Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Nalbandyan Rusiyada biabır oldu - Video

Tarix 24.02.17, 4:33

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan rus jurnalist Janna Nemtsovanın suallarını cavablandırıb. Erməni nazir müsahibəsində Dağlıq Qarabağ probleminə və Rusiya ilə münasibətlərə də toxunub. Müsahibə zamanı Nalbandyan jurnalistin suallarından sonra çətin vəziyyətə düşüb.

Jurnalistin “Əgər Rusiya bazarlarını Ermənistanın üzünə bağlasa, Ermənistan hansı çətinliklərlə qarşılaşar” sualına cavab verməkdə nazir çətinlik çəkib. Nalbandyanın cavabı isə məntiqsiz və çox gülməli alınıb: “Siz elə sual verirsiniz ki... Əgər Almaniya üçün bütün qonşuları bazarlarını bağlasa, nə olacaq? Siz bunu təsəvvür edə bilirsiniz? Əlbəttə yox...”

Jurnalist erməni nazirin çaşqın vəziyyətdə qaldığını gördükdən sonra nazirə Rusiyanın Gürcüstan və Moldova ilə ticari əlaqələrini kəsdiyini də xatırladıb.

Bundan sonra Nalbandyan deyib ki, Ermənistanın ticari əlaqələri birtərəfli deyil. O qeyd edib ki, Ermənistanın ticarət əlaqələrinin 3/1 hissəsi Avropa İttifaqı ilə həyata keçirilir.

Jurnalistin Qarabağla bağlı verdiyi sual erməni nazirin xüsusilə xoşuna gəlməyib. O hətta jurnalisti Azərbaycan tərəfinin sözünü deməkdə ittiham edib. Bu zaman Nalbandyanın üzündə olan narahatlıq da diqqətdən qaçmayıb.

“Görünür, siz bu müsahibəyə yaxşı hazırlaşmısınız. Amma Qarabağla bağlı sualda həqiqətdən kənara çıxdınız. Burada ərazi mübahisəsi yox, insan hüquqları məsələsindən söhbət gedir. Azərbaycan tərəfi isə bunu ərazi mübahisəsi kimi təqdim edir. Siz də sualınızı hazırlayarkən Azərbaycan tərəfinin mənbələrindən istifadə etmisiniz”, - deyə Nalbandyan bildirib.

Bundan sonra Nalbandyan suala ümumi cümlələrlə cavab verməyə çalışıb. Jurnalist isə ondan suala konkret cavab verməsini xahiş edib.

Daha sonra Nalbandyan Qarabağ münaqişəsinin həlli üçün irəli sürülən 5 şərtdən danışıb.

Qeyd olunan müsahibə sosial şəbəkələrdə paylaşılan zaman ermənilər özləri belə nazirlərinin suallara məntiqsiz və savadsız cavab verdiyini etiraf ediblər.(Femida.az)






Xəbərin oxunma sayı : 169




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap