Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Namaza başlayan Ziya Məmmədov “yoxa çıxan“ 100 milyonları “yuyur“?

Tarix 12.07.19, 9:01

Font ölçüsü : - / +
bitmap-img6


"Son günlər keçmiş nazir Ziya Məmmədovun ibadətləri ilə bağlı yazıları oxuyanda nədənsə hər dəfə Nəqliyyatın İntellektual İdarəetmə Sistemini xatırlayıram”.

"Yeni Sabah” xəbər verir ki, bunu texnologiya üzrə ekspert Osman Gündüz deyib. O, bildirib ki, bu, Azərbaycanın ən böyük İT layihələrindən, həm də Azərbaycanın İT tarixində nə bahalı və ən uğursuz layihədən biri olub. 

"Tam səmimi deyirəm, əgər NİİM uğurlu olsaydı, indi hər gün yollarda baş verən dəhşətli qəzalar minimuma enə bilərdi. NİİM-in bütün ölkə boyu reallaşdırılması nəzərdə tutulmuşdu. Lakin Ziya Məmmədovun rəhbərliyi altında olan NİİM 100 milyonlarla vəsait ayrılmasına baxmayaraq iflas oldu”.

O. Gündüz deyir ki, görəsən NİİM MMC bir qurum olaraq indi hardadır? "Mən özüm də bilmirəm hardadır . BNA-nın strukturuna nəzər salın görək orada NİİM varmı?. Yoxdur. Halbuki qanunvericiliklə NİİM bir struktur vahidi olaraq , bir MMC olaraq BNA tərkibində olmalıydı. Amma yoxdur.

İndi ibadətlə məşğul olan olan cənab eks nazirdən və BNA rəhbərliyindən soruşurmaq istərdik ki hardadır NİİM MMC? 

Nə üçün görsənmir strukturda. ? Nə üçün 100 milyonluq qurum yoxa çıxıb?

Cavab çox sadədir. 

Çünki BNA NİİM-i bir qurum olaraq, MMC olaraq təhvil almayıb. Sadəcə, indiyədək də təhvil-təslim olmayıb. Prezidentin bununla bağlı fərmanı indiyədək də icra edilməyib .

Güman ki, BNA rəhbərliyi təhvil almağa bir şey tapa bilməyib, və 100 milyonluq "heç nəyi” balansına almaq istəməyiblər. Əks halda bu, BNA strukturunda öz əksini tapmalıydı.

Amma bütün bunlara baxmayaraq, BNA rəhbərliyi NİİM-in ayrı-ayrı komponentlərindən istifadəyə cəhdlər edir. Bura yenidən böyük vəsaitlər ayrılır. Lakin hələlik yetrəli nəticələr yoxdur. Çünki "heç nəyin” üzərində normal infrastrukutr bərpa etmək çox çətin olardı. 

Kimdir günahkar? Adətən ibadət edərkən günahların da bağışlanması arzu olunur. Görəsən hörmətli Ziya Məmmədov ibadət edəndə NİİM–i yada salırmı?”.



Xəbərin oxunma sayı : 217




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap