Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Murov zirvələrini fəth edən şəhid kəşfiyyatçı İlham Rəşidov - VİDEO

Tarix 11.01.21, 13:58

Font ölçüsü : - / +
bitmap-img6


Vətən müharibəsində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı İlham Rəşidov Murovdağ silsiləsindəki yüksəkliklərin düşməndən azad olunması uğrunda qəhrəmanlıqla döyüşüb.

İlham Rəşidov 1983-cü ildə Türkmənistanın Marı vilayətində doğulub. Sonradan ailəsi ilə Azərbaycana qayıdan İlham orta təhsilini Xudat şəhərində alıb.

2001-ci ildə hərbi xidməti başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin xüsusi kursunu uğurla bitirərək kəşfiyyatçı kimi fəaliyyətə başlayıb.

İyirmi ilə yaxındır Vətənə xidmət edən baş gizir xarici ölkələrdə təlimlərə cəlb olunub. Dörd dildə danışmağı bacaran İlham 2016-cı ildə Aprel döyüşlərində də fəal iştirak edib. Xidməti ərzində göstərdiyi nailiyyətlərə görə medallar və fəxri fərmanlarla təltif olunub.

Vətən müharibəsi başlayan gündən xüsusi əhəmiyyətli tapşırıqların icrasına cəlb olunan İlham Rəşidov Murovdağ silsiləsindəki Camışdağı zirvəsi, Sərsəng su anbarı istiqamətindəki vacib yüksəkliklərin düşməndən azad olunmasında fəal iştirak edib.

Döyüşlərin birində yaralı yoldaşlarını atəş altından çıxararkən minaatan mərmisi yaxınlığında partlayıb. Ağır xəsarətlər alsa da, İlham döyüş tapşırığını axıradək yerinə yetirərək, yaralı döyüş yoldaşlarını kömək üçün gələn avtomobilə çatdırıb.

Amma təəssüf ki, İlhamın özünün yaraları çox ağır olduğundan avtomobil dağlıq ərazidə, çətin şəraitdə ən yaxın tibb məntəqəsinə çatanadək şəhid olub.

“Şəhid olmamışdan bir həftə əvvəl görüşdük. Ağır əməliyyata gedəcəyini bildirib ailəsini mənə tapşırdı. Dedi ki, “dövlətimizin dəstəyindən arxayınam, amma sən də bir qardaş kimi ailəmin yanında olmalısan. Ola bilər qayıtmayım”. Sonra cəbhədən vatsapla mənə səs atdı. Deyirdi ki, çoxdan gözlədiyimiz gün gəlib çatdı. Bir azdan telefonumu söndürüb təhvil verəcəyəm. Əməliyyatların çoxu məxfi olduğundan bizə heç nə demirdi. Aprel döyüşlərində olduğunu da sonradan öyrənmişdik. Bu döyüşlərdə də qəhrəmanlıqla döyüşüb. Döyüş yoldaşını ərazidən çıxararkən ayağından və qabırğasından mərmi yaraları alıb. Buna baxmayaraq oradan çıxmağı bacarıblar. Amma hospitala çatanadək şəhidlik zirvəsinə ucalıb. Mən qardaşımla fəxr edirəm”, - şəhidin qardaşı Tərlan söyləyib.

Həyat yoldaşı Samirə Rəşidova İlhamın ən çətin döyüş əməliyyatlarda iştirak etdiyini bilirdi. O deyib: “Həyat yoldaşı, ata kimi çox yaxşı insan idi. Düzdür, həyatımda böyük itki oldu. İlham şəhidlik zirvəsinə ucaldı. Fəxr edirəm onunla. Həmişə də fəxr edəcəyəm. Aprel döyüşlərində də iştirak etmişdi. Vətən müharibəsindən əvvəl evə gəldi, mənimlə, uşaqları ilə görüşüb getdi. Son mesajında yazdı ki, təlimə gedirəm, uşaqlardan və özündən muğayat ol. Onun üçün ailəsi, balaları ən böyük dəyər idi. Mən Ali Baş Komandanımız İlham Əliyevə təşəkkür edirəm ki, müharibəni sonadək davam etdirdi. Şəhidlərimizin qisası alındı. Qələbə qazandıq”.

Döyüşçü İlham Rəşidovun 10 yaşında Dərya və 8 yaşında İlhan adında övladları yadigar qalıb.

Qəhrəman döyüşçü ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. (Azərtac)




Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.




Xəbərin oxunma sayı : 757




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap