Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Natiq Nəbilinin seçki təbliğatı ara kəsmədən davam edir - FOTO

Tarix 28.01.20, 13:58

Font ölçüsü : - / +
bitmap-img6


54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd Natiq Nəbili seçicilərlə görüşlərini davam etdirir.

Yenicag.az xəbər verir ki, Natiq Nəbili bu dəfə Şabran rayonunun Əmirxanlı, Aygünlü və Xəlfələr kəndlərinin sakinləri ilə görüşüb.

İsti ab-havada keçən görüşdə Natiq Nəbili seçiciləri öz platforması ilə tanış edib və onları əmin edib ki, seçiləcəyi təqdirdə millətin səsi olacaq: “Mən də çox vaxt namizədlərin toplantılarında beləcə gəlib otururdum. Çoxlu sözlər deyir, vədlər verirdilər. Ancaq seçildikdən sonra o adamın üzünü bircə dəfə də varsa, görmürdüm. Ancaq o dövr artıq geridə qaldı. Cənab prezidentin islahatlar kursuna bir qatqım olsun deyə, mən də namizədliyimi irəli sürdüm və inanıram ki, sizlərin etimadını qazana biləcəm. Əgər etimad göstərib məni seçsəniz, onda əsl deputatın necə olduğuna şahid olacaqsınız. Bu, çox iddialı bir sözdür, amma mən sözümün arxasındayam. Seçilsəm, seçsəniz, özünüz də bunun şahidi olacaqsınız. Bayaq dediyim kimi sizdən səs topladıqdan sonra 5 il gözəgörünməz olmayacam. Gəlin, birlikdə dəyişək!”

Seçicilər də Natiq Nəbilini dəstəklədiklərini vurğulayıblar və qeyd ediblər ki, seçkidə iştirak edəcək, öz iradələrini sandıqda göstərəcəklər:

“Çox sağ olun ki, vaxt ayırıb bizmlə görüşə gəldiniz. Yerdə qalan namizədlərdən ikisi, ya üçü belə görüşə gəliblər. Digərlərini isə elə bil biz seçməyəcəyik. Sizi dinlədik. Düşüncələrinizə, fikirlərinizə görə təşəkkür edirik. Seçki günü hamılıqla sizə səs verəcəyik. İnanırıq ki, hər şey yaxşı olacaq”.

Məlumat üçün bildirək ki, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd Natiq Nəbilinin seçki qərargahı Heydər Əliyev prospektində yerləşir. Seçicilər günün istənilən vaxtı seçki qərargahına müraciət edə bilərlər.








Xəbərin oxunma sayı : 667




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap