Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Namiq Zeynalov 7 milyon manat mənimsəyib? - İcra başçısına ağır ittiham

Tarix 10.06.19, 10:59

Font ölçüsü : - / +
bitmap-img6


Cəlilabad rayonuna icra başçısı təyin olunmuş Namiq Zeynalov kabinetindən çıxmır. Cəlilabad sakinlərinin sosial şəbəkədə paylaşımlarından belə məlum olur ki, cəlilabadlılar ondan narazılıq edirlər.

Sosial şəbəkədə statuslar paylaşan rayon sakinləri N.Zeynalovun üzünü belə görmədiklərini yazırlar. Onların sözlərinə görə, Dövlət Əmlak Komitəsində vəzifə tutmuş və Kərəm Həsənovun kadrı olaraq bu posta təyin olunmuş N.Zeynalov hələ ki kreslonun dadını çıxarır.

Kabinetindən çıxmayan icra başçısı rayondakı vəziyyətlə, camaatın problemləri ilə maraqlanmayıb. N. Zeynalov bir aztəminatlı ailənin, sosial yardım alan yuvanın qapısını açmalı, soyuducusuna baxmalı, rayondakı işsizlik, sosial problemlər barədə tapşırıqlar verməliydi. Amma baş verənlər onu göstərir ki, icra başçısı tutduğu postdan öz maraqlarını təmin etmək üçün bəhrələnir. Rayondan dosye.org-a daxil olan məlumatlar da bunu təsdiqləyir. Rayondakı mənbələrdən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, icra başçısı bir neçə əməliyyat sayəsində xeyli məbləğdə vəsaiti mənimsəməyə müvəffəq olub.

Belə ki, rayonda Uzun Təpə istiqamətində çəkilən yolun səkisinin abadlaşdırılması “Kolin” şirkəti tərəfindən həyata keçirilsə də, bu iş üçün büdcədən 7 milyon manat pul ayrılıb və həmin pul icra başçısı tərəfindən mənimsənilib. Digər bir iddiaya görə isə ərazi nümayəndələrinin illik hesabatının qənaətbəxş sayılması üçün onlara 3-5 min manat haqq qoyulub. Bununla bağlı Dosye.org-a məlumat verən mənbənin sözlərinə görə, bu haqqı verməkdən imtina edən 7 ərazi nümayəndəsi vəzifəsindən çıxarılıb. Bundan başqa hər ay daxili ehtiyyat fondundan rayonun Günəşli və Gəncan kənd sakinlərinin adına materilal alınması adına silinir.

Rayondan dosye.org-a daxil olan məlumata görə bütün bu maliyyə maxinasiyaları hesabına icra başçısı qısa müddətdə xeyli capital toplayıb. Mənbənin sözlərinə görə, N.Zeynalov Cəlilabad rayon məhkəməsinin keçmiş sədri Əliəjdər Ələkbərova məxsus evi 50 min manata ondan alıb. İcra başçısının qısa müddətdə bu qədər pula sahib olmasının özü xeyli suallar yaradır.

cumhuriyyet.az 



Xəbərin oxunma sayı : 433




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap