Azərbaycanlı müğənni yarıçılpaq şəklini paylaşdı - FOTO Azərbaycanlı aparıcı yataqda seksual pozlar verdi - FOTOLAR Müğənni Mina sərxoş olub sinəsini açdı - FOTO Afaq yenə alt paltarında fotolarını yaydı – FOTOLAR
Axtar
 
  • / Maqazin / — 02 Noyabr 2019

    Azərbaycanlı müğənni yarıçılpaq şəklini paylaşdı - FOTO

  • / Maqazin / — 17 Oktyabr 2019

    Azərbaycanlı aparıcı yataqda seksual pozlar verdi - FOTOLAR

  • / Maqazin / — 16 Oktyabr 2019

    Müğənni Mina sərxoş olub sinəsini açdı - FOTO

  • / Maqazin / — 15 Oktyabr 2019

    Afaq yenə alt paltarında fotolarını yaydı – FOTOLAR

  • / Maqazin / — 14 Oktyabr 2019

    Nura Suri sinə hissəsini paylaşdı - FOTO

  • / Maqazin / — 20 Sentyabr 2019

    Aparıcı Mələk Heydərova çılpaq fotolarını paylaşdı – Fotolar

Natiq Cəfərli Azər Qasımlının ittihamlarına cavab verdi: “İlqar Məmmədovu yaxından tanımaq imkanı olmayıb“

Tarix 06.11.19, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


“ReAl-ın partiyaya çevrilməsində Azər Qasımlının ciddi rolu var. Bu işlərinə görə dəfələrlə İlqar Məmmədov ona təşəkkürünü bildirib. Azər Qasımlının Məclis sədrliyindən biz kənarlaşdırmamışıq, özü bu qərarı verib”.

Bunu APA-ya açıqlamasında “Respublikaçı Alternativ” (ReAl) Partiyasının icra katibi Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Azər Qasımlıya dərhal təklif olunub ki, yeni yaradılan təşəbbüs qrupunda və təsis qurultayından sonra formalaşacaq idarəetmə mexanizmlərində də təmsil olunsun: “Əslində, yeni qərarla İlqar Məmmədovun səlahiyyətləri azalır. Mən anlamıram ki, niyə Azər Qasımlı “İlqar Məmmədovun təklif etdiyi əcaib və avtoritar bir strukturdur” fikrinə gəlib. Hesab edirəm ki, onun şəxsi yanaşması məsələləri analiz etməyə mane olur. Əvvəllər partiyanın sədrini qurultay seçirdi və hesabatlılıq demək olar ki, çox aşağı səviyyədə idi. İndi isə əksinə olaraq, yeni təsis qurultayında sədri qurultayın təsdiqlədiyi genişləndirilmiş İdarə Heyəti seçəcək. Burada İdarə Heyəti qarşısında hesabatlılıq olacaq”.

N. Cəfərli güman edir ki, Azər Qasımlının İlqar Məmmədovu yaxından tanımaq imkanı olmayıb: “Çünki Azər Qasımlı bizim təşkilata gələndən sonra İlqar Məmmədov həbsə düşdü. İlqar Məmmədovu yaxından tanıyanlar bilir ki, onun avtoritar olması mümkün deyil. Bundan əlavə, ReAl-ın yaranma fəlsəfəsi kollektiv kimlik üzərində qurulub. Bizim kollektiv kimlikdən imtina etmək fikrimiz yoxdur, bu, mümkün də deyil. Ümid edirəm ki, Azər Qasımlının fikirlərində müəyyən dəyişiklik olacaq. Biz gələcəkdə onu aramızda görməkdən çox xoş olarıq. Hesab edirəm ki, onun məsələləri emosiyasız dəyərləndirməsinə ehtiyacı var. Burada emosional davranmağın yeri yoxdur”.

N. Cəfərli Azər Qasımlının ReAl Partiyasının Məclis toplantılarının birində parlament seçkiləri ilə bağlı seçki qərargahının yaradılması təklifinin İlqar Məmmədov tərəfindən bəyənilmədiyi fikrinə də münasibət bildirib: “Bu, çox normal bir prosedurdur. Dəfələrlə olub ki, İlqar Məmmədovun hətta həbsdə olduğu müddətdə belə göndərdiyi təkliflər ReAı Partiyasının İdarə Heyətindən keçməyib. Burada nə var ki? Əksinə, bu yaxşı bir yanaşmadır. Dəfələrlə olub ki, İlqar Məmmədovun təklifləri İdarə Heyətindən keçməyib. Ola bilər ki, Azər Qasımlının da təklifi keçməsin. Burada nə qəribə bir şey var ki? Şəxsiləşdirmək lazım deyil. Bu, normal və partiya içi demokratik prosesdir”.

ReAl Partiyası İdarə Heyətinin üzvü Erkin Qədirli də Azər Qasımlının istefasına münasibət bildirib. O, “Facebook” səhifəsində qeyd edib ki, bu gün səhər Azər Qasımlı jurnalistləri yanına yığaraq, canlı yayımda ReAl-dan getdiyini söyləyib: “Bu mənim üçün gözlənilməz oldu. Dünən yazdığım kimi, Azər ReAl-dan getmək istəyərsə, bu, onun şəxsi qərarı olacaq. ReAl-da kimsə onun getməsini istəmirdi və onun gedişi ReAl üçün yaxşı olmadı. Ayrıca, onun getdiyini özündən birbaşa deyil, canlı yayımdan öyrənmək də üzücü oldu. Bununla belə, dostluğumuz yerində qalır. Azərə bundan sonrakı işlərində uğurlar arzulayıram”.

Qeyd edək ki, ReAL Partiyasının Məclis sədri Azər Qasımlı bu gün keçirdiyi mətbuat konfransında partiyadan istefa verdiyini açıqlayıb. O, partiyanın sədri İlqa Məmmədovun ReAl-da avroritar rejim qurmaq istədiyini bildirib.




Xəbərin oxunma sayı : 181

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda