![]() |
|














Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkib - FOTOLAR
Tarix 21.04.25, 21:03 |
|

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 21-də davam etdirilib.
AzFakt.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, tərcüməçiləri və digərlərini təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Məhkəmə prosesində təqsirləndirilən şəxslər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı soyqırımı, faciə zamanı günahsız insanların məhz azərbaycanlı olduğuna görə məqsədli şəkildə məhv edilmələri ilə bağlı dövlət ittihamını müdafiə edən prokurorların suallarına suallarına cavab veriblər.
Təqsirləndirilən şəxs Arkadi Qukasyan Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında Xocalıda törədilənlər haqqında ilk dəfə 1992-ci ilin fevralında “rəsmi məlumatlar” verilməsi nəticəsində məlumat aldığını bildirərək deyib: “O zaman faciənin miqyasını bilmirdik. Biz bilirdik ki, Xankəndidə Xocalıdan gətirilmiş yüzlərlə azərbaycanlı var. Onlar da sonradan qarşı tərəfə təhvil verilmişdi”. O, dinc əhalinin qətlini pislədiyini də vurğulayaraq qeyd edib: “Bu qəbuledilməzdir, müharibənin qanlı səhifələrindən biridir”.
A.Qukasyan Xocalı soyqırımı zamanı qondarma rejimə rəhbərliyi Artur Mkrtçyanın, hərbçilərə rəhbərliyi isə Ermənistan silahlı qüvvələrində müxtəlif rəhbər vəzifələr tutmuş, “Komandos” ləqəbli Arkadi Ter-Tadevosyanın etdiyini bildirib. Əlavə edib ki, həmin vaxt yeni formalaşan “özünümüdafiə qüvvələri”nin rəhbəri Serj Sarkisyan idi. O, daha sonra deyib: “Bütün müharibələrin əleyhinəyəm. Amma bu baş verirsə, müharibə qanunları gözlənilməlidir”.
Təqsirləndirilən şəxs Bako Sahakyan Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandırarkən Xocalı hadisələri ilə bağlı dərin və təfsilatlı məlumata malik olmadığını iddia edib. O, məhkəmədə nümayiş olunan videomateriallara və sənədlərə işarə edərək bildirib: “Bu qədər təfsilatlı bilmirdim. Amma bu, mənim mövqeyimi dəyişmir. O vaxt da, indi də bu cür hadisələri pisləyirəm”.
Təqsirləndirilən şəxs Xocalı soyqırımında keçmiş sovet ordusunun 366-cı motoatıcı alayın iştirakı barədə eşitdiyini, sonradan Ermənistanın müdafiə naziri olan Seyran Ohanyanın həmin alayda xidmət etdiyini bildirib.
Təqsirləndirilən şəxs David İşxaynan dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında Xocalı soyqırımı ilə bağlı görüntülərdə yer alanların vəhşilik olduğunu deyib. O, hadisələr zamanı qondarma rejimdə “deputat” olduğunu söyləyib.
Təqsirləndirilən şəxs David Babayan isə dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandırarkən Xocalı soyqırımı və Xocalının işğalı hadisələrinin iştirakçısı olmadığını bildirib. O deyib ki, Xocalı hadisələri zamanı məsələni güc yolu ilə həll etmək istəyənlər məqsədlərinə çatıblar.
“Bu əməliyyatda müxtəlif qruplar iştirak edib”, - deyə o vurğulayıb.
D.Babayan onu da deyib ki, hətta qondarma rejimdə "Xocalının azad edilməsi uğrunda" medalı “təsis” olunub.
Zərərçəkmiş şəxslərin nümayəndəsinin “Əgər Ermənistanın iddia etdiyi kimi, Xocalı soyqırımı zamanı dinc sakinlərin çıxmaları üçün dəhliz var idisə, niyə onların getməsinə imkan verilməyib, Arkadi Quksayanın da məhkəmədə dediyi kimi, yüzlərlə azərbaycanlı Xankəndiyə aparılıb” sualına isə D.Babayan cavab verə bilməyib. Əvəzində, o, “Uşaqlara, dinc sakinlərə qarşı edilənlərə necə bəraət vermək olar?! Bu barbarlıqdır” deyib.
Təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında Xocalı hadisələrini Birinci Qarabağ müharibəsinin ən böyük faciəsi hesab etdiyini bildirib. O, qondarma rejimdə Xocalı əməliyyat ilə bağlı müzakirələr olmadığını iddia edib və deyib: “Məsələn, Şuşa əməliyyatı ilə bağlı bir neçə kitab yazılıb. Ona görə də bilirik ki, orada kimlər iştirak edib, necə olub. Xocalı əməliyyatı ilə bağlı isə müzakirələr aparılmayıb. O vaxtı başlıca hərbi rəhbər Arkadi Ter-Tadevosyan idi. Yəqin ki, Xocalıda hərbi əməliyyatlar onun göstərişi və razılığı ilə keçirilib”.
A.Harutyunyan deyib ki, istənilən halda bu, bağışlanmaz bir faciə idi.
Daha sonra məhkəmədə “Memorial” İnsan Hüquqları Mərkəzinin 1992-ci il fevralın 25-26-da Xocalı yaşayış məntəqəsinin işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulması ilə bağlı hesabat sənədi tədqiq edilib.
Təşkilatın hesabat sənədində bildirilir ki, erməni hərbçiləri tərəfindən Xocalının işğal olunması ilə nəticələnən əməliyyat zamanı əhalinin kütləvi qətlləri, insan haqlarının milli zəmində pozulması halları baş verib.
“Xocalı Ermənistanın hərbçiləri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya edildi. Bu əməllər mütəşəkkil formada həyata keçirildi”, - deyə sənəddə qeyd edilib.
Sənədə görə, deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanılıb ki, bu da qondarma rejim “hakimiyyət”inin bu barədə müvafiq əmrinin olduğunun aşkar göstəricisidir.
Dinc əhalinin kütləvi şəkildə qırılmasına heç bir halda haqq qazandırıla bilməz.
“Memorial” hüquq müdafiə mərkəzi təsdiq edir ki, Xocalıya hücum zamanı Ermənistanın Qarabağdakı dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyalarına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin müvafiq maddələrinə kobud qaydada ziddir.
Məhkəmənin növbəti iclası aprelin 24-nə təyin olunub.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar. (Azərtac).







Xəbərin oxunma sayı : 718
Hadisə
Xəbərlər
-
“Minsk qrupunun ləğvinin vaxtı çoxdan çatıb, Ermənistan addımlar atmalıdır“ - Prezident
-
Tibb bacısından pensiya dələduzluğu - Məhkəmə hökm oxudu
-
Azərbaycandan İsrailə 8 ədəd xüsusi cihaz göndərilib - Qiyməti 5 milyon dollardır
-
Vilayət Eyvazov generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası + FOTOLAR
-
Prezident Anar Quliyevi yeni vəzifəyə təyin etdi - Sərəncam
-
Ceyhun Bayramov Feridun Sinirlioğlu ilə görüşdü - FOTO
-
Milli mətbuatın 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
-
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - 3 günlük rəsmi məzənnə açıqlandı
-
Əvəz Zeynallı azadlığa buraxıldı - Məhkəmə qərar verdi
-
Sahil Babayev 500 milyonu banka yerləşdirdi - Deputat tənqid etdi
-
“Krım Rusiyanın tərkibində qalacaq” - Donald Tramp
-
Bakıda sürücülər arasında yol üstündə dava - Ölən var
-
Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində - Fotolar
-
“Müalicə uğurla gedir, Azərbaycanın dəstəyini hər an hiss edirəm” - Azər Rəşidoğlu
-
“Əleyhimə ifadə verənləri Allaha tapşırmışam“ - Yarım milyonluq kibercinayətkarlıq
-
“Pul saya bilmirəm, mühasib işləməyə savadım çatmazdı“ - Yarım milyardlıq kibercinayətkarlıqla bağlı məhkəmə
-
Subsidiya üçün əkinlərinizi EKTİS-də bəyan edin! - Fermerlərə çağırış
-
“Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır“ - İlham Əliyev
-
Tibbi sığorta ilə bağlı dəyişiklik - Vətəndaşların nəzərinə
-
“Gecəni mənimlə oteldə keçirməlisən“ - Bakıda homeseksual tələbəni qaçırdı
-
“28 Mall”un qarşısında plakat açan təriqət üzvləri həbs edildi - FOTO
-
Hakan Fidandan Türk dövlətlərinə xəbərdarlıq: “Kipr oyunlarına alət olmayın!”
-
Onların təhsil xərcləri bu şərtlə ödəniləcək - 700 dollardan çox olmasın
-
“VMR Esthetic Clinic”in belə bir lisenziyası yoxdur“ - Nazirlik qalmaqallı klinika barədə açıqlama yaydı
-
Şəhid ailələrinə verilən mənzillərin sahəsi nə qədərdir? - Tam siyahı
-
ATƏT-in Baş katibi İlham Əliyevin qəbulunda - Fotolar
-
İcra başçısı “Ulduz” şokolad fabrikini ziyarət edib - Sahibkarlar Günü ilə əlaqədar
-
Əsgərlikgən gəldiyi gün həbs olundu - Ağsuda olay
-
Hindistan-Pakistan gərginliyi pik həddə - Müharibə başlaya bilər
-
Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edildi - 15 sutka
-
Prezident Kaya Kallası qəbul etdi - FOTO
-
Masazırda qanunsuz obyekt inşa edilir? - FOTOLAR
-
Beyləqanda Şəfəq Nasirlə görüş - FOTOLAR
-
İnam Kərimov Çində səfərdə olub - FOTOLAR
-
“Zelenski günahkar deyil...“ - Starmer Trampa etiraz edib
-
Bakıda zəlzələ riski: Binalar sarsıntıya tab gətirə bilər? (VİDEO)
-
“Pilot 16” MMC şirkəti ilə vətəndaş arasında növbəti qalmaqal - VİDEO
-
Kiyev ABŞ-nin dəstəyinin dayandırılmasına hazırlaşır - “Bild“
-
Bələdiyyə sədrinin yalanı belə ifşa edildi - VİDEO
-
Şadlıq evləri toy sahibinə qəbz təqdim edəndə qiymətlər daha yüksək olur? - VİDEO
-
“Mən qadın kimi xoşbəxt ola bilmədim” - Məleykə Əsədova
-
“Qarabağ”ı xüsusi rəqib kimi görmürəm“ - Qara Qarayev
-
“Space TV”yə xəbərdarlıq edildi - Rəşad Dağlıya görə
-
Erməni təxribatının qarşısını alan tələbələrimiz danışdı - Video
-
İsrail Qəzzada yaşayış binasını atəşə tutdu - 7 fələstinli qətlə yetirildi
-
ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir - “Bloomberg“
-
Ermənistanın Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olundu - FOTOLAR
-
İstanbuldakı zəlzələdə azərbaycanlılar xəsarət alıb? - Açıqlama
-
Ağstafada məktəb 10 gündür elektriksiz qalib - VİDEO
-
“Çindən 3.7 milyardlıq alıb, cəmi 19.5 milyon dollarlıq mal satırıq” - Millət vəkili
-
Zərərçəkmiş Şuşanın işğalı günündən danışdı: Bombalar yağış kimi yağırdı
-
Sağikən özlərinə qəbr yeri alırlar - Bakıda 5000 manata satılır
-
“Atlant“ İstirahət Mərkəzi qayınata ilə kürəkəni məhkəmədə bir-birinə qarşı qoyub
-
“Rusiya Bəşər Əsədin ekstradisiyasından imtina edib” - Əhməd əl-Şaraa
-
Turisti quru sərhədlə Gürcüstana aparacağını deyib - 200 dollarını aldı
-
Elnarə Abdullayevadan Əli Mirəliyevə ağır sözlər: “Ağsaqqal kişisən...“
-
Prezidentin Çin səfərindən - Tarixi görüntülər
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Aysel Xəlilova pasiyentlərinə necə dolğu və inyeksion prosedurları edir? - FOTOLAR
-
Baş nazirdən “Azərenerji” prezidenti vəzifəsi ilə bağlı - Qərar
-
Müdiri öldüyü üçün 3 ildir işdən çıxa bilmirdi - Məhkəməyə müraciət etdi
-
Ermənistan Türkiyədən nə alıb və nə satıb? - Siyahı
-
Leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezidentin Çinə dövlət səfəri başa çatdı - FOTO
-
Əvəz Zeynallı həbsdə qaldı - Son sözü Tibb Baş İdarəsi deyəcək
-
Qəbirlərdən qızıl dişlər oğurlayırdı - Saxlanıldı
-
Nizami rayonu Babək prospektində dəmir konstruksiyalı obyekti kim tikdirir? - FOTO
-
Prezident Velosiped Turu təşkil ediləcək - 60-cı dəfə
-
“Rusiya ilə razılığa gəldik, indi növbə Zelenskidədir“ - Tramp
-
Maaş və təqaüdləri istənilən bankdan ala biləcəyik - YENİLİK
-
Özəl bankların qeyri-faiz gəlirlərinin 69%-i 2 bankın payına düşüb - Tam siyahı
-
Ədalət Partiyasında qalmaqal - Bəyanat yaydılar
-
“Nar”dan Ümumdünya Kitab Gününə dəstək - FOTOLAR
-
Beyləqanda ağacəkmə aksiyası keçirildi - FOTOLAR
-
Televizor Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
-
Daşkəsən İcra Hakimiyyəti 250 min manatı neyləyib? - FOTOLAR
-
İlham Əliyevin Çin səfəri dünya mediasında - Fotolar
-
“Həmin səfərdən sonra Putinlə görüşə bilərəm” - Tramp
-
“Astara-Rəşt yolunun inşasına maliyyə ayrılmasında xırda problemlər var“ - XİN
-
1 milyon itirən eks-məmur oğlu dindirildi: “Mənimlə görüşəcəyi gün həbs olundu“
-
Rayonlarda yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Mehdiyevin bankından sabiq nazirin qardaşının yarım milyonu oğurlanıb - CİNAYƏT DOSYESİ
-
“ÇXR və Azərbaycan tərəfdaşlığı Şərq-Qərb bağlantılarının möhkəmlənməsinə böyük töhfədir” - Adəm İsmayıl Bakuvi
-
Ağdama 1 987 ailə köçürülür -1,6 milyon yolpulu ayrıldı
-
Lerikdə mikroavtobus aşıb - Ölən və yaralananlar var
-
Prezident Pekində CGTN telekanalına müsahibə verdi - Fotolar
-
Məxfi məlumatları paylaşmayın! - Daha bir xəbərdarlıq
-
“Ana öləndən sonra hamı qaçıb...” - Ailə həkimləri ittiham edir (VİDEO)
-
“Norm Sement”də bədbəxt hadisə - Qadının barmaqları amputasiya olundu
-
Bakı Dövlət Universitetində keçid balları - SİYAHI
-
12 ştatdan Trampa gömrük rüsumu şoku - Məhkəməyə müraciət etdilər
-
Yetkinlik yaşına çatmayan övladını oğurluğa cəlb etdi - Ali Məhkəmədən ağır cəza
-
Onlayn kredit dələduzluğu: bu yolla xilas ola bilərsiniz (VİDEO)
-
Paşinyandan İrəvanda bayrağımızın yandırılmasına - Reaksiya
-
Bakıda çəkilən yeni yol nə vaxt istifadəyə hazır olacaq? - VİDEO
-
Məmurların, gömrük və vergi işçilərinin maaşı artdı - Aztəminatlı ailələrin də gözü yoldadır...
-
“Ermənistan tərəfinin yaydığı məlumat dezinformasiyadır” - Müdafiə Nazirliyi
-
Prezident Pekində Sonq Hailianq ilə görüşdü - Fotolar
-
Trampın qarşısında bir-birilərinə qışqırdılar - “Lənət olsun...”
-
Ukrayna kütləvi raket hücumu - 9 ölü, 63 yaralı
-
Bu şəxslər üçün pulsuz göz əməliyyatı olacaq - RƏSMİ
-
Məşhur şadlıq evləri cərimələndi - SİYAHI
-
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir
-
Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, həm də milli kimlik, dövlət suverenliyi və mədəni müstəqillik rəmzidir
-
62 yaşlı Hülya Avşar biaırçı geyimdə çıxdı - VİDEO
-
FİFA Vinisiusu futboldan uzaqlaşdıra bilər - Bir neçə futbol klubunun sahibi olduğu üçün
-
““Azəristiliktəchizat” subsidiya ilə işləyir, bizdə tariflər aşağıdır” - İlham Mirzəyev
-
Bakıda iki məktəblinin qaçırıldığı iddia edilir - VİDEO
-
“Zelenskinin istefası Rusiyanın danışıqlar üçün tələbləri arasında deyil“ - Peskov
-
Əvəz Zeynallının məhkəməsi olacaq - Sabah
-
Daha bir kosmetoloqdan şikayət - “Ayağımdan irin axır”
-
“Neftçi” kubokdan kənarlaşdırıldı - “Sabah” finalda
-
Azərbaycan Xalqı ana dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır
-
Hindistan əsas sərhəd postunu bağlayır - Pakistandakı səfirlik işçilərini ixtisar edir
-
Bu kənddə xəstələnən peşman olur - VİDEO
-
Gürcüstanda əcnəbilərlə bağlı cərimələr artırılır - Yeni cəza növü tətbiq olunur
-
Tarixi köklərə söykənən ana dilimiz
-
“Ucuzluq“ və “Esma“da müştərilərin cibini “təmizlədi“ - 3 il həbs cəzası
TOP 10
ARXİV