Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Naqif Həmzəyevin xeyrinə seçki saxtakarlığı – FOTOFAKT

Tarix 10.02.20, 14:54

Font ölçüsü : - / +
bitmap-img6


1 noyabr 2015-ci ildə keçirilən parlament seçkilərində səslər Naqif Həmzəyevin xeyirinə saxtalaşdırılıb.

38 saylı Nizami ikinci(Gəncə) Seçki Dairəsindən deputatlığa namizədlərdən biri zaman-zaman adı müxtəlif səpkili qalmaqallarda hallanan və güllələnən icra başçısı Elmar Vəliyevin “xeyir-dua”sı ilə 2015-ci ildə Millət vəkili mandatı almış Naqif Həmzəyevlə bağlı daha bir ilginc qalmaqal ortaya çıxıb.

Kanal32.az-ın redaksiyasına daxil olan rəsmi protokollarda inanılmaz faktlar ortaya çıxıb.Məsələn,7 saylı seçki məntəqəsində tərtib olunaraq təsdiq olunmuş iki prortokol arasında kəskin ziddiyytə var.Belə ki,möhürlə təsdiqlənmiş protokolun birində Naqif Həmzəyevə 159 səs,birində isə 441 səs yazılıb.

3 saylı məntəqədə isə seçki komissiyası yerli icra strukturlarının təzyiqi nəticəsində “quşu lap gözündən vurublar”.Saxtakarlıq o həddə çatıb ki,Naqifin əsas rəqibi olan Eldar Paşa oğlu Əliyevə 473 səs,Naqif Həmzəyevə isə 439 səs yazıblar.Və “unudublar” ki,bu iki nəfərin səsinin cəmi etibarlı hesab edilmiş səslərin sayından çoxdur.Yəni etibarlı səs 664 olduğu halda bu iki şəxsin səslərinin cəmi 912,ümumilikdə isə səslərin sayı 1067 edib.Deməli,664 etibarlı hesab edilmiş və protokolun müvafiq qrafasında əksini tapan səs sayı ilə namizədlərin səslərinin cəmi arasında 403 səs artıq fərq var.


12 və 13 saylı məntəqələrdə isə hər iki protokolda məşvərətçi səs hüquqlu üzvünün rəy yazdığı hissə ağardıcı vasitə ilə ağardılaraq yazılar pozulub.

.

Qeyd edək ki,”Kanal32″nin redaksiyasına 38 saylı Nizami ikinci(Gəncə) Seçki Dairəsinin hüdudlarıan daxil olan 24 seçki məntəqəsinin 23-nün rəsmən komissiya üzvülərinin imzaları ilə və möhürlə təsdiqlənmiş protokolları daxil olub.

Çox maraqlıdır ki,bu saxtakarlığa getmiş məntəqə sədrlərinin hamısı yerindədir və indi onlardan şəffaf və qanuni seçki gözləyirik.

Bu cinayət tərkibli əməllərlə və ciddi qanun pozunutları ilə bağlı yəqin ki,aidiyyatı qurumlar və xüsusən də Mərkəzi Seçki Komissiyası rəsmi addımlar atacaq. 

Mənbə: Azbelediyye.az










Xəbərin oxunma sayı : 1186




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap