“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Trampla Netanyahu arasındakı telefon danışığı gərgin keçib - KİV

Tarix 11.09.25, 9:18

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahuya bildirib ki, HƏMAS-a qarşı Qətər ərazisində zərbə endirmək qərarı ağıllı addım olmayıb.

"Report" xəbər verir ki, bu barədə "Wall Street Journal" mənbələrinə istinadən məlumat verib.

Məlumata görə, Trampla Netanyahu arasında çərşənbə axşamı günü baş tutan telefon danışığı "gərgin" keçib. Bildirilib ki, ABŞ Prezidenti hücum barədə ilk məlumatı İsraildən yox, Amerikanın hərbi rəhbərliyindən aldığına görə qəzəblənib.

Nəşrin məlumatına əsasən, Netanyahu cavabında bildirib ki, hücumu həyata keçirmək üçün çox qısa vaxtları olub və bu fürsətdən istifadə ediblər. Həmin gün liderlər arasında ikinci telefon danışığı da baş tutub və bu dəfə söhbət daha sakit tonda keçib. Tramp Netanyahuya hücumun uğurlu olub-olmadığını soruşub. Netanyahu isə "bilmirəm" cavabını verib.

Nəşr həmçinin administrasiyadakı yüksək vəzifəli rəsmidən sitat gətirərək Trampın Netanyahudan getdikcə narazılığının artdığı iddiasını ortaya atıb. Buna səbəb kimi baş nazirin Trampın Yaxın Şərqdəki məqsədləri ilə ziddiyyət təşkil edən və onu çətin vəziyyətə salan birtərəfli qərarlar verdiyi göstərilib.



Xəbərin oxunma sayı : 313




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap