“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Motosiklet sürücüləri avtobus zolaqlarından istifadə etmək istəyirlər - VİDEO

Tarix 10.09.25, 22:57

Font ölçüsü : - / +
bitmap-img6


Motosiklet sürücüləri avtobus zolaqlarından istifadə etmək istəyirlər. Bu nəqliyyat vasitəsinin bir qrup sürücüsü hətta bununla bağlı aidiyyəti qurumlara müraciət də ünvanlayıb. Əsas arqumentləri isə təhlükəsizlikdir. Xezerxeber.az-ın məlumatına görə, sürücülər bildirirlər ki, yollarda avtomobillərin arasında qalmaq həm qəza riskini artırır, həm də hərəkəti ləngidir. Avtobus zolaqları isə daha geniş və nizamlı olduğu üçün təhlükəsiz yol alternativi ola bilər.

Sürücülər arqumentlərini beynəlxalq təcrübə ilə də əsaslandırırlar. Məsələn, Böyük Britaniyanın paytaxtı Londonda və bəzi İspaniya şəhərlərində avtobus zolaqlarında motosikletlərin də istifadə etməsinə icazə verilib. Hətta yol nişanlarında avtobus, taksi və velosipedlə yanaşı motosiklet işarəsi də göstərilir. Avropa ölkələrində bu qərar qəzaların azaldılması və hərəkətin rahatlaşdırılması üçün tətbiq olunur.

Azərbaycanda isə hazırda avtobus zolaqlarına yalnız avtobuslar və operativ nəqliyyat vasitələri daxil ola bilir. Bu səbəbdən, motosikletlərin də həmin zolaqlara buraxılması üçün ya qanunvericiliyə dəyişiklik edilməli, ya da bununla bağlı qərar qəbul edilməlidir.

Millət vəkili Fazil Mustafa da düşünür ki, motoskiletlərə də avtobuslar üçün xüsusi ayrılmış zolaqlarda hərəkət etməyə icazə verilməlidir. Millət vəkilinin fikrincə bu, motoskiletlərin iştirakı ilə baş verən qəzaların sayını azalda bilər. O, gələcəkdə bununla bağlı qanun təklif olunacağı təqdirdə lehinə səs verəcəyini bildirib.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, hazırda paytaxtın 40-a yaxın küçə və prospektində uzunluğu 112 km-dən çox xüsusi hərəkət zolağı təşkil edilib. Zolaqların təşkili avtobusların, eyni zamanda, operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır. Avtobus zolağına digər nəqliyyat vasitələrinin daxil olması qadağandır.






Xəbərin oxunma sayı : 823




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap