Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Narın vətəni Azərbaycandır –Bunu təsdiqləyən yeni nəticə əldə edilib

Tarix 15.03.19, 9:37

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın dünyada nar bitkisinin ilkin əmələgəlmə mərkəzlərindən biri olmasını təsdiqləyən yeni nəticələr əldə edilib.

Bunu Trend-ə AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov deyib. Onun sözlərinə görə, hazırda 200-ə yaxın Azərbaycan mənşəli nar sortu məlumdur: “Bizim tərəfimizdən ilk dəfə narın 85 sort və formasının genetik müxtəlifliyi molekulyar səviyyədə tədqiq edilib. Tədqiqat zamanı nümunələr arasında genetik müxtəlifliyin yüksək olduğu olduğu aşkar edilib, yəni hər bir nar sortu digərlərindən fərqlənib”.

Z.Əkpərov deyib ki, nar sortlarının bu qədər müxtəlifliyi onun uzun illər ərzində yarandığını və Azərbaycanda nar bitkisinin min illər ərzində yetişdiyini göstərir: “Hazırda narın əsas vətəni Azərbaycanla yanaşı, İran, Türkiyə, Gürcüstan və Əfqanıstan sayılır. Amma Azərbaycanda nar sortlarının müxtəlifliyi və yabanı formalarının yayıldığı ərazilər çoxdur. Hesab edirik ki, Azərbaycan narın ilkin əmələgəlmə mərkəzlərindən biridir. Bu fakt bizim tərəfimizdən molekulyar səviyyədə aparılan tədqiqatla sübuta yetirilir”.

Z.Əkpərov öyrənilən nar nümunələrinin genetik profillər əsasında pasportlaşdırıldığını da qeyd edib.

Nəticələr əsasında ingilis və rus dillərində hazırlanan məqalələr Rusiya Elmlər Akademiyasının “Genetika” jurnalında dərc edilib.



Xəbərin oxunma sayı : 496




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap