Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Növbəti devalivasiya həyəcanı: Yanvardan dollar 2 manata olacaq?

Tarix 21.10.21, 22:13

Font ölçüsü : - / +
bitmap-img6


Son zamanlar yayılan qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda yanvar ayında növbəti dəfə devalivasiya baş verə bilər. Yayılan iddialara görə, dollar 2 manata qədər yüksələcək, müxtəlif oktanlı benzinin, hətta dizel yanacağının qiyməti də bahalaşacaq.

Bəs görəsən bu iddialar nə dərəcədə realdır? Ölkədə devalivasiya gözlənilirmi?

AzFakt.com Konkret.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki,  Azərbaycan manatının rəsmi məzənnəsi inzibati qaydada tənzimlənir və bizdə bazar iqtisadiyyatı qanunları çalışmır. Yəni manatın məzənnəsi nə birjalarda, nə gündəlik onlayn valyuta satışlarında müəyyənləşdirilmir: “Manatın məzənnəsi Mərkəzi Bankın inzibati tənzimləmə mexanizminə görə tənzimlənir. Bizdə manata təsir edən əsas amil neft qiymətləridir. Neft qiymətlərinin hələlik çox yüksək səviyyədə olması, manata bəlli dərəcədə sabitlik gətirib. Bunu nəzərə alsaq, əgər inzibati qaydada dəyişiklik olmasa, o zaman məzənnənin dəyişdirilməsinə lüzum yoxdur. Təhlükəli məqamlardan biri ondan ibarətdir ki, manatın dəyəri yerində qalsa da, alıcılıq qabiliyyəti sürətlə aşağı düşür. Yəni infilyasiya proseslərinin daha sürətlə getməsi, ən azı devalivasiya qədər təhlükəli bir prosesdir. Ona gprə də, biz fərqli gedişatın şahidi oluruq”.

Natiq Cəfərli əlavə edib ki, hələlik manatın məzənnəsi inzibati qaydalarla dəyişməz qalır: “Bunun nə vaxta qədər davam edəcəyini demək çətindir. Çünki məzənnə daim eyni qaydada qala bilməz, çünki bunun fəsadları daha ağır olur. Biz bunu 2005-2015-ci illər arasında müşahidə etmişik. Təxminən 10 il manatın məzənnəsi sabit qaldıqdan sonra, 3 dəfə devalivasiya baş verdi. İndi də manatın məzənnəsi uzun illər sabit qala bilməz. Bir müddət sonra bu dəyişəcək. Amma məzənnə dəyişikliyi iqtisadi əsaslarla deyil, Mərkəzi Bankın verdiyi inzibati qaydalarla olacaq”.






Xəbərin oxunma sayı : 400




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap