Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Moskva Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşünü keçirməyə hazırdır - Rusiya XİN

Tarix 30.09.20, 21:20

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Xarici İşlər naziri Sergey Lavrov ayrı-ayrılıqda azərbaycanlı və erməni həmkarları Ceyhun Bayramov və Zöhrab Mnatskanyanla telefonla danışıb.

Rusiya XİN-in mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, telefon danışıqları zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin inkişafı müzakirə olunub. Rusiya tərəfi genişmiqyaslı hərbi əməliyyatların davam etməsi ilə bağlı ciddi narahatlığını ifadə edib.

Atəşin dərhal dayandırılması və gərginliyin deskalasiyası, eləcə də təxribatçı və döyüşkən ritorikanın yolverilməzliyinə çağırış səslənib. Tərəflərin tezliklə danışıqlar masasına qayıtmalarının vacibliyinə işarə vurulub.

S.Lavrov qeyd edib ki, Rusiya həm milli baxımdan, həm də ATƏT-in Minsk Qrupunun digər həmsədrləri kimi Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik vasitələrlə nizamlanması üçün şəraitin yaradılmasına istiqamətlənən vasitəçilik səylərini davam etdirəcək. Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının növbəti görüşü daxil olmaqla müvafiq təmasların keçirilməsi üçün Moskva platformasının hazır olduğu təsdiqlənib.



Xəbərin oxunma sayı : 601




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap