I yerə layiq görülən Röya Nəsirli Heydər Əliyevin gənclər siyasətinə həsr olunmuş təqdimatı ilə çıxış edib.

Tədbir konsert proqramı ilə davam edib.






Xəbərin oxunma sayı : 256




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap